İran ərəb ölkələrinin “Hizbullah” liderinin öldürülməsində əli olduğunu iddia etdi…
İranda ingilis dilində nəşr olunan rəsmi qəzet olan “Tehran Times” sentyabrın 27-də Livanın paytaxtı Beyrutda “Hizbullah” lideri Nəsrullahın öldürülməsi ilə bağlı Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinə sərt ittihamlar irəli sürüb.
Qəzet, Nəsrullahın öldürülməsi ilə böyük təbliğat hücumunun başladığını və bunun arxasında İsrailin olduğunu yazıb.
Keçmiş “Hizbullah” üzvü Məhəmməd Əli Hüseynin Səudiyyənin “El Arabiya” telekanalına verdiyi müsahibənin bir mesaj olduğunu qeyd edən qəzetin yazdığına görə, Nəsrullahın öldürülməsindən bir gün əvvəl yayımlanan müsahibədə Hüseynin İranın” Hizbullah” liderini satdığını dediyini xatırladıb.
"Vəsiyyətini yaz. İran sənə və qrupuna xəyanət etdi. İranın sənin başının müqabilində necə sövdələşmələrə getdiyini bilsəydin, hər şey alt-üst olardı. Qüdsü sizi göstərənlər sizi satdılar" – “Tehran Times” livanlı din xadimi Hüseynin sözlərindən sitat gətirib.
Qeyd edilir ki, sui-qəsddən sonra Səudiyyə Ərəbistanının digər KİV-ləri də kampaniyaya qoşularaq Məhəmməd Əli Hüseyni təbliğ ediblər. Qəzet 2021-ci ildə Səudiyyə vətəndaşlığı alan Hüseynin keçmişdə İsrail casusu kimi Livanda həbs edildiyini bildirib.
“Tehran Times”ın məlumatına görə, həmin günlərdə Qərb mətbuatında İranın dini lideri Ayətullah Əli Xamneyinin bunkerdə gizləndiyi xəbəri də yayılıb. Oktyabrın 1-də İranın İsrailə ballistik raket hücumu ilə kampaniyanın iflasa uğradığını iddia edən qəzet, dini lider Xamneyinin bir neçə gün sonra Tehranda cümə namazını qıldığını yazıb.
“Tehran Times”ın məlumatına görə, bəzi ərəb media orqanlarının və İsrailin dəstəklədiyi Qərb mediasının növbəti hədəfi İran İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlar bölməsi olan Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani olub.
Qəzet Beyruta səfər edən Qaani ilə əlaqənin kəsildiyi xəbərini xatırladaraq, sonradan komandirin ev dustağı olduğu və ya sorğu-sual zamanı infarkt keçirməsi xəbərinin yayıldığını bildirib. Qəzet iddia edir ki, ərəb mediası bütün bu kampaniyada fəal şəkildə iştirak edib.
TAHİR