1100-dək bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu yaranıb...
Azərbaycanda 1100-ə yaxın bələdiyyənin dövlətə 8 milyon manata yaxın borcu var. Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasda bildirib.
O qeyd edib ki, bələdiyyələrin borcu problemi uzun illərdir var.
“Borcların böyüməsinin qarşısı alınıb, lakin əvvəldən qalan borclar hələ də var. 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın dövlətə borcu var. Bunların çoxu 3 ildən artıqdır ki, mövcuddur. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalarla bunu həll etmək olar. Amma bu da bələdiyyələrdə bir az arxayınlıq yarada bilər. Müəyyən təkliflər var. Birləşmə başa çatdıqdan sonra bu problemi həll etmək daha optimal olacaq”, - deyə F.Əliyev bildirib.