Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Qriqoryan Rusiya rəhbərliyinə meydan oxudu - “AB missiyası doğru yoldadır”...

Image

Məhərrəm Zülfüqarlı: "Rusiya Ermənistanın Aİ missiyasını bu şəkildə qələmə verməsinə ona görə sərt reaksiya vermir ki..."

"Aİ-nin Ermənistandakı mülki müşahidə missiyası regionda şəffaflığı təmin edir".  "Armenpress"in xəbərinə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Dünyanın kəsişməsi: Təhlükəsizlik və demokratiyanın birləşməsi" konfransı çərçivəsində bildirib. 

Qriqoryan qeyd  edib ki, Ermənistan Aİ-nin Ermənistandakı missiyasının gördüyü işləri yüksək qiymətləndirir. "Ermənistan-Avropa İttifaqı münasibətləri kontekstində daha bir vacib məqamı qeyd etmək istərdim. Missiyanın məqsədi ermənilərin Aİ haqqında təsəvvürünü dəyişdirmək deyildi, lakin Aİ missiyası bunu etdi", - deyə Qriqoryan bildirib. "Bu missiya həm də regiona şəffaflıq gətirir ki, bu da çox vacibdir". 

Avropa İttifaqının Ermənistandakı missiyasını Rusiya dövləti də, bu ölkənin prezidenti Putin də, xarici işlər naziri Lavrov da,  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü  Zaxarova da pisləyir. Özü də açıq şəkildə pisləyirlər ki, Avropa Birliyinin missiyası bölgədə sabitliyi pozur, müharibəni qızışdırır, bölgədə ziddiyyətlər yaradır, sülh prosesinə mane olur, təxribat törədir. 

Qriqoryan isə Aİ missiyasını süddən çıxmış ağ qaşıq kimi təqdim edir ki, yox, guya Avropa İttifaqının missiyası şəffaflıq yaradır, kömək edir, hər şeyi aydın şəkildə göstərir. Bu, Rusiyanın siyasətinə qarşı birbaşa əks mövqe qoymaqdı.

Məlumdur ki, Aİ missiyasının Ermənistanda fəaliyyətə başlaması region üçün ciddi təhdiddir. Qriqoryan bunu inkar etməyə çalışsa da, Aİ missiyasının bölgədə guya şəffaflığı təmin etdiyini iddia etsə də, əslində bu, vəziyyəti gərginləşdirməyə xidmət edir.  

Rusiyadan buna niyə reaksiya yoxdur? Rusiya niyə Ermənistana cavab vermir? 

"...Hazırda Ermənistanla bağlı ehtiyatlı siyasət yürüdür"

Siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, indiki dövrdə Rusiya-Ermənistan münasibəti əvvəlki dövrlərdən kəskin fərqlənir. M.Zülfüqarlının sözlərinə görə, tutalım, əvvəllər Ermənistanda daim Rusiyapərəst qüvvələr hakimiyyətdə olmuşdusa, indi isə rəngli inqilab nəticəsində "Soros" Fondunun dəstəyilə hakimiyyətə Paşinyan iqtidarı gəlib. "Paşinyan Rusiya ilə münasibətləri qırıb Qərbə meyllənir, Qərb strukturlarının bilavasitə dəstəyi ilə Rusiyanı tamamilə Ermənistandan çıxarmaq istəyir. Əvvəlcə sərhəd qoşunlarını, gələcəkdə isə hərbi bazalarını bu ölkədən çıxarmaq niyyətindədir. Necə ki, "Zvartnos" aeroportundan çıxardı. Ermənistan Aİ-nin missiyasının fəaliyyətini tamamilə fərqli təqdim edir və bu da, təbii ki, ziyanlı bir məsələdir. Aİ missiyası bölgədə şəffaflığı təmin etmir, əksinə, qızışdırıcı mövqe nümayiş etdirir, sabitliyə təhdid rolunu oynayır. Rusiya indiki dövrdə nəyə görə Ermənistana sərt cavab vermir?  Rusiya son illər yeritdiyi siyasətlə bir neçə dəfə Paşinyanın hakimiyətini devirməyə cəhd etdi, amma alınmadı. Rusiya hazırda Ermənistanla bağlı ehtiyatlı siyasət yürüdür. Biz artıq eşidirik ki, Rusiya İran-Ermənistan sərhədindən öz sərhədçilərini çıxaracaq və o sərhədi Ermənistan sərhədçiləri qoruyacaq. Bu artıq Rusiyanın növbəti geri addımıdır. Deməli, artıq Rusiyanın Ermənistanda həqiqətən də mövqeləri zəifləyib. Çünki Rusiya mətbuatının, Rusiya rəsmilərinin qeyd etdiklərinin əksəriyyəti feyk, saxta   məlumatlardır. Reallıq isə hadisələri, faktları təhlil edərkən üzə çıxır. Rusiya  "Zvartnos" aeroportundan sərhədçilərini çıxarıbsa, indi də İran-Ermənistan sərhədindən çıxarırsa, deməli, artıq Paşinyan iqtidarının yeritdiyi siyasətdə onlar addım-addım nailiyyət əldə edirlər, Rusiya isə itirə-itirə gedir.  

Aİ-nin buradakı missiyasına və Aİ-nin siyasətinə gəlincə, əsas söz sahibi olan dövlətlərdən biri Fransadır ki, burada söhbət onun mövqeyindən  gedir. Fransa əvvəldən ermənipərəst siyasət yeridib. Biz çox zaman bunun üstünü vurmamışıq, müəyyən dövrlərdə Fransa-Ermənistan münasibətlərinə diqqət etməyərək Azərbaycan-Fransa münasibətlərinin yaxşı olacağına ümid etmişik"-deyə M.Zülfüqarlı qeyd etdi. 

Qriqoryanın Aİ missiyası ilə bağlı irəli sürdüyü fikirlərə gəlincə, M.Zülfüqarlı bildirdi ki, Aİ nümayəndələrinin  mülki missiya adı altında bölgədə olmasından ən çox narahat olan Rusiyadır, çünki bu missiya Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılmasına çalışır. M.Zülfüqarlı qeyd etdi ki, Rusiya tərəfindən ən yüksək səviyyədə Aİ missiyasının Ermənistanda fəaliyyətinə sərt reaksiya verilsə də, bu gün Rusiyanın reaksiyasızlığı diqqəti çəkir: "Rusiya Ermənistanın Aİ missiyasını bu şəkildə qələmə verməsinə ona görə sərt reaksiya vermir ki, daha Rusiya əvvəlki Rusiya deyil. Bunun bir səbəbi də Ukrayna cəbhəsindəki vəziyyətdir ki, Rusiyanın başı hələlik ora qarışıb. Təbii ki, bu müharibədə bütün istiqamətlərdə Rusiya çox itirdi. Bu gün Rusiya zəiflədiyi üçün düşünür ki, onu Ermənistanda əvəz etmək istəyən Aİ-ni necə zəiflətsin, sıradan çıxarsın və o ölkədə mövqelərini yenidən özünə qaytarsın. Rusiya çalışır. Ona görə də hər deyilən sözə, verilən bəyanata əvvəlki kimi sərt reaksiya vermir və ya reaksiya vermək gücündə deyil".

M.Zülfüqarlının sözlərinə görə, hazırda Rusiyanın başı daha çox 26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərinə qarışıb. O vurğuladı ki, çünki çox böyük qarşıdurma gözlənilir, Rusiyanın ABŞ-la, Qərb ölkələri ilə burda maraqları toqquşduğu üçün  bütün diqqət Gürcüstana yönəlib. "Hazırda Rusiya bütün gücünü Gürcüstanda İvanaşvilinin hakimiyyətini gücləndirməyə və Rusiyaya düşmən olan Qərbyönümlü müxalifəti sıradan çıxarmağa səfərbər edib. Əgər Rusiya Gürcüstanda istəyinə nail olarsa Ermənistanda da vəziyyət tamamilə dəyişə,  orada da öz siyasətini yenidən qura bilər. Çünki Rusiya tək bir ölkə ilə siyasətdə bu cür münasibət yaratmayıb, Ukraynada müharibə aparır, Gürcüstanla və Ermənistanla da bildiyimiz vəziyyətdədir, Qərblə, NATO ölkələri ilə də düşməndir. 

Ona görə də, mənə belə gəlir ki, Gürcüstanda keçirilən seçkiləri gözləməliyik və bundan sonra vəziyyətə uyğun olaraq yeni fikirlər deyə bilərik.   Əgər Gürcüstanda keçirilən seçkilərdə Rusiyapərəst qüvvələr uduzarsa, onda Ermənistandan Rusiyanın tamamilə çıxması prosesi başlayacaq və Putin rejimi buna heç bir müqavimət göstərə bilməyəcək. Amma əksinə olsa, Ermənistandakı proses daha da ləngiyəcək, uzanacaq, burda da Gürcüstanda olduğu kimi növbəti seçkilərdə  Qərblə Rusiya qarşı-qarşıya duracaq.

Azərbaycan üç Cənubi Qafqaz ölkəsi arasında yeganə dövlətdir ki, bu proseslərdən nisbətən kənardı. Bizim ölkəmiz digər iki respublikadan fərqli olaraq qarşıdurma həddində deyil, Qərb ölkələrinin əksəriyyəti ilə də münasibətləri normaldır. Bu ilin noyabrında keçiriləcək COP29-dan sonra Qərb ölkələri ilə bu münasibətlər daha da normallaşa bilər. Bütün hallarda balanslı siyasət öz nəticələrini verir, bu isə biz vətəndaşların da  mənafeyinə uyğundur ki, Azərbaycan cəbhədə qazandığı uğurları diplomatiya cəbhəsində də uğurla davam etdirir və  dövlətimiz daha da güclənir"-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA 



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910