Çərşənbə axşamı günü, 22 iyul 2025
     

Paşinyan hökuməti “Qarabağda itkin düşmüş ermənilər” yalanı uydurdu...

Image

Rauf Zeyni: "Ermənistanın dedikləri tamamilə absurd məsələdir"

Ermənistan rəsmi şəkildə yalan danışmağı özünə əsas vəzifə bilir. Belə olmasaydı, bu ölkənin rəsmi şəxsləri ölkə ictimaiyyətini və beynəlxalq aləmi öz yalanları, saxta məlumatları ilə məşğul etməzdi, gerçəyi bəyan edərdilər. 

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Armenpress-ə" müsahibəsində Azərbaycanda da "itkin düşmüş" şəxslərdən danışıb. Deyib ki,  iki müharibə nəticəsində guya Ermənistan tərəfdən minə yaxın erməni itkin düşüb. Badalyan onu da deyib ki, Azərbaycan ərazisində "itkin düşən" (?) ermənilərlə bağlı ölkəsi çox narahatdır və bununla bağlı dəfələrlə  məsələ qaldırıb. O, "biz bu məsələdə də əməkdaşlığa hazırıq"-deyib. 

Ermənistanın Azərbaycan ərazisində hansı vətəndaşı itkin düşə bilər? Ermənistanın vətəndaşı Azərbaycanda nə gəzirdi ki, Azərbaycan torpağında da itkin düşə? Qarabağ ermənilərindən itkin düşən varsa onun Ermənistana nə dəxli var? Bəlkə onu Ermənistan əsgərləri özləri oğurlayıb aparıb? Qarabağda yaşamış ermənilər Azərbaycan vətəndaşlarıdır, onların itkin düşməsinin Ermənistana nə dəxli var? Əgər Ermənistanın vətəndaşlarıdırsa və gəlib Qarabağda itkin düşüblərsə, Ermənistanın əsgərlərinin, vətəndaşlarının Qarabağda nə işləri vardı, onlar burda nə gəzirdilər?

Ermənistanın süni şəkildə "erməni itkinlər" məsələsini gündəmə gətirməsi təsadüfi xarakter daşımır. Çünki Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsində itkin və əsir düşən, girov götürülən 4 minə yaxın vətəndaşımızla bağlı məsələni haqlı olaraq gündəmə gətirir və Ermənistandan tələb edir ki, bizim 4 min nəfərə yaxın itkin düşən vətəndaşımızın taleyinə aydınlıq gətirsin. Bizim həqiqətən də minlərlə vətəndaşımızın taleyi məlum deyil. Amma Ermənistan belə bir əsassız  iddia irəli sürməklə, guya balans yaratmağa çalışır, əslində isə yenə də saxtakarlığa yol verir. 

"Belə bir əsassız iddia irəli sürməklə, guya balans yaratmağa çalışır, əslində isə yenə də saxtakarlığa yol verir"

Müstəqil ekspert Rauf Zeyni "Bakı-Xəbər"ə şərhində bildirdi ki, həmişə olduğu kimi, ermənilər yenə də öz ampluasındadır. "Bizim 30 il ərzində 4 minə yaxın itkinimiz var. İtkin düşən Azərbaycan vətəndaşları ilə bağlı bu sahədə fəaliyyət göstərən ictimai birlik, müxtəlif təşkilatlar, eyni zamanda mənim vaxtilə rəhbərlik etdiyim Milli QHT Forumu illərlə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olub. Biz geniş mənada bu işlərlə məşğul olmuşuq. Amma təəssüflər olsun ki, Ermənistan bizim əsir və itkin düşən, girov götürülən vətəndaşlarımızın taleyi ilə bağlı bütün informasiyaları gizlədib və maksimum çalışıb ki, dünya ictimaiyyəti bu faktdan xəbərsiz olsun. Buna görə də bu məsələdə ciddi problemlər var. Ancaq yenə də bütün dünya ictimaiyyəti bu məsələdən xəbər tutub. Bu yaxınlarda da Dövlət Təhlükəsizlik Xidməti yanında  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi və eyni zamanda qeyd etdiyim ictimai birliyin təşkilatçılığı ilə böyük beynəlxalq konfrans keçirildi, dünya ictimaiyyətinə bildirildi ki, Birinci Qarabağ müharibəsində 4 minə qədər əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşımız var, biz onlar barədə məlumat əldə etmək istəyirik. Dünya ictimaiyyətinə çatdırıldı ki, vətəndaşlarımızın taleyi barədə məlumatlar yoxdur, Ermənistan onlar haqda informasiya verməkdən, onların harada olması, sağ qalıb, yaxud öldürülməsini açıqlamaqdan  imtina edir. Bu çox ciddi məsələdir. Bununla əlaqədar dünya ictimaiyyəti əsl həqiqətləri bilməlidir. 

O ki qaldı Ermənistan tərəfinin iddialarına ki, guya onların da itkin düşmüşləri var, bu tamamilə absurd məsələdir. Çünki itkin düşmüş Ermənistan hərbiçisi və yaxud Qarabağ sakini barədə hər hansı bir informasiya yoxdur. Əgər varsa təqdim etsinlər. Ona görə də bunun hamısı Azərbaycanın apardığı haqlı siyasətin, irəli sürdüyü haqlı mövqeyin balanslaşdırılması, yaxud qarşısının alınması üçün erməni məkrliyindən irəli gələn düşünülmüş, hətta düşünülməmiş bir siyasətdir. Onlar guya düşünüb bunu edirlər, amma sonra başşa düşürlər ki, düşünülməmiş addım bunların öz əleyhinə çevrilir. Ermənistan öz silahı ilə özünü vurur. Bu çirkin niyyətləri ilə əslində özlərini ifşa edirlər. Hansı Ermənistan vətəndaşından söhbət gedir və o Azərbaycana hansı məqsədlə gəlib ki, itkin düşüb? Hərbiçidirsə, onda onun burda nə işi var?"

R.Zeyni qeyd etdi ki, ikincisi də, "itkin düşən" Qarabağ sakini erməniolsa da, o, Azərbaycan vətəndaşıdır, onun da burada itkin düşməsi ilə bağlı heç bir məlumat verən olmayıb. "Olmayan məlumatı isə indi "emal etməyə", dövriyyəyə buraxmağa ehtiyac yoxdur, çünki bu, yalan və böhtandır. Azərbaycanda keçiriləcək çox böyük beynəlxalq tədbirdən əvvəl salınan hay-həşirdir, hay-küydür ki, Azərbaycanın beynəlxalq uğurlarını qəbul edə bilmirlər. Belə cəfəng iddialarla onun qarşısını almaq məqsədi güdürlər. Ona görə də, biz vətəndaş cəmiyyəti olaraq buna öz  etirazımızı bildiririk və bir daha Ermənistan rəhbərliyini düşünməyə dəvət edirik, Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinə, QHT-lərə müraciət edirik, əvvəllər də müraciət etmişik ki, gedin, hökumətinizə anladın ki, qonşulara qarşı bu cür siyasətlə uğur qazanmaq mümkün deyil. Nəhayət, belə siyasətdən əl çəksinlər. 30 il işğalçılıq siyasəti yürüdüb gedib dünyada demokratiyadan danışırlar. Hansı insan hüquqlarından, demokratiyadan danışırlar ki, özləri işğalçılıq siyasəti yürüdürlər? Bunun fəsadları da Ermənistana çox böyük zərbə kimi dəyir və bundan sonra da dəyəcək"-deyə R.Zeyni bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

22.07.2025 / 09:31
Donald Tramp Prezident İlham Əliyevin Xankəndidəki çıxışından bir hissəni paylaşıb

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910