Meksika KİV: “Maskalar düşdü? Azərbaycan niyə Qərb mediasında “çirkin ördək balası”dır?”
Meksikanın tanınmış “Milenio” qəzetində “Maskalar düşdü? Azərbaycan niyə Qərb mediasında “çirkin ördək balası”dır?” sərlövhəli məqalə dərc olunub.
Meksikadanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə hazırkı geosiyasi şəraitdə Qərb mediasının mühüm rol oynadığı, söz azadlığı və demokratiyanın dayağı kimi təqdim edildiyi, lakin bəzi beynəlxalq münaqişələrin işıqlandırılmasında, xüsusilə Azərbaycanın Qarabağ regionu ilə bağlı narahatlıq doğuran ikili standartların müşahidə edildiyi vurğulanır.
Yazıda Azərbaycanın otuz ildən artıq erməni işğalından əziyyət çəkdiyi, bu işğal nəticəsində yüz minlərlə insanın öz ev-eşiyindən didərgin düşdüyü, Azərbaycanın mədəni irsinin məhv edildiyi, həmin ərazilərin minalandığı bildirilir, buna baxmayaraq Qərb mediasında məlumatların qərəzli və təhrif olunmuş formada yayılmasının təəccüb doğurduğu, öz ərazilərini azad etdikdən sonra Azərbaycanın Qərb mediasında “təhlükə” kimi qələmə verildiyi qeyd olunur.
Mətləb