Çərşənbə günü, 16 iyul 2025
     

Dünya iqtisadiyyatını neft-qaza görə qiymət şoku gözləyir...

Image

Bu ayın əvvəlində İranın İsrailə raket hücumundan sonra Yaxın Şərqdə ölüm-qalım müharibəsi ehtimalı artıb. İsrailin Qəzza zolağında bir ildir apardığı müharibə və bu ayın əvvəli Livanın cənubuna hərbi müdaxiləsi fonunda İranın hücumu dünya bazarlarında neftin qiymətini 9 faiz bahalaşdırıb. 

Ekspertlər deyir ki, tammiqyaslı İsrail-İran müharibəsi beynəlxalq enerji təchizatını tərsə sala və dünya iqtisadiyyatına sarsıdıcı dalğalar göndərə bilər.

Prosesin bu istiqamətdə inkişafını şərtləndirən məqamlardan biri də budur ki, İran-İsrail savaşına ABŞ da fəal şəkildə müdaxilə edir. Pentaqon artıq bildirib ki, İran Vaşinqtona Amerika hərbi qüvvələrini İsraildən uzaq tutmaq barədə xəbərdarlıq etdiyi halda Birləşmiş Ştatlar Yüksək Hündürlük Sahəsindən Müdafiə Terminalının (THAAD) batareyasını və qoşunlarını İsrailə göndərəcək. Pentaqonun sözçüsü, general-mayor Pat Rayder qeyd edib ki, müdafiə naziri Lloyd Austin prezident Co Baydenin göstərişi ilə THAAD batareyasının yerləşdirilməsinə icazə verib. Rayder deyib ki, sistem aprel və oktyabr aylarında İranın İsrailə raket hücumlarından sonra İsrailin hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək. Konqresin Tədqiqat Xidmətinin aprel hesabatına görə, orduda yeddi THAAD batareyası var. Ümumiyyətlə, hər biri altı yük maşınına quraşdırılmış işəsalma qurğusundan, 48 tutucudan, radio və radar avadanlığından ibarətdir və onu işlətmək üçün 95 əsgər tələb olunur. THAAD "Patriot" raketlərini  tamamlayan sistem hesab olunur, lakin daha geniş ərazini müdafiə edə və 150-200 kilometr məsafədəki hədəfləri vura bilir. İran da öz növbəsində mümkün genişmiqyaslı savaşa hazırlıq görür. Bu arada bəlli olub ki, Tehran özünün iki peykini öz kosmik gəmisi ilə orbitə çıxarmaq üçün Rusiyaya göndərib. Söhbət "Kowsar" və "Hodhod" peyklərindən gedir. İran tərəfi iddia edir ki, ilk peyk kənd təsərrüfatında və ətraf mühitin monitorinqində istifadə üçün nəzərdə tutulub. İkincisi isə peyk rabitəsi üçün nəzərdə tutulub. ABŞ səlahiyyətliləri Tehran və Moskva arasında kosmik sektorda əməkdaşlığın artmasından narahatlığını bildirib. Ola bilsin ki, orbitə çıxarılan peyklər hərbi məqsədlər üçün istifadə oluna bilər. Maraqlıdır ki, hazırda İran peyklərinin Rusiyaya ötürülməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda baş verir. Potensial olaraq, bu peyklər İran tərəfindən İsraildəki hərbi hədəfləri izləmək üçün istifadə edilə bilər. Rusiya artıq 2024 və 2022-ci ilin fevralında orbitə İran peyklərini göndərib. Həmin vaxt ABŞ Rusiya ilə İran arasında kosmik əməkdaşlıqdan narahat idi. Vaşinqton ehtiyat edirdi ki, peyklər Rusiyaya Ukraynaya qarşı müharibədə kömək edəcək və İrana İsrail və Yaxın Şərqdəki potensial hərbi hədəfləri izləməyə imkan verəcək. "The Telegraph" nəşrinin qeyd etdiyinə görə, İran hesab edir ki, Rusiya ona silah tədarükünə görə borcludur. Əvvəllər bildirildiyi kimi, İran İsrailin mümkün zərbəsi ərəfəsində Rusiyadan peyk kəşfiyyatının aparılmasında kömək istəyib.

Beləliklə, Yaxın Şərqdə vəziyyət sürətlə gərginləşir. Bu da enerji qiymətləri sahəsində mühüm dəyişikliklərə gətirib çıxarmaq iqtidarındadır. Cenevrə Akademik İnstitutunun böyük elmi-tədqiqat əməkdaşı Farzan Sabet bu xüsusda bildirir: "Görünən odur ki, regional neft və qaz ixracında böyük sarsıntılar dünya iqtisadiyyatına maddi təsir göstərəcək. İsrail mediası yazır ki, ölkə İranın nüvə obyektləri və ya neft və qaz qurğularını hədəf ala bilər. ABŞ prezidenti Co Bayden İsrailə xəbərdarlıq edib ki, dünyanın ən böyük neft istehsalçılardan biri olan İranın neft qurğularını vurmasın. Rəsmi Tehran infrastrukturuna zərbə endiriləcəyi halda, bundan daha da güclü cavabla hədələyib. İsrail İranın neft və qaz obyektlərinə böyük hücum həyata keçirsə, sonuncu Hörmüz boğazındakı mühüm tranzit keçid yollarının təzyiqinə əl ata bilər". İran dünya neft daşımalarının keçdiyi strateji Hörmüz boğazını illər boyu bağlamaqla hədələyib. Londonda yerləşən "Chatham House" beyin mərkəzinin enerji siyasəti və geosiyasət üzrə eksperti Nil Killiam qeyd edir: "Dünya iqtisadiyyatı üçün Hörmüz boğazı olduqca vacibdir". Dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan Qətər də öz ixracı üçün Hörmüz boğazından istifadə edir. Ötən həftə orada Ərəb körfəzi ölkələrinin yüksək rəsmiləri ilə İran prezidenti Məsud Pezeşkian görüş keçirib. Birincilər qonağı bir daha əmin ediblər ki, mümkün İran-İsrail münaqişəsində neytral mövqe tutacaqlar. Bununla belə, İsrail İrana hücum edərsə, rəsmi Tehranın qonşu ölkələrin neft qurğularını hədəf alacağı barədə narahatlıqlar dolaşır. Sabetin sözlərinə görə, İsrailin mümkün hücumuna İranın istənilən cavabı dünya enerji qiymətlərinə və ticarətə təsir göstərəcək: "Bu, aqressiya aktı kimi qiymətləndirilə və İrana qarşı növbəti təzyiqə gətirib çıxara bilər". Killiam deyir ki, İsrail, çox güman, İran rejiminə ziyan vuracaq və ölkə iqtisadiyyatına zərər verəcək, amma dünya neft bazarlarına təsir göstərməyəcək hədəflərə zərbə endirəcək. 

Xatırladaq ki, 1973-cu il ərəb neft embarqosu və 1979-cu il İrandakı İslam inqilabı sonrası enerji qiymətlərində kəskin artımlar bəzi ölkələrdə böyük qaz qıtlığı və yanacaq-doldurma məntəqələrində sonsuz növbələrə gətirib çıxarmışdı. Lakin ekspertlər belə fikirdədir ki, İsrail-İran olum-dirim savaşı nəticəsində Yaxın Şərqdə yarana biləcək neft və qaz axınlarındakı ciddi pozuntular dünya iqtisadiyyatında nəzarətin itməsinə gətirib çıxarmayacaq. Buna səbəb ABŞ-ın əsas neft və qaz təchizatçısına çevrilməsi və dünya miqyasında qalıq yanacaqlara azalan etibardır. Sabet bu xüsusda bildirir: "Qərb istehlakçılar yanacaqdoldurma məntəqələrində qiymət artımını hiss edəcək. Əvvəlki dönəmlərdən fərqli olaraq bu artım çox az olacaq. Yaxın Şərqdə neft və qaz axınlarının iflicinin Çin iqtisadiyyatına olduqca böyük effekti ola bilər. Hesablamalara görə, rəsmi Pekin İrandan gündəlik 1.5 milyon barrel, yəni regiondakı ümumi idxalının 15 faizi qədər neft idxal edir".

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910