Cümə axşamı günü, 17 iyul 2025
     

Güney Azərbaycanda iqtisadi oyanış başladı - yeni vali od püskürdü...

Image

Cənub qonşumuz İranda Güney Azərbaycan faktorunun getdikcə ön plana çıxmaqda olduğu müşahidə edilməkdədir. Bunu soydaşımız Məsud Pezeşkianın preident seçilməsindən sonra Şərqi Azərbaycan vilayətinin yeni təyin olunmuş valisi Bəhram Sərməstin açıqlamalarından bir daha görmək mümkündür. 

Bəhram Sərməst Təbrizdəki vəzifə qəbulu mərasimində Azərbaycanın, xüsusən də Təbrizin iqtisadi və sosial problemlərindən danışıb. O, vilayətin geriləməsini aradan qaldırmaq üçün ciddi tədbirlər görməyin vacibliyini vurğulayıb.

Məsud Pezeşkian hökuməti tərəfindən yeni vali təyin edilən Sərməst çıxışında bildirib ki, bir vaxtlar Təbriz hər sahədə lider şəhər idi, amma indi bu mövqeyini itirib: "Təbriz artıq ilklər şəhəri deyil, yeddinci və səkkizinci sıraya düşüb. Keçmişi tənqid etməyə öyrəşməmişəm, amma ondan dərs alaraq gələcək üçün planlar qurmalıyıq". Sərməst Azərbaycanın ləyaqət və mədəniyyətinin sarsıldığını qeyd edib və bunları yenidən bərpa etməyin zəruri olduğunu vurğulayıb. O bildirib ki, vilayətdə qısa müddətdə bəzi iri layihələrin həyata keçirilməsi vacibdir: "Milli birlik hökumətinin nümayəndəsi olaraq bu layihələri proqram əsasında irəli aparacağam". Özünü mötədil islahatçı kimi təqdim edən vali Azərbaycan coğrafiyasının tarixi eroziyaya uğradığını, ana sənaye sahələrinin isə köhnəldiyini və təcili olaraq yenilənməli olduğunu qeyd edib. O vurğulayıb ki, vilayətdə infrastruktur layihələri və digər meqa layihələri sürətlə başa çatdırmaq üçün çalışacaq. Əslən Binab şəhərindən olan Sərməst çıxışında Güney Azərbaycanın prezident seçkilərində mühüm rol oynadığını qeyd edərək deyib: "Əgər Azərbaycan seçkilərdə iştirak etməsəydi, bu gün Pezeşkian hökuməti mövcud olmayacaqdı, çünki onun əsas seçici dəstəyini Azərbaycan təmin etdi". Şərqi Azərbaycan vilayəti, bəzi yerli rəsmilərin dediyi kimi, artıq bir neçə onillikdir ki, dövlət investisiyalarından məhrum qalıb. İnfrastruktur, o cümlədən enerji təchizatı, nəqliyyat yolları və əsas sənaye sahələri kimi böyük investisiyalar tələb edən sahələrdə ciddi geriləmələr müşahidə olunur. Təbriz bələdiyyə başqanı Yaqub Huşyar da bu günlərdə son 50 ildə Şərqi Azərbaycana dövlət tərəfindən heç bir ciddi sərmayə yatırılmadığını bildirib. Huşyar vurğulayıb ki, Şərqi Azərbaycan vilayəti ölkədə iqtisadiyyatının 96%-i özəl sektorun əlində olan yeganə vilayətdir və son 50 ildə hökumət bu bölgəyə ciddi sərmayə yatırmayıb. O, həmçinin qeyd edib ki, Şərqi Azərbaycan vilayəti və Təbriz şəhəri uzun illərdir İranın iqtisadi mərkəzlərindən biri olub və qeyri-neft ixracatında mühüm rol oynayıb. Lakin son illərdə bu mövqe zəifləyib. Huşyarın sözlərinə görə, vilayətin iqtisadi mövqeyinin bərpası bir tərəfdən iqtisadi elitanın və sahibkarların miqrasiyasının qarşısını ala bilər, digər tərəfdən isə bölgəyə yeni kapital cəlb edilməsinə imkan yaradar: "Vilayətin Mədən Sənayesi və Ticarət İdarəsinin statistikasına əsasən, ötən il Şərqi Azərbaycandan dünya bazarına 1 milyard 542 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib". O, vilayətin şokolad sənayesi, kişmiş, polad məhsulları və digər sənaye sahələrində ölkə üzrə birinci yerdə olduğunu qeyd edib.

Huşyar Təbriz və Şərqi Azərbaycan vilayətinə Məsud Pezeşkian hökumətinin vilayətə investisiya etməsinin vacibliyini vurğulayıb. Bələdiyyə başqanı əlavə edib ki, "Süngün" mis kompleksinin vergi gəlirlərinin vilayətə ayrılması əhali arasında əsas tələblərdən biridir: "Əgər bu vəsait tam təmin olunarsa, vilayətdə istehsal, kənd təsərrüfatı və sənaye sektorlarının inkişafına əhəmiyyətli töhfə verə bilər". Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jaele isə dəfələrlə vilayətdə maliyyə resurslarının az olması və özəl sektorun bank resusrlarında faydalana bilməməsi kimi problemlərə toxunaraq, vilayətin iqtsadiyyatında azalma olduğundan şikayətlənib. Jaele Təbrizin geostrateji əhəmiyyətinə işarə edərək, tarix boyu onun Qərb və Şərq arasında ticarətin kəsişdiyi şəhər kimi rol oynadığını ifadə edib. O, Şərqi Azərbaycan vilayətinin uzun illər əvvəl bu mövqeyini itirməsindən təəssüfləndiyini bildirərək, Təbrizdə keçirilən ixrac və idxalın idarə edilməsinə dair iclasda vilayətin ixracatının digər vilayətlərlə müqayisədə azaldığını elan edib və vilayətdə nəqliyyat və logistika sahəsində zəifliyi ixracatın azalmasının mühüm amillərindən biri hesab edib.  Şərqi Azərbaycan vilayətinin bəzi rəsmiləri, o cümlədən vilayətin gömrük nəzarətçisi Sadiq Namdar bu vilayətin ixracatının azaldığını açıqlayıb. Təbrizdə İraqla ticarətin nəzərdən keçirilməsi ilə bağlı keçirilən iclasda Sadiq Namdar vilayətin sənaye potensialının yüksək olmasına nisbətən vilayətin ixracatındakı payının aşağı olduğunu açıqlayıb. Yeni vali Bəhram Sərməstin sözlərindən də göründüyü kimi, Şərqi Azərbaycan vilayəti həm iqtisadi, həm də mədəni baxımdan geriləyib və tarixi əhəmiyyətini itirə bilər. Təbriz şəhəri bir vaxtlar İranda müasir sivilizasiyanın qabaqcıl mərkəzlərindən biri idi. İlk kitabxana, ilk kinoteatr, ilk mətbəə və elektrik enerjisi ilə işıqlandırılan ilk küçələr kimi yeniliklər burada həyata keçirilmişdi. Lakin son bir əsrdə, xüsusən də son beş onillikdə İran Azərbaycanı ciddi uğursuzluqlarla üzləşib. Buna səbəb mərkəzi hakimiyyətin Təbrizə ögey münasibəti olub. İndi bu hal ciddi narazılıq yaradır. Məsud Pezeşkian hakimiyyətindən qeyd edilənlər fonunda mühüm gözləntilər var. Bunlar doğrularsa, Güney Azərbaycan faktoru yenidən İranda həlledici rola malik olacaq.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910