Cümə axşamı günü, 17 iyul 2025
     

Cərimələrin artması normaldır, cərimə ödənişində ayrıseçkilik normal deyil...

Image

Məlum olduğu kimi, tütün məmulatlarının, məişət tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər Milli Məclisdə artıq birinci oxunuşda qəbul edilib.

Hazırda məişət tullantılarının tutumlardan, yəni zibil qablarından kənar yerlərə atılmasına görə cərimə 50 manat təşkil edir. Dəyişikliyə əsasən, eyni əmələ görə fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 4000 manat cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1 000 manat məbləğində, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunacaq, hüquqi şəxslər isə 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək. Eyni zamanda məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcəklər. Bundan başqa, daha bir dəyişikliklə qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat məbləğində cərimə ediləcək. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə cərimənin məbləği 200 manata qaldırılır. Hazırda bu məbləğ 15 manatdır. Həmçinin dəmir yoluna hər hansı əşya atmağa görə cərimənin məbləği 200 manat müəyyən edilir, hazırda bu məbləğ 30 manat təşkil edir. Tütün məmulatları tullantılarının da ətraf mühitə atılmasına görə cərimə 50 manatdan 300 manata qaldırılır. Eyni qaydanın bir il ərzində təkrar törədilməsinə görə 700 manat cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. Əslində, belə hal xarci təcrübədə də mövcuddur. Məsələn, Avropa ölkələrindən Avstriyada insan kağız parçasını küçədə atarsa, bunun cəriməsi 90-100 avrodur. Böyük Britaniyada bu əmələ görə 80 funt sterlinq cərimə yazılır. Almaniyada tullantılarla bağlı cərimələr 300 avrodan başlayır. Okeanın o tayında, Amerika Birləşmiş Ştatlarında isə buna görə 500 dollar cərimə və ya 1 aylıq həbs tətbiq edilir. Lakin sözügedən ölkələrdə insanların orta aylıq gəliri bir neçə min avrodur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov məsələ ilə bağlı "Turan"a deyib ki, cərimə inzibati xətalara görə çəkindirmə vasitəsidir: "Bu cərimələrin artırılması ilə bağlı qərar verənlər istəyirlər ki, həmin o inzibati pozulmaların qarşısını alsınlar. Yəni, ətraf mühitə atılan tullantıların miqdarı azalsın". R.Abbasovun fikrincə, bunun nəticəsi müsbət ola bilər: "Bir şərtlə ki, insanların arasında maarifləndirmə işi də aparılsın. Çünki elə olur ki, cərimə hətta mövcud olduğu halda, onun məcburetmə mexanizmi yaxşı olmur. Hazırda söhbəti gedən cərimələr onsuz da var idi. Məsələn, avtomobildən tullantı atıldığına görə 50 manat cərimə var idi, lakin bu, heç də müsbət nəticəni verməmişdi, çünki məcburetmə mexanizmi yox idi. Amma maşının sürət həddini aşdığına görə cərimə mexanizmi yaxşı işləyir. Burada da eyni sistem qurulmalıdır". Onun sözlərinə görə, belə bir sistem qurularsa, sonrakı mərhələdə bu, öz müsbət nəticəsini verəcək: "Belə məsələlərdə cərimə birinci mərhələdə rol oynayır, sonrakı mərhələdə isə artıq insanlar şüurlu olaraq bu hərəkətlərin doğru olmadığını başa düşür və yeni şəraitə uyğunlaşırlar". Ekoloq qeyd edib ki, Avropa ölkələrində bu, belədir: "Orada heç kəs adıçəkilən hərəkətləri etmir və orada, ümumiyyətlə, belə şeylərə dözümlük yoxdur. Almaniyada buna görə çox ciddi cəzalar var. Yaponiyada isə tullantı probleminə görə hətta cinayət işi də açıla bilər". Deputatların da çoxu təxminən eyni fikirdədirlər. Onlardan Ceyhun Məmmədov  bildirib ki, bu cərimələrin artırılmasının bir sıra səbəbləri var: "Bu cərimələrin müəyyənləşməsində əsas hədəf və məqsəd insanları bu cür əməllərdən çəkindirməkdir. Yəni, insanlar çalışmalıdırlar ki, bu cür əməllərdən uzaq olsunlar. Təcrübə onu göstərir ki, cərimələr aşağı olanda insanlar daha rahat şəkildə davranırlar". Bəzi ekspertlər hesab edir ki, minimum əməkhaqqı 345 manat olduğu halda, cərimələrin 300 manat və daha yuxarı həddə olması doğru deyil. Onların sözlərinə görə, insanlar cərimələri ödəmək imkanında olmalıdırlar. İqtisadçı Rəşad Həsənov mövzu ilə bağlı "Azadlıq" radiosuna deyib ki, əslində cərimələrlə bağlı bir neçə faktora diqqət yetirilməlidir: "Cərimələr insanın iradəsi daxilində və ya iradəsindən kənar faktorlar əsasında formalaşır, onlara münasibət fərqli olmalıdır. Hər hansı bir tullantının yerə atılması insanın iradəsi daxilində, bilərəkdən kobud bir davranış sayıla və buna münasibətdə ən sərt qaydalar tətbiq edilə bilər". Ekspert hesab edir ki, cərimələrin məbləğini insanların gəliri ilə ölçülməsi də bir elə doğru deyil: "Cərimələrin yüksək olması bəzən işə yaraya bilir. Amma məsələ ondadır ki, Azərbaycanda bəzən cərimələr yalnız sadə və yaxud da müdafiəsiz vətəndaşa keçərlidir. Hər hansı bir məmura münasibətdə cərimələr tətbiq edilmir. Yəni, məmurlar qanunu poza bilər, amma bunun müqabilində cəzasızlıq sistemi işləyir". İqtisadçının sözlərinə görə, dövlətin özünün kifayət qədər nöqsanları var: "Tullantıların hara gəldi atılması ilə bağlı aidiyyəti qurumların kifayət qədər nöqsanlı fəaliyyətləri var".

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

16.07.2025 / 18:37
Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

16.07.2025 / 18:23
Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

16.07.2025 / 18:15
Paşinyan Zəngəzur dəhlizilə bağlı ABŞ-dan təklifin daxil olduğunu təsdiqlədi

16.07.2025 / 18:10
Pakistanlı nazir Azərbaycan haqda niyə bu sözləri eşitməli idi? - Dini liderin ətrafında çirkin intriqa...

16.07.2025 / 17:56
70 illik problem ancaq 2 dövlət prinsipi ilə həll oluna bilər - prezident ABŞ-a mövqe göstərdi...

16.07.2025 / 17:43
Vardanyan Bakıda məhkəmədə istədiyi vəsatəti qəbul etdirə bilir...

16.07.2025 / 17:30
Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...

16.07.2025 / 17:23
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü...

16.07.2025 / 17:18
Bakıda kişi arvadını güllələdi

16.07.2025 / 17:05
Kukla Teatrı “Bakı-Xəbər”in əməkdaşını “Teatrın dostu” mükafatı ilə təltif etdi...

16.07.2025 / 17:02
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16.07.2025 / 16:52
DİN-dən əməliyyat - narkoşəbəkənin daha iki üzvü 67 kq narkotiklə yaxalandı

16.07.2025 / 16:39
"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi

16.07.2025 / 16:27
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

16.07.2025 / 16:23
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

16.07.2025 / 16:20
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

16.07.2025 / 16:16
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub - FOTO

16.07.2025 / 15:49
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq" - Paşinyan

16.07.2025 / 15:41
Cəlilabadda doğuldu, Füzulidə şəhadətə qovuşdu – şəhid Elvin Bayramov...

16.07.2025 / 15:24
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışdı

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 15:01
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb - FOTO

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910