"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişini heç vaxt COP29-la əlaqələndirməyib" - Dövlət Departamenti
ABŞ Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirmıyib. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.
“Biz heç vaxt razılaşmanı COP29 ilə əlaqələndirməmişik. Biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalandığını bir neçə ay əvvəl gprmək istəyirdik və sülh sazişinin imzalanmasına çalışırdıq. Sonunda sazişin imzalanacağına ümid edirik. Amma bu, ABŞ-dan deyil, iki tərəfdən asılıdır”, - deyə o bildirib.
Xatırladaq ki, sentyabrın sonunda ABŞ dövlət katibi Antoni Blinken BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə üçtərəfli görüş keçirib.
E.Blinken Ermənistan və Azərbaycanın davamlı sülh yolunda əldə etdiyi tərəqqini yüksək qiymətləndirib və hər iki ölkəni sazişin mümkün qədər tez yekunlaşdırılması istiqamətində gələcək irəliləyişə çağırıb. Dövlət katibi vurğulayıb ki, sülh sazişi regiona daha böyük sabitlik və firavanlıq gətirəcək.