Cümə axşamı günü, 17 iyul 2025
     

Özəl pensiya fondlarının uğurlu olacağına şübhələr var...

Image

Bu gün dünyada əhalinin sosial müdafiəsinin təşkilində, dövlətlə yanaşı, özəl pensiya fondlarının iştiraki prioritetlərdən biridir. Sözügedən fondların Azərbaycanda da yaradılacaği barədə xəbərlər gəlməkdədir. Mediaya açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, ölkəmizdə də özəl pensiya fondlarının yaranması gündəmdədir. 

Amma deputatın bir neçə ifadəsinə aydınlıq gətirməyi vacib sayırıq. Birincisi, özəl pensiya fondları fəaliyyətə başladıqda vətəndaş sosial müdafiəsini kimə etibar edəcəyini özü müəyyənləşdirir. Bu o demək deyil ki, vətəndas həm özəl, həm də dövlət fondundan pensiya alacaq, vətəndaş ya DSMF-ni, ya da özəl pensiya fondlarından birini seçməli olacaq. Bu seçimi vətəndaş əmək fəaliyyətinə başlayanda etməlidir. Amma deputatın "qeyri-dövlət pensiya fondları vətəndaşa təqaüd yaşı tamam olan zaman 2 müəssisədən ödəniş almaq imkanı yaradacaqdır" ifadəsi anlaşılmır. Dünyada belə təcrübə yoxdur. Vətəndaş iki variantdan birini seçə bilər.

İkincisi, pensiya yaşı özəl və dövlət sektoru üçün eyni götürülür. Hazırda parlamentdə belə bir layihə mövcuddursa, ola bilsin, həmin layihədə belə nəzərdə tutulub.

Üçüncüsü, özəl pensiya fondları Maliyyə Nazirliyinə deyil, DSMF-yə hesabat verəcəksə, həmin özəl pensiya fondları DSMF ilə necə rəqabət apara bilər, ona necə rəqib ola bilər? Əslində özəl pensiya fondu ilə dövlət pensiya fondu bərabərhüquqlu subyektlər olmalıdır ki, onlar bir-biri ilə normal rəqabət apara bilsin.

Bununla yanaşı onu da qeyd etmək yerinə düsərdi ki, Azərbaycanda 2006-cı ildə başlanan pensiya islahatının layihəsində özəl pensiya fondlarının yaradılması da nəzərdə tutulmuşdur. Lakin 1 iyul 2017-ci ildə "Əmək pensiyası haqqında" qanuna edilmiş əlavə və düzəlişlər zamanı pensiya islahatına xitam verildi. İslahatın qısa məzmunu ondan ibarət idi ki, pensiya təminatnatı fərdi uçot sistemi ilə işləyən pensiya modelinə keçilsin. Yəni sovetlər dönəmində sosial müdafiə "əmək qabiliyyətli əhali işləyir və pensiyaçıları saxlayir" prinsipi üzərində qurulmuş model idi. 2006-ci ildə başlanan islahat isə pensiyaçiların sosial müdafiəsini "hər bir vətəndaş işləyir və özünə layiqli pensiya qazanır" prinsipi üzərində qurulmuş modelə keçid etməli idi. Yəni hər bir vətəndaş işlədiyi dövrdə ödədiyi sosial sığorta fərdi uçotundakı hesabda yığılmalı, yaranan pensiya kapitalı isə dövlət tərəfindən hər il infliyasiyaya uyğun olaraq indeksləşdirilməlidir ki, vəsait real dəyərini itirməsin. Həmin pensiya islahatı bu sistemin fəlsəfəsini dəyişməli idi. Çox təəssüflər olsun ki, 11 il ərzində bu keçid alınmadı. Oxucuların yadındadırsa, hətta hər bir vətəndaşa fərdi ucotun kart hesabı da təqdim edilmişdi. Nəzərdə tutulurdu ki, gələcəkdə həmin kart hesabı ilə vətəndaş öz pensiya kapitalına nəzarət edə biləcək. Bu modeldə hər bir vətəndaş işlədiyi dövrdə DSMF ödənişləri nəticəsində nə qədər pensiya kapitalı yığıbsa, ona uyğun olaraq da pensiya almalı idi. Lakin bu keçid alınmadığına görə biz 2017-ci ildə yenidən "əmək qabiliyyətli əhali işləyir və pensiyaçıları saxlayır" prinsipi ilə işləyən modelə qayıtdıq. Hazırda "pensiya kapitalı" adlandırdığımız sığorta kapitalı vəsait olaraq heç bir hesabda toplanmır. İsləyən əhalinin ödədiyi DSMF ödənişlərı hesabına pensiyaçılara məvacib verilir. Bütün bunları yazmaqla onu qeyd etmək istəyirik ki, dünyada özəl pensiya fondlarının uğur qazandığı ölkələrin hamısında fərdi uçot sisteminə keçid edilib. Kim işlədiyi dövrdə fərdi uçot hesabına nə qədər pensiya kapitalı yığıbsa, ona uyğun da pensiya alır. Bu sistemdə DSMF ödənişləri banklara əmanət qoyulmasına bənzəyir, kapital faktiki olaraq var. Hətta vətəndaş pensiya yaşına çatmamış dünyasını dəyişsə pensiya kapitali onun varisinə, vətəndaşlığını itirdikdə isə özünə verilir. Amma bizdə faktiki olaraq "pensiya kapitalı" adlandırdığımız vəsait heç bir hesabda yoxdur, bu yalniz reqəmdən ibarətdir. Bu rəqəm isə yalnız pensiyaçıların məvacibini bir-birindən fərqləndirmək üçün istifadə edilir. Belə bir modellə real iş qabiliyyətinə malik özəl pensiya fondları qurmaq mümkün deyil.

Bununla yanaşı, normal işləyən özəl pensiya fondları qurmaq üçün mütləq ölkənin dinamik əmək bazarı olmalıdır. Yəni iş yerləri o qədər çox olmalıdir ki, əməkçi onu seçsin, 3-4 işdən ən sərfəlisini seçsin ki, sahibkara oz şərtlərini irəli sürə bilsin. O şərtlərdən biri də normal maaş verilməsi və onun tam şəkildə rəsmiləşdirilməsi olacaq. Bu, özəl pensiya fondlarının yaşayıb fəaliyyət göstərməsi üçün ilkin şərtdir. Bizdə isə vəziyyət elədir ki, sahibkar beş-on işçidən birini seçir. Belə olan halda isə sahibkar işçiyə öz şərtlərini diqtə edir. Yəni vergidən yayınmaq üçün maaşın tam hissəsini, ya da hamısını rəsmiləşdirmir. Bununla işçinin pensiya hüququ tapdalanır və eyni zamanda özəl pensiya fondunun yaranma şəraiti pisləşir. Özəl pensiya fondunun DSMF-dan fərqi odur ki, onun sıgorta ödənişlərindən başqa gəlir mənbələri olmur. Bu səbəbdən də özəl pensiya fondları o ölkələrdə uğur qazanır ki, orada sığorta ödənişlərı problemsiz olsun və pensiya modeli fərdi uçot sistemi ilə calışsın. Azərbaycanda bunun heç biri yoxdur. Ona görə də hökumətin yaratmaq istədiyi özəl pensiya fondları formal xarakter daşıyacaq. Sadəcə qeyd ediləcək ki, Azərbaycanda da özəl pensiya fondları var.

Akif NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910