KÖHNƏ VERSİYA            

Gürcüstan parlament seçkiləri ən mürəkkəb geosiyasi döyüş səhnəsi olacaq - 26 oktyabr...

Image

Əli Orucov: "Əgər hakimiyyət Moskvanın dəstəyi ilə seçkiləri saxtalaşdırmağa cəhd etsə, bunun ciddi fəsadları olacaq və sanksiyalar reallaşa bilər"

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkinin hazırki mərhələsində ruspərəstlərlə avropapərəstlər arasında qızğın mübarizə gedir. Qərbin də Gürcüstan hakimiyyətinə etdiyi təzyiqlər səngimir.

Almaniya Bundestaqı Gürcüstan hökumətini ciddi tənqid edən “Gürcüstanın Avropa gələcəyi naminə” qətnaməsini dəstəkləyib.

Baş nazir İrakli Kobaxidze Almaniya Bundestaqının qətnaməsinin ədalət və prinsiplərlə heç bir əlaqəsi olmadığını bildirib.

Baş nazir qeyd edib ki, bu qərar ölkədə demokratik keçid edən insanları yenidən cəzalandırmağı tələb edən qətnamədir:

"Bu qərar çox təəssüf doğurur. Bundestaqın bu ölkədə demokratik keçid edən insanları yenidən cəzalandırmağı tələb edən qətnamə qəbul etməsi, cinayətkarları qoruması, LGBT təbliğatına qarşı qanun qəbul olunmasını tələb etməsi heyrətləndiricidir”, - deyə Kobaxidze bildirib.

Maraqlıdır, bu seçkilərin nəticələrinin Azərbaycana pozitiv və neqativ cəhətdən hansı təsirləri ola bilər? Orada Qərbin tərəfdarları ilə ruspərəstlərin açıq mübarizəsi gedir. Qərb ölkələri də ciddi çalışır.

Nəzərə alsaq ki, Paşinyan da Qərbə meyllidir, Ermənistan orada Qərb tərəfdarlarının qalib gəlməsi üçün hansısa pərdəarxası oyunlar oynaya bilərmi? Həm də Gürcüstanda bir neçə yüz min erməni diasporu var. Onların da təsiri ola bilər?

Sualımızı şərh edən siyasətçi Əli Orucov bildirdi ki, hazırkı Gürcüstan parlamenti çoxpartiyalı əsaslarla formalaşdırılıb: "Son parlament seçkilərində parlamentin 150 yerindən 75-ni hakim "Gürcü Arzusu" və "Demokratik Gürcüstan Partiyası" qazanıb. Hazırda "Xalqın Gücü Partiyası"nın 9 deputat mandatını da nəzərə alsaq, parlamentdə hakimiyyətin 84 yeri var. Bu böyük rəqəm olmasa da, iqtidarın planlarının həyata keçirilməsinə imkan verir. Ən mübahisəli qanun olan xarici agentlər haqqında qanun müxalifətin və cəmiyyətin müəyyən kəsiminin ciddi etirazına səbəb olsa da, "Gürcü Arzusu" həmin qanunun qəbuluna nail oldu. Bu qanunun qəbulu Gürcüstanla Qərb arasında ziddiyyətləri daha da dərinləşdirdi. İlkin rəy sorğularında "Gürcüstan Arzusu"nun xeyli səs itirdiyi görünür.

Qərbin Gürcüstan üzərinə basqısı intensivləşib. Bir sıra güzəştlər və dəstəkdən imtina olunur. Bu isə cəmiyyətdə hakimiyyətin zəifləməsinə də təsir göstərir. 26 oktyabrda keçiriləcək seçkilər Qərblə Rusiya arasında rəqabət meydanına çevriləcək və bu seçkilərin taleyi Cənubi Qafqazda da özünü göstərəcək.

Hakim partiyanın Rusiyaya meyli getdikcə aydın görünür. Qərbin artan təzyiqləri fonunda Moskvaya sığınma tendensiyası güclənir. Hakim partiyanın təbliğat-təşviqat materiallarında Ukraynanın başına gətirilənlərdən istifadə olunması əslində cəmiyyəti qorxutmaq və xof yaratmaqla öz rusiyapərəst siyasi mövqelərinin doğruluğuna inandırmağa çalışır. Təbii ki, Moskva Gürcüstanı əldən verməmək üçün bəzi güzəştlər edəcək.

Gürcüstanda keçiriləcək parlament seçkilərinə Cənubi Qafqazın digər iki ölkəsi də maraq göstərir. Bu həm sözügedən ölkələrdəki mövcud hakimiyyətlərin maraqları baxımından, həm də gələcək istiqamətlər baxımından əhəmiyyət kəsb edir. Həmçinin Gürcüstan cəmiyyətinin çoxmillətli olması da burada müəyyən rol oynayır. Bildiyiniz kimi, Gürcüstanda ermənilər və azərbaycanlılar yaşayır və onların seçkilərə təsirləri var. Kompakt halda yaşayan azərbaycanlı və erməni etniklərin siyasi oryentasiyaları fərqlidir. Gürcüstan hakimiyyəti çalışır ki, həmin etnikləri öz tərəfinə çəkə bilsin. Bunun üçün daxili resurslardan başqa həmin etniklərə təsir edə biləcək xarici amillərindən də bəhrələnməyə çalışacaq. Bu baxımdan Bakı və İrəvanın bu seçkilərə baxışları da önəmlidir. Ermənistanı Qərbyönlü siyasət izləyir. Hər halda, bu görüntü olsa da belədir. Azərbaycanın son dövrlər Rusiyaya daha sıx bağlılığı onun Qərblə münasibətlərində müəyyən gərginliyə səbəb olub. Bu məntiqlə çıxış etsək, deyə bilərəm ki, Bakı Gürcüstanda yaşayan soydaşlarımızı hakim partiyaya, İrəvan isə müxalifətə səs verməyə təşviq edə bilər. Lakin Gürcüstanda az-çox demokratik ənənələr formalaşdırılıb və hesab edirəm ki, bu seçki ciddi rəqabət mühitində keçəcək. Əgər hakimiyyət Moskvanın dəstəyi ilə seçkiləri saxtalaşdırmağa cəhd etsə, bunun ciddi fəsadları olacaq və sanksiyalar reallaşa bilər".

Dəniz NƏSİRLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031