KÖHNƏ VERSİYA            

Separatçı erməni canilər barədə yeni məhkəmə qərarı İrəvanda şou ilə qarşılandı...

Image

Akif Nağı: “Canilərin həbs müddətinin uzadılması ətrafında şoular yaratmaqla, çalışırlar ki...” 

Həbsdə saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsi və digər suveren əraziləri Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.

İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakıdakı separatçı canilərin həbs müddətinin uzadılması ilə bağlı Ermənistanda yenə də şoular başlayıb. Yenə də qondarma iddialar, yenə də uydurma söz-söhbətlər yayır, oyun oynayırlar. 

“Əslində, Ermənistandakıları Bakıda həbsdə olan separatçı canilərin taleyi qətiyyən narahat etmir, onlardan sadəcə, öz oyunları üçün istifadə etməyə...”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki,  həbsdə olan erməni separatçıları, caniləri ilə bağlı Ermənistan və xaricdəki erməni lobbisi çoxlu saxta kampaniyalar aparır, hətta xaricdəki bəzi təşkilatları, dövlət rəsmilərini də buna qatın şoular yaradırlar. “Xarici dövlət rəsmilərini, deputatları, konqresmenləri, təşkilatları özlərinin oyunlarına cəlb etməyə cəhd edirlər. Təbii ki, ortada pul, vəsait var. Pul hesabına çalşırlar ki, həm bu məsələni gündəmdə saxlasınlar, həm də ondan Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Daha çox ikinci məsələnin üstündə dayanırlar. Canilərin həbs müddətinin uzadılması ətrafında şoular yaratmaqla çalışırlar ki, Azərbaycanın beynəlxalq aləmdəki imicini zədələsinlər, ölkəmizi nüfuzdan salsınlar.  Şou yaratmaqdan, oyun qurmaqdan başqa bunların ayrı bir yolu, mübarizə imkanları yoxdur, belə görsənir. Əslində, Ermənistandakıları Bakıda həbsdə olan separatçı canilərin taleyi qətiyyən narahat etmir, onlardan sadəcə, öz oyunları üçün istifadə etməyə çalışırlar”-deyə A.Nağı bildirdi.

A.Nağının sözlərinə görə, Azərbaycan müstəqil siyasət aparır və rəsmən də bildirilir ki, dövlətimiz öz siyasətini heç kimlə uyğunlaşdırmır, çünki öz müstəqil siyasətimizi həyata keçiririk. A.Nağı qeyd etdi ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət kiminsə xoşuna gəlimirsə, bu onların problemidir, özləri bilir. A.Nağı vurğuladı ki, indiki şəraitdə Azərbaycan hüquqi prosedurları nəzərə almaqla, həm beynəlxalq hüquq normalarını, həm ölkə qanunlarını rəhbər tutmaqla canilərin həbsdə qalmaq müddətini uzadıb, bunun üçün kifayət qədər əsasları var. O hesab edir ki, kimlərsə bundan narazıdırsa beynəlxalq qurumlara müraciət etsinlər, Azərbaycan da məlumat versin ki, filan məsələlərə görə onların həbs müddəti uzadılıb, burda qanunsuz heç nə yoxdur. “Bu məsələnin ətrafında şou yaratmağa, yalançı hay-küy salmağa ehtiyac yoxdur. Bunlar COP29 ərəfəsində məqsədli şəkildə göstərilən şoudur ki, bunu da nəyə görə etdiklərini bilirik”.  

A.Nağı qeyd etdi ki, bu gün Niderland, Norveç və digər bəzi dövlətlər separatçılar ətrafında yaradılan süni şouya qoşulublar və COP29 tədbirlərini qaralamağa çalışırlar. Bu ölkələrin Azərbaycana qarşı “səlib yürüşünə” başlayıb, haqsız, ədalətsiz mövqe tuturlar, Bakıda həbsdə olanları “hərbi əsir” adlandırırlar. “Onların bu yanaşması görünməmiş bir rüsvayçılıqdır. Bunlar nə dediklərinin mahiyyətinə, fərqinə varmırlar ki, hansı “hərbi əsirdən” söhbət gedə bilər. Separatçılar müharibə vəziyyətində “əsir düşüblər”, yoxsa yaralanıb “əsir düşüblər”. Bunlar hərbi canidirlər, hərbi əsir deyillər. Bu adamlar bizə qarşı cinayət törədiblər, Azərbaycanın Bərdə, Gəncə, Naftalan şəhərlərinin raket atəşinə tutulması ilə bağlı əmr veriblər. Vardanyan Azərbaycana qarşı cinayət, irqi, milli-dini ayrıseçkilik təbliğatı aparıb, terroru maliyyələşdirib, terrorçuluğa dəstək verib. Buna görə beynəlxalq aləmdə belələrinə çox ciddi cəzalar verilir. Azərbaycan faktiki olaraq onlara qarşı mövqeyini ortaya qoyub, əsaslandırılmış şəkildə onların ittiham aktını hazırlayıb. Ermənistanda hüquqa müraciət etmək əvəzinə siyasi şoular düzəldirlər. Ermənistanın içində yenidən  bu məsələni qabardırlar. Özləri vaxtilə COP29-un Azərbaycanın ev sahibliyi ilə keçirilməsinə səs veriblər, indi isə COP29 ərəfəsində Azərbaycana qarşı hansısa kampaniyaya başlamaq üçün bəhanə axtarırlar. Ermənistanın daxilində hansısa bir müsbət proses getmir ki, onun ətrafında fikir cəmləşdirilsin. Ona görə də istənilən siyasi qüvvələr, istər hakimiyyətdə olanlar, istərsə də hakimiyyətə gəlmək istəyənlər, müxaliflər, başqa marginal qüvvələr Azərbaycanda hər hansı bir hadisə baş verən kimi ondan istifadə edib özlərinə hardasa bir siyasi dividend qazanmağa çalışırlar. Bu, yaramaz, heç bir ölçüyə sığmayan bir hərəkədir. Bunun da Azərbaycanın siyasətinə heç bir təsiri olmaycaq. Hətta belə bir fikrə düşdülər ki, Ermənistan nümayəndələri COP29-a gəlsinlər və burada “əsirlərin”, əslində hərbi canilərin məsələsini qaldırsınlar, bundan da bir şou kimi istifadə etsinlər. COP29 dünyanı maraqlandıran bir məsələdir, burada qaldırılacaq məsələlər dünyanı narahat edən, qayğılandıran, düşündürən mövzulardır. Dünyanın taleyini həll edən bir məsələ ilə bağlı böyük xərclər çəkilib tədbir həyata keçilir. Dünyanın hər yerindən dövlət adamıarı, böyük mütəxəssislər gəlib bu məsələni müzakirə edəcəklər. Bu, Azərbaycanın deyil, dünyanın məsələsidir. Dərk etmirlər ki, Azərbaycan xərc çəkib bu tədbiri keçirməklə dünyanın problemini gündəmə gətirib müzakirə etmək istəyir, Azərbaycan bir müzakirə platforması təklif edir. Ermənistandakı və ondan kənardakı qüvvələr heç bir əsası olmayan məlum məsələdən Azərbaycanın əleyhinə istifadə etməyə çalışır. Bu isə alınmayacaq” - deyə A.Nağı bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031