Bazar günü, 1 iyun 2025
     

Son dünya turnirlərində gənc idmançılarımızın möhtəşəm nəticələri...

Image

Gənc nəsli elə tərbiyə etmək lazımdır ki, yaxşıları özlərinə nümunə götürsünlər. Uşaq və gənclərdə mənəvi və fiziki tərbiyənin yüksək səviyyədə inkişaf etməsi üçün onların idmanla məşğul olmasını təmin etmək lazımdır. 

Sözsüz ki, Azərbaycan dövləti uşaq və gənclərin idmanla məşğul olması üçün əlçatan şərait yaradıb, idmana, idmançılara böyük diqqət qayğı göstərir. Dövlətin idman siyasəti olduqca mükəmməldir və bunu idmanla bağlı  biz bütün istiqamətlərdə müşahidə edirik. Gizlin deyil ki, həyatda hər bir insanın formalaşmasında idman, bədən tərbiyəsi müstəsna önəm kəsb edir. İdman insanın çoxşaxəli təhsilinin əsas növlərindən biridir, ümumi tərbiyə sisteminin praktiki olaraq ayrılmaz hissəsidir. Təhsilin müxtəlif aspektlərinin qarşılıqlı əlaqəsinin təbii ilkin şərti isə insanın fiziki və mənəvi inkişafının uğurlu vəhdətinin yaradılmasıdır. Azərbaycanın bir dövlət kimi gələcəyinin müəyyən edilməsi gənc nəslin hansı ruhda, hansı formada yetişdirilməsindən bilavasitə asılıdır. Qeyd edilənlər fonunda təsadüfi deyil ki, cəmiyyətin, xüsusən də onun gənclər təbəqəsinin fiziki və mənəvi inkişafında idmanın rolu daim yüksək qiymətləndirilir. Qeyd ediliyi kimi, Azərbaycanda bu müstəvidə genişmiqyaslı işlər görülür. Ölkə əhalisinin müxtəlif kateqoriyalarının və qruplarının, ilk növbədə uşaqların və gənclərin fiziki hazırlığının yüksəldilməsində bu mənada ciddi nailiyyətlər qeydə alınır. Sağlam həyat tərzi formalaşdırmaq məqsədilə müxtəlif proqramlar tətbiq olunur. Hazırda bu, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri və məqsədlərindən biri kimi təsbit edilir. Burada məqsəd həm də gənclərin vətənpərvər ruhda yetişməsinə nail olmaqdır. 

Uşaq və gənclərin yalnız fiziki deyil, eyni zamanda mənəvi inkişafında da bədən tərbiyəsinin, idmanın ayrıca yeri var. İdmanla məşğul olan gənclərə, uşaqlara fikir versək görərik ki, idman onların əxlaqının, mənəviyyatının formalaşmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır. Belə uşaqlar adətən pis vərdişlərdən uzaq olur, onlarda nizam-intizam, dürüstlük, məsuliyyət kimi ali keyfiyyətlər üstünlük təşkil edir.  

Uşaqlıqdan idmana meyl edən və böyüyəndə idmanın müxtəlif sahələri ilə peşəkar səviyyədə məşğul olan, yerli və beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edən gənclərin fəaliyyətlərinin uşaqlara və gənc nəsilə yaxşı bir örnək olduğu danılmazdır. 

Çempion Azərbaycan idmançıları uşaq və gənclərə nümunədir...

Əlbəttə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün  Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. 

Azərbaycan idmançılarının Avropa və dünya çempionatlarında, Paris-2024Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nəticələrin gənclərin və uşaqların idmana marağının artmasına necə kömək edir, onlara stimul verirmi? Onların fiziki və mənəvi tərbiyəsində necə rol oynayır?

Paris-2024 Yay Olimpiya Oyunlarında, Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının göstərdiklər nəticələr sözün həqiqi mənasında tarixə yazıldı. Düzdür, müəyyən narazılıqlar oldu, "daha çox medal qazana bilərdik", "qızıl medallarımızın sayı daha çox ola bilərdi" deyənlər və yazanlar da çox oldu. Amma bunu deyənlər onun fərqinə varmadılar ki, Azərbaycan idmançıları bu nəticəni bizə qarşı həmişə qərəzli siyasət yürüdən Fransada əldə edib və bir qızıl medal belə qazanılsaydı bu bizim üçün az nəticə deyildi. Əsas o idi ki, Parisdə bayrağımız ucaldıldı, himnimiz səsləndirildi. İdmanın çoxdan bəridir ki, siyasi alətə çevrildiyi gün kimi aydındır. 

İdmançılara dövlət dəstəyi...

Olimpiyaçılarımızın uğurlarına ən böyük qiyməti Prezident İlham Əliyev verdi və onları təbrik və təltif etdi, barələrində xoş sözlər dedi, tövsiyyələr, tapşırıqlar verdi, gözləntilərini dilə gətirdi. 

Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirirdi: "...Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.

Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır".

Məlum olduğu kimi, XXXIII Yay Olimpiya Oyunlarında - Paris-2024-də 15 idman növü üzrə 17 proqramda 48 idmançı ilə təmsil olunan Azərbaycan millisinin qazancı 7 medal (2 qızıl, 2 gümüş, 3 bürünc) oldu. Cüdoçulardan Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməklə Fransa paytaxtında Azərbaycanın Dövlət Himninin səsləndirilməsinə nail oldular. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) yalnız final görüşündə uduzmaqla gümüş medal qazandılar. Millimizin hesabına 3 bürünc medalı isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) yazdırdılar.

Paris Yay Olimpiya Oyunlarında komandamız 7 medal qazanaraq Azərbaycanın tarixində ilk dəfə ümumi hesabda 30-cu yeri tutmuşdusa, paralimpiyaçılarımız 11 medalla 28-ci nəticəni göstərdi. Ekspertlər hesab edir ki, ötən paralimpiadalara nəzər salsaq, budəfəki yarışlarda paralimpiyaçılarımızın xüsusilə fərqləndiyini vurğulaya bilərik. 

Paralimpiyaçılarımızın uğurları böyük örnəkdir

Paraatletikadan Parisdə ən yaxşı nəticə  göstərildi. 

5 idmançı ilə çıxış edən paraatletika millimizin heyətində Səid Nəcəfzadə (T12, uzunluğa tullanma), Orxan Aslanov (T13, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13, 100 metr qaçış) fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. "Tokio-2020"də 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva mötəbər yarışın favoritləri arasında idi. 22 yaşlı atlet builki dünya çempionatında iştirak etdiyi 100 və 400 metr məsafələrə qaçışda qızıl medal qazanmışdı. O, Paris Paralimpiadasında qızıl medalla yanaşı, 400 məsafə üzrə qaçışda da uğurla çıxış edərək gümüş medala sahib oldu. 151 ölkə təmsilçilərinin mübarizə apardığı paratletika yarışlarında komandamız yekun sıralamada 19-cu yeri tutdu.

Paraüzgüçülərimiz də yaxşı nəticə təqdim etdilər. Belə ki, paralimpiadada paraüzgüçülük üzrə komandamız da fərqləndi. Üzgüçü Raman Salei bundan əvvəl sahib olduğu 4 paralimpiya medalına daha 3-nü (1 gümüş və 2 bürünc) əlavə etdi. Tokio Paralimpiadasının qalibi Vəli İsrafilov (100 metr, brass, SB13) isə bu dəfə bürünc medal qazandı. Deməli, paralimpiadada 11 medaldan 8-i bu idman növlərinin payına düşür. Ötən paralimpiadalarda da atletika və üzgüçülük üzrə yaxşı nəticələr qazanılıb. 

İlk parataekvondo medallarımızı onlar qazandı

Məlum olduğu kimi, Paris Paralimpiadasında parataekvondoda Azərbaycan ilk medallarını qazandı. Bu növdə qızıl medala sahib olan İmaməddin Xəlilov (70 kq, K44) idman tariximizə ilk Paralimpiya çempionu kimi düşdü. Yığmamızın digər üzvü Sabir Zeynalov (58 kq, K44) isə 3-cü yeri tutdu. 

Yığmamızın üzvü "Afina-2004"də ilk medalını qazanan əfsanəvi idmançı İlham Zəkiyevin nailiyyətini yaddan çıxarmamalıyıq. Afina və Pekin paralimpiadalarının qalibi, London, eləcə də Rio oyunlarında 3-cü yeri tutan 44 yaşlı cüdoçu bu dəfə xalqımızı bürünc medalla sevindirdi. 

Bu idmançılarımızın göstərdikləri yüksək nəticələr, onların gənclərə örnək olan idman mücadiləsi tərbiyəvi əhəmiyyətə malikdir. Əlbəttə, gənclərimiz bu parlaq isimlərdən, mübariz Vətən övladlarından nümunə götürüb öz həyatlarını sağlam təməllər üzərində qurmalıdırlar. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

01.06.2025 / 00:07
İlham Əliyev 2004-cü ildəki referenduma uyğun kursu davam etdirir, yunan deputatın əsəbi yersizdir...

31.05.2025 / 22:23
Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib - FOTO/VİDEO

31.05.2025 / 22:06
Səudiyyədən İrana xəbərdarlıq - Ya ABŞ-la razılaşın, ya da İsrailin hücumuna hazır olun...

31.05.2025 / 20:33
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regional məsələləri müzakirə edib

31.05.2025 / 19:04
ABŞ Cənubi Qafqazda yenidən fəallaşır - Tramp siyasəti dəyişir...

31.05.2025 / 18:41
Xorvatiya lideri Aİ-ni yıxıb sürüdü - ölkələrə yalandan üzvlük sözü verib onlardan müəyyən güzəştlər qoparmağa çalışırlar...

31.05.2025 / 18:30
Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa və Ağdamda olublar

31.05.2025 / 18:18
Bakı-İrəvan sazişinin yeri və zamanı hələ müzakirə edilmir - Qriqoryan məqsədli təhrifə yol verdi... 2 şərt icra olunub ki?...

31.05.2025 / 17:52
İmamoğlu: “16 milyon istanbullunu bir-bir həbsəmi atacaqsan?”

31.05.2025 / 17:35
"Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 397 nəfər həlak olub və yaralanıb" - XİN

31.05.2025 / 17:20
Ermənistanda kilsə-hakimiyyət qarşıdurması kəskinləşir...

31.05.2025 / 17:07
Elon Maskın niyə gözü göyərib?

31.05.2025 / 16:44
Tramp Ukrayna danışıqlarında Medinskini bu səbəbdən Kremlin adamı kimi görmək istəmir...

31.05.2025 / 16:03
“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

31.05.2025 / 16:01
Rusiya Ukraynanın sülh danışıqlarına gəlməməsindən qorxuya düşüb

31.05.2025 / 15:42
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb...

31.05.2025 / 15:06
Goranboyda mülki şəxs minaya düşdü, sol ayağı amputasiya edildi

31.05.2025 / 14:48
Polis əməliyyat keçirdi, 9 kiloqram narkotik aşkarlandı

31.05.2025 / 14:23
Sərhəddə mobil telefon əməliyyatı - təhqiqatçı islah işlərinə məhkum edildi

31.05.2025 / 13:11
Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

31.05.2025 / 11:29
Paşinyan kilsəni dövlət sistemindən silib atmaq fikrindədir ...

31.05.2025 / 11:28
Katalikos Paşinyana - Məni bu vəzifəyə sən seçə bilməzsən....

31.05.2025 / 11:26
Tramp iyunun 2- də İstanbula ruslarla danışığa nümayəndə göndərməyəcək...

31.05.2025 / 11:20
ABŞ- da 47 milyon dollar COViD pulunu yemiş 14 erməni tutuldu....

31.05.2025 / 10:20
Goranboyda qardaş bacısını bıçaqlayıb

31.05.2025 / 10:13
Paşinyan hökm etdi- Katalikosu dövlət seçməlidir...

31.05.2025 / 10:02
Müstəntiqlər səfirlikdə əməliyyat keçirdilər....Müttəfiqlərin arası dəyir...

31.05.2025 / 09:28
Tik tok-da qadınları şantaj edən 19 yaşlı dələduz saxlanılıb

31.05.2025 / 09:27
Azərbaycandan xaricə kütləvi qızıl axını var...

31.05.2025 / 09:17
Daha 38 ailə Laçına yola salınıb

31.05.2025 / 09:10
Bu axşam Çempionlar Liqasının finalı olacaq

31.05.2025 / 09:03
“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

31.05.2025 / 08:42
Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

31.05.2025 / 08:42
Rus turistləri Bakıya gəlməkdən niyə çəkinir - məsələdə siyasi çalar ehtimalı...

30.05.2025 / 22:43
Tərtərdə daha bir mülki şəxs minaya düşdü

30.05.2025 / 22:10
Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib - FOTO

30.05.2025 / 21:26
Kreml Qarabağdan İrəvana köçmüş erməniləri hələ də "unuda bilmir"...

30.05.2025 / 21:12
ABŞ-Azərbaycan əlaqələrində böyük imkan - Senator 907-nin ləğvinə eyham vurur?..

30.05.2025 / 20:57
Azərbaycanı iqlim risqləri gözləyir - Xəzər barədə sammit qərarı verildi...

30.05.2025 / 20:43
Rusiya Ukraynaya memorandum təklif etdi, ancaq elə şərt qoydu ki...

30.05.2025 / 20:39
Qərb Rusiyaya neft və qaz üçün Ukraynaya verdiyi yardımdan daha çox pul ödədi

30.05.2025 / 20:30
"Azərbaycanlılar qayıdıb Ermənistanda yaşayacaq" - Paşinyandan şok xəbər... Müxalifət qalxdı...

30.05.2025 / 20:17
Trampın komandası dağılır - həssas Mask iflası öncədən görür?

30.05.2025 / 20:03
Tramp və Putinin "mehriban düşmənçiliyi" davam edir - arada Ukrayna əldən gedir...

30.05.2025 / 19:50
“Azdrama”da aləm yenə bir-birinə dəyib - Nurla Hüseynovun qarşıdurması...

30.05.2025 / 19:37
Gəncədə mülki əhalinin və infrastrukturun bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları məhkəmədə elan olundu

30.05.2025 / 19:30
“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

30.05.2025 / 19:24
Prezidentin kinematoqrafiya ilə bağlı son sərəncamının əsas məqsədləri...

30.05.2025 / 19:18
Latviya Prezidenti Prezident İlham Əliyevə təbrik ünvanlayıb

30.05.2025 / 19:16
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

30.05.2025 / 19:11
İran Ərdoğanın sözünü eşitsə, Zəngəzur dəhlizi daha tez açıla bilər(?)...

30.05.2025 / 18:48
ABŞ kəşfiyyatının hesabatından sonra Rusiyanın Azərbaycana münasibəti dəyişəcək...

30.05.2025 / 18:35
Trampın bu sözlərindən sonra hamı Qafqazda sülh üçün əməli addımlar gözləyir...

30.05.2025 / 18:21
Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

30.05.2025 / 18:07
Erməni separatçılarının Xankəndidə tikdiyi saxta qədim mağara kompleksi...

30.05.2025 / 17:53
Tramp qarşıdakı illərdə Azərbaycanla bağlı yeni təşəbbüslər irəli sürə bilər...

30.05.2025 / 17:45
İqtisadi Şuranın növbəti iclası keçirildi - aidiyyəti qurumlara tapşırıqlar verildi

30.05.2025 / 17:39
Azərbaycanda oğlan və qız uşaqlarının say balansı fəlakətli şəkildə pozulur...

30.05.2025 / 17:26
11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...

30.05.2025 / 17:14
DİN-in təşəbbüsü ilə uşaq hüquqlarının müdafiəsilə bağlı konfrans keçirildi - FOTO

30.05.2025 / 17:06
Məleykə Abbaszadə təhsil ekspertlərini yenə "vurdu" - status yazmaq qəhrəmanlıq deyil...

30.05.2025 / 16:52
“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

30.05.2025 / 16:40
BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub

30.05.2025 / 16:36
Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

30.05.2025 / 16:02
Mask Ağ evdə özünü küncə sıxılmış hiss edirmiş

30.05.2025 / 16:00
Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

30.05.2025 / 15:57
Tramp: ABŞ-Aİ ticarət danışıqlarında irəliləyiş var

30.05.2025 / 15:56
Tramp İsraillə hərbi əməkdaşlığı dondurdu

30.05.2025 / 15:43
İstanbulda Türkiyə, ABŞ, Ukrayna və Rusiya liderlərinin zirvə toplantısına hazırlıq gedir...

30.05.2025 / 15:16
"Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım" - Zərərçəkmiş şəxs

30.05.2025 / 15:10
Xankəndidə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclası keçirilib - FOTO

30.05.2025 / 15:08
Bakıda 30 minlik oğurluq - iki nəfər saxlandı

30.05.2025 / 14:47
Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

30.05.2025 / 14:32
Paşinyan və arvadı kilsə üzərinə hücuma keçdi - məni rahat buraxın...

30.05.2025 / 14:18
Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı ilə “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır

30.05.2025 / 14:10
Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

30.05.2025 / 14:03
Məktəblərdə direktor müavinləri kişilər olsun - Deputatdan təklif...

30.05.2025 / 13:53
Azərbaycan və ABŞ arasında Ermənistanla normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub

30.05.2025 / 13:38
Hərbi vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu - Hərbi Prokurorluq cinayət işi başladı

30.05.2025 / 13:24
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb - Ceyhun Məmmədov

30.05.2025 / 13:18
Paytaxt ərazisində iki avtomobil soyuldu, saxlananlar var

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

XƏBƏR ARXİVİ

İyun
B.eÇ.aÇC.aCŞB
262728293031123456789101112131415161718192021222324252627282930123456