"Qazaxıstan Azərbaycan ilə Ermənistan arasında danışıqlar platformasını yenidən təklif etməyə hazırdır" - Tokayev
Qazaxıstan tərəfi Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasına dair danışıqlar üçün Almatı platformasını gələcəkdə də təklif etməyə hazırdır.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın dövlət başçısı Vaahn Xaçaturyan ilə apardığı danışıqlar əsnasında bildirib.
“Biz Bakı ilə İrəvan arasında sülh danışıqları üçün öz platformamızı istənilən vaxt təqdim etməyə hazırıq” - deyə Tokayev vurğulayıb.
Xatırladaq ki, mayın 11-də Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında danışıqlar aparılmışdı.
Bu il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Kasım-Jomart Tokayev bəyan etmişdi ki, Qazaxıstan sülhməramlı səylərin dönmədən dəstəklənməsi uğrunda fəaliyyət göstərir.
ZÜMRÜD