Ermənistan və İran yeni körpü tikintisinə başlayır
Ermənistan mətbuatı İranla bağlı yeni məlumat yayıb. “News.am” saytının yazdığına görə, Ermənistan və İran Araz çayı üzərində yeni körpü tikintisinin layihəsi üzərində işləyir. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan bildirib ki, körpünün tikintisi ilə bağlı texniki göstəricilər dəqiqləşdirilir.
Nazir müavini bildirib ki, yeni körpü köhnəyə paralel olaraq tikiləcək: “Tələsmək lazım deyil, texniki-iqtisadi araşdırmaların başa çatmasını gözləmək lazımdır”.
Mətləb