Tramp “daxili düşmənlərə” qarşı ordudan istifadəni təklif etdi...
ABŞ Milli Qvardiyası və ya ordu səsvermə günü baş verə biləcək iğtişaşlarla mübarizə aparmağa qadirdir.
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib. “Səsvermə günü problemlərin baş verəcəyini gözləyirmi” sualını cavablandıran siyasətçi bunun gəlmələrdən deyil, “daxili düşməndən” qaynaqlandığını bildirib.
Donald Tramp öz prezidentliyi dövründə Minneapolis polisi tərəfindən Corc Floydun öldürülməsindən sonra başlayan iğtişaşların yatırılmasına hərbçiləri cəlb etmək niyyətində olsa da, bu barədə qərar verməyib.
Qeyd edək ki, ABŞ-da 1907-ci ildən qüvvədə olan qanun prezidentə iğtişaşlarla mübarizə aparmaq üçün Milli Qvardiyadan və hərbçilərdən istifadə etmək səlahiyyəti verir.
ZÜMRÜD