Çərşənbə axşamı günü, 8 iyul 2025
     

COP29-a çamur atmayan "bircə Amerika pastoru" qalmışdı - Cimin də dərdi "Qarabağ imiş"...

Image

Xəyal Bəşirov: "Bu COP29 tədbirindən Azərbaycana qarşı istifadə edilməsi bir oyundur, növbəti bir təxribatdır"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməyə hazırlaşmasını Ermənistanla yanaşı erməni quyruqları, ermənipərəst qüvvələr də heç cür həzm edə bilmirlər. 

Odur ki, Azərbaycanla bağlı qara piar kampaniyası aparırlar, ölkəmizin əttafında çirkin, məkrli oyunlar qurmağa çalışırlar. Erməni lobbisinin pulu hazırda dünyanın bir sıra ölkələrində dövlət adamlarının, parlamentarilərin, eləcə də jurnalistlərin, blogerlərin, siyasi şərhçilərin cibinə axır. Alınıb-satılmağa öyrənmiş bu tip insanlardan antiazərbaycan siyasətində istifadə olunur, onlar vasitəsilə də ölkəmizə qarşı qara piar aparılır. Əlbəttə, bu heç bir nəticə verməyəcək. Necə deyərlər, milçək bir şey deyil, amma könül bulandırır.  

Erməni havadarlarının sırasına amerikalı pastor, "Well Versed Word"ün yaradıcısı Cim Qarlou da qoşulub. Cim o qədər hissə qapılıb və gözlərini erməni lobbisinin çirkli pulları elə tutub ki, əsl işğalçını, etnik təmizləmə aparanı, müharibə canisini - Ermənistanı və erməniləri görmür. 

Qarlou bir məqalə yazıb və məqaləsində o, ABŞ xristianlarını Azərbaycanda COP-29-u boykot etməyə və bu konfransın keçiriləcəyi məkanın dəyişdirilməsini tələb etməyə çağırıb. 

Gerçəkliklərdən xəbərsiz olan və erməni qabını yalayan pastorun dərdi demə ki, Qarabağdan köçüb getmiş ermənilər imiş. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan hökuməti öz torpaqlarında guya "etnik və dini təmizləmə siyasəti" həyata keçirib. Azərbaycan hökuməti guya  "erməni mülki şəxsləri, siyasi liderləri və hərbiçiləri" "əsir saxlayır".

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, əli azərbaycanlıların qanına batmış, ərazilərimizdə bölücülüklə, mərkəzi hakimiyyətə qarşı itaətsizliklə, separatçılıqla, terrorla, işğalla məşğul olan separatçı liderləri həbs etməsi faktını həzm edə bilməyən pastor bizə qarşı həqiqətdən uzaq fikirlər işlədir. Deyir ki, erməni separatçılarını həbs etdiyi üçün   Azərbaycan iqlim konfransına ev sahibliyi edə bilməz. Öz aləmində dünya ictimaiyyətinə səslənib ki, bu konfransı "boykot" etsinlər. Guya 120 min erməni "etnik təmizləmə nəticəsində Azərbaycanı tərk edib". Saxta 120 min rəəqminin ardınca düşən, bunu əlində bayraq edən pastorun bir azca insafı olsaydı, vaxtilə Ermənistanın işğalı nəticəsində Azərbaycanın öz ərazisində qaçqına çevrilən 1 milyon azərbaycanlının taleyindən də danışardı, etnik təmizləməyə məruz qalan, öz dədə-baba yurdlarından deportasiya edilən 300 mindən çox Qərbi azərbaycanlının faciəvi taleyindən bəhs edərdi. Amma o bunların əvəzinə uydurma şeylərin quyruğuna düşüb gedir. 

Gördüyünüz kimi, COP29-a qarşı danışmayan tək bu pastor qalmışdı o da danışdı. Deyir ki,  ya COP29 boykot olunmalı, ya da yeri dəyişməlidir.

Bu adam aşkar şəkildə erməniləri müdafiə edir, erməni ağzı ilə danışır. O, cani separatçıların türmədən buraxılmasını tələb edir. Sırf erməni planıdır, həbsdə olan cani ermənilərdən istifadə edib  COP-u ləkələmək, COP-dan istifadə edib separatçı caniləri azadlığa çıxarmaq istəyirlər.

"Bu tədbir bitəndən sonra ABŞ pastorunun da, onun kimilərinin də səsi kəsiləcək"

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, COP29 tədbiri ilə bağlı Azərbaycana qarşı səfərbərliklərin açıq şəkildə şahidiyik: "Əslində, COP29 tədbirini əldə əsas tutub tutub Azərbaycana qarşı istifadə etmək istədikləri o məqamlar ortadadır. Söhbət təbii ki, dünyada Azərbaycana qarşı bu istiqamətdə addın atanlardan gedir. ABŞ-dan olan ermənipərəst qüvvələrdən, Fransadan, Avropanın digər dövlətlərundən, daha sonra beynəlxalq təsisatlardan gedir. X.Bəşirov qeyd edti ki, o təsisatlar ki, həmişə Azərbaycana qarşı qərəzli olublar. Bir sıra təşkilatlar var ki, bizə qarşı qərəzlərini açıq göstəriblər. "Bu təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Torpaqlarımız işğal altında olanda da, Azərbaycanın 1 milyon vətəndaşı qaçqın-köçkün vəziyyətində olanda da eyni münasibəti göstəriblər. O vaxt da Azərbaycana qarşı eyni ritorikadan istifadə edirdilər. İndi də Azərbaycan ərazi bütövlüyünü təmin edəndən, işğala son qoyandan sonra eyni fikirləri səsləndirirlər. Bu qüvvələrin Azərbaycana qarşı mövqeyi qərəzlidir. COP28 tədbiri keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirildi. Əslində onlara qarşı da təxminən eyni fikirlər səsləndirildi, əsassız itthamlar edilirdi. İndi də Azərbaycana qarşı o fikirlər səsləndirilir. Yadımızdadır ki, keçən il COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı dünya dövlətləri yekdil səs çoxluğu ilə buna səs verdilər. Yəni razılıqlarını bildirdilər. İndi proseslərin gedişatına nəzər yetirək. Həmin dövlətlər ki Azərbaycana razılıq vermişdilər, ABŞ, Fransa və beynəlxalq təşkilatların mövcud olduğu digər dövlətlərdən Azərbaycana qarşı fikirlər səsləndirilir.  

Həmin o dövlətlərin hamısı, hətta Ermənistanın özü belə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı razılıqlarını vermişdilər. Bu gün Azərbaycana qarşı ittiham kimi istifadə etdikləri o məsələlər mövcud idi. Azərbaycan keçən il həmin o cinayətkarları həbs etmişdi, onlar Azərbaycanda istintaq təcridxanasında idilər. Eyni zamanda Azərbaycana qarşı "siyasi məhbus" ittihamını ortaya qoyurlar. Onların "siyasi məhbus" hesab etdikləri adamlar keçən il də həbsdə idilər. Yəni bu gün Azərbaycana qarşı ittiham kimi istifadə etdikləri o hadisələrin hamısı Azərbaycana COP29-un ev sahibliyi ilə bağlı razılıq verərkən baş verimişdi, O şəxslər "siyasi məhbusdursa", o canilər buraxılmalıdırsa, yaxud Azərbaycanla bağlı səsləndirilən digər fikirlərin hamısı varsa, bəs nə üçün Azərbaycanın ev sahibliyinə razılıq vermişdilər? Deməli, bu COP29 tədbirindən Azərbaycana qarşı istifadə edilməsi bir oyundur, növbəti bir təxribatdır".

X.Bəşirovun fikrincə, COP29 tədbirinin Azərbaycanda keçirilməsinə razılıq verməklə həmin o qüvvələrin bir neçə məkrli niyyətləri vardı. "Onlardan hər biri həmin o tədbirə razılıq verib və məqsədləri  dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda ölkəmizə qarşı səfərbər olunmaq, itiihamlar səsləndirmək, bu yolla Azərbaycana təsir göstərməkdir. Digər bir məqam isə o cinayətkarların azad olunmasına nail olmaqdır. Eyni zamanda da Ermənistanla sülh sazişi imzalamaq ərəfəsində Azərbaycana təsir göstərərək ölkəmizin tələm-tələsik, yarımçıq, Ermənistana güzəştin mövcud olduğu sülh sazişini imzalamq məqsədinə nail olmaqdır. Məqsəd, niyyət budur. Baş verənlər də onu göstərir. Düşünürəm ki, Azərbaycan tərəfi öz prinspiallığını göstərməkdə davam edir və Azərbaycan hesab edir ki, COP29 tədbiri təkcə bizim üçün deyil, ümumilikdə bəşəriyyət, insanlıq, qlobal olaraq dünya üçün keçirilən bir tədbirdi. Azərbaycan belə yüksək səviyyəli, beynəlxalq aləmdə ən nüfuzlu tədbirlərdən biri olan bu tədbirə ev sahibliyi etməklə, əslində özünün qazanmasından daha çox dünyanın, insanlığın, bəşəriyyətin, dünya iqliminin qazanmasını reallaşdırmaq istəyir. Amma bunu əllərində əsas tutub Azərbaycana qarşı səfərbər olanlar bir daha sübut edirlər ki, onlar üçün bəşəriyyət, insanlıq, dünya, dünyanın iqlim dəyişikliyi elə də böyük önəm kəsb etmir. Onlar üçün əsas məqam onların maraqlarıdır. Onlar hər bir məsələdən, hər bir arqumentdən, hər bir prosesdən öz maraqları istiqamətində qanuni və yaxud qanunsuz, huquqi və ya qeyri-hüquqi şəkildə istifadə etməkdə qərarlı olduqlarını bir daha göstərdilər. COP28 tədbiri ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinə qarşı ittihamedici kampaniya dayandı. Azərbaycana qarşı da eyni addımlar olacaq. Amma biz bu tədbiri keçirəcəyik. Kimin nə deməsi bizim üçün maraqlı deyil. Bu tədbir bitəndən sonra ABŞ pastorunun da, onun kimilərinin də səsi kəsiləcək. Onların qərəzli mövqeyi heç nəyi həll etmir. ABŞ pastoru erməni ağzı ilə danışır və fikirləri tamamilə qərəzlidir. 

Proses yenə də davam edir. Keçən dövrkü proseslərə nəzər salsaq, eyni addımların şahidi olacağımızı düşünürəm" - deyə X.Bəşirov qyed etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910