"Şuşada, Ağdamda, Qarabağda törədilən vandalizmi görmüşük" - ICESCO nümayəndəsi
Şuşa şəhərinin tarixi və İslam mədəniyyəti üçün əhəmiyyətli abidələrinə həsr olunan tədbirdə iştirakımıza görə çox şadam. Belə mühüm tədbirin keçirilməsi üçün Azərbaycana təşəkkürümüzü bildiririk.
Bu sözləri ICESCO-nun nümayəndəsi Bilel Şabbi söyləyib.
"Çox şadıq ki, Azərbaycan Şuşa şəhərinin tarixi abidələrinə, irsinə bu qədər böyük əhəmiyyət verir. Xüsusi qeyd etmək istəyirəm ki, bu tədbir ənənəvi olacaq. Azərbaycan tərəfindən tarixi abidələrin bərpası, şəhərdəki infrastrukturun yenidən qurulması istiqamətində təşəbbüs və fəaliyyətlərini dəstəkləyirik", - deyə o əlavə edib.
Erməni vandalizmi barədə də fikirlərini bölüşən Bilel Şabbi deyib: “Şuşa şəhərində, Ağdamda, ümumiyyətlə, Qarabağda törədilən vandalizmi və dağıntıları görmüşük. Qeyd etməliyəm ki, biz bunlarla əlaqədar artıq müvafiq sənədlər qəbul etmişik və onlar həm müharibə, həm münaqişə dövründə və ondan sonra tarixi abidələrə, irsə qarşı törədilən dağıntıların qarşısını almağa yönəlib. Biz üzv ölkələrə kömək göstərməyə çalışırıq ki, onlar belə hallarla rastlaşdıqda şəhərləri, kəndləri, tarixi abidələri bərpa etmək istiqamətində işləri daha sürətlə həyata keçirsinlər”.
ZÜMRÜD