Dini Komitəyə erkən və qohumlararası nikaha nəzarət səlahiyyəti verildi
“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilib.
Bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir.
Dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir.
Yerli icra hakimiyyəti orqanlarına gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirmək barədə əlavə səlahiyyətlər verilib.