İsveç və Danimarka mediası COP29 barədə yazır
İsveç və Danimarkanın eyni adlı “Altinget” qəzetlərində Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və sədrlik edən ölkə kimi Azərbaycanın təklif etdiyi təşəbbüslərə həsr olunmuş məqalələri dərc olunub.
Məqalələrdə diplomat qeyd edir ki, iqlim konfransının Bakıda keçirilməsi regionda ən son nailiyyətləri, o cümlədən Azərbaycanın COP29-a ev sahibliyi etmək istəyini dəstəkləyən Ermənistanla münasibətləri normallaşdırmaq səylərini göstərir.
Geosiyasətin iqlim fəaliyyətinə kölgə sala biləcəyi ilə bağlı narahatlıqlar fonunda Azərbaycan Paris Sazişinin məqsədlərinə nail olmaq üçün diqqəti konkret tədbirlərə yönəltməkdə qərarlıdır.
Yazılarda vurğulanıb ki, Azərbaycan ev sahibi ölkə kimi bütün maraqlı tərəflərin, o cümlədən yerli xalqların, gənclərin və vətəndaş cəmiyyətinin səsini və ehtiyaclarını nəzərə alan inklüziv iqlim idarəçiliyinin təşviqinin tərəfdaşıdır. Köhnəlmiş 100 milyard dollarlıq hədəfi əvəz edəcək iqlim maliyyəsi üçün Yeni kollektiv kəmiyyət məqsədinin müəyyən edilməsi isə əsas prioritetdir.
Mətləb