Çərşənbə günü, 23 iyul 2025
     

Rus əsgərlərinin İran-Ermənistan sərhədindən çəkilməsinin ŞOK TƏFƏRRÜATLARI...

Image

Abutalıb Səmədov: "Razılaşmaya əsasən, Rusiyanın razılığı olmadan sərhədçiləri çıxarmaq qeyri-mümkün idi"

Moskvada Paşinyanla Putin arasında əldə olunan razılaşmaya əsasən, Rusiya sərhədçilərinin Ermənistan-İran dövlət sərhədindəki keçid məntəqəsindən çıxarılması qərara alınıb. Bu, Zvartnos hava limanından rus sərhədçilərinin çıxarılmasından sonra baş verən ikinci önəmli qərardır. Ermənistan hər addımda Rusiyadan bir qədər də uzaqlaşır. Ancaq hələlik türk-erməni sərhədində rus sərhədçilər qalacaq.

Rusiya sərhədçilərinin İran-Ermənistan sərhədindən çıxarılmasına Rusiya necə razılaşdı? Bu, tərəflərə nə verir?

Suallarımıza cavabında politoloq Abutalıb Səmədov bildirdi ki, Rusiya sərhədçiləri 1992-ci ilin 30 sentiyabrından Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini qoruyur: "Azərbaycan Ordusunun 1992-ci ilin iyun ayında başlatdığı hücumun nəticəsi olaraq Levon Ter-Petrosyan Rusiya ilə həmin razılaşmaya getmək məcburiyyətində qaldı. 30 sentiyabr 1992-ci il razilaşması imzalanandan sonra Rusiya hərbiçiləri Ermənistan tərəfdən Azərbaycana qarşı vurusmağa başladı. Bundan sonra bizim hücumlar dayandı və əks istiqamətdə hərəkət başladı. Son nəticədə isə biz əvvəlcə Kəlbəcəri, sonra isə digər rayonları itirdik. Rusiya-Ermənistan razılaşmasında sərhədçilərin Ermənistanda qalma müddəti göstərilməyib, bu, müddətsiz bir razılaşma idi. Razılaşmaya əsasən, Rusiyanın razılığı olmadan sərhədçiləri çıxarmaq qeyri-mümkün idi. Lakin son dövrlərdə açıq şəkildə görünür ki, Ermənistan həm Rusiya sərhədçilərini, həm də Rusiya hərbi bazasını öz ərazisindən çıxarmağa çalışır. Təbii ki, burada kəskin addımlar atmaq, birbaşa bu tələbləri qoymaq çox böyük risqdir. Ona görə də Ermənistan addım-addım getmək qərarına gəlib. Əvvətcə Zvartnots hava limanından rus sərhədçiləri çıxarıldı. İndi isə Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindən tamamilə çıxarılmır, yalnız nəzarət-buraxılış məntəqəsi Ermənistana təhvil verilir. Hələ rus sərhədçiləri sərhəddə qalmaqda davam edəcək. Sərhədi ermənilər ruslarla birlikdə qorumağa davam edəcəklər. Yəni Moskvada əldə edilən razilaşmaya əsasən, yalnız nəzarət-buraxılış məntəqəsi ermənilərin nəzarətinə verilir. Bu razılaşma qarşılığında Ermənistan nədən imtina edib? Rusiyanın buna asanlıqla razılaşmasının səbəbi nədir, məsələnin kökündə nə dayanır?

Bu, Rusiyanın Ukrayna müharibəsindən dolayı ağır durumda olmasi ilə bağlıdırm, yoxsa Rusiya Zəngəzur dəhlizi ilə bağlı güzəştə gedib? Bu məsələ yəqin ki, yaxın aylarda bəlli olacaq.

Hadisələrin gedişi isə göstərir ki, Rusiya artiq Ukraynada təşəbbüsü ələ alıb, yavaş-yavaş olsa da irəliləyir, işğal etdiyi dörd vilayətin qalan hissəsini də nəzarətə götürümək arzusundadır. Qərbin isə Ukraynaya yardımları artmaq əvəzinə azalmaqdadır. Noyabr ayına planlaşdırılan sülh konfransı arzulanan nəticəni verməyəcək, bu göz önündədir. Rusiyanın əvvəlcədən elan etdiyi kimi bu konfransda iştirak etməməsi, hətta baş tutarsa belə nəticəsiz bitəcəyi tam aydındır.

Ukrayna üçün mühüm əhəmiyyətə malik Ramştaynda planlaşdırılan görüş də baş tutmadı. İndi Ukrayna kifayət qədər gərgin durumdadir, Zelenskinin planlaşdırdığı sülh - qələbə planı Qərbi qane etmədi. Rusiyanın dərinliklərinə raket zərbələri endirmək məsələsində razılığa gəlinmədi. Baxmayaraq ki, Ukrayna buna böyük ümid bəsləyirdi. Bizim də bəzi başabəla siyasətçilər deyirdilər ki, artıq razılaşma əldə olunub, Ukrayna prezidentinin Nyu-Yorka səfəri zamanı bu, rəsmi şəkildə bəyan ediləcək. Ancaq məlum oldu ki, bu məsələdə heç bir razılaşma əldə edilməyib və Qərb Rusiyanın təhdidlərinə yenə boyun əydi. Yəni hazırda Rusiyanın işləri kifayət qədər yaxşi gedir. Artiq Ukrayna müttəfiqləri tərəfindən ərazi güzəştlərinə çağırılmaqdadır.

NATO baş katibi Stoltenberqin vəzifədən getdikdən dərhal sonra Ukraynanı ərazi güzəştlərinə çağırması vəziyyətin Kiyev üçün nə qədər ağır olmasının göstəricisidir. Bu səbəbdən Ermənistana qarşılıqsız güzəştlər etmək üçün Rusiyanın elə bir məcburiyyəti yoxdur. Güman etmək olar ki, Ermənistan-İran sərhədində nəzarət-buraxılış məntəqəsinin erməni sərhədlərinə verilməsi hansısa güzəşt qarşılığında baş verib. Bu güzəştin nədən ibarət olduğu bu yaxınlarda aydınlaşacaq. Amma bir məsələ aydındır ki, İran 10 noyabr Üçtərəfli bəyanatının 9-cu bəndinin icrasına qəti etiraz edir, Rusiya sərhədçilərinin Zəngəzur dəhlizinə nəzarətini qəbul etməyəcəyini deyir. Hər dəfə də Paşinyan həmin 9-cu bəndin digər müddasını qabartmağa çalışır - deyir ki, təhlükəsizliyə biz zəmanət veririk. Ancaq nədənsə, müddəanın bundan sonrakı cümləsini oxumaq istəmir ki, yola nəzarət Rusiya sərhədçilərinin öhdəliyindədir. Bu həmin bəyanatda açıq səkildə yazılıb. İran bunu qəbul etmir. Hətta buna görə Rusiyanı, Türkiyəni və Azərbaycanı müharibə ilə hədələdi. Bu bəyanatı SEPAH verdi. Bu, İranda çox ciddi təşkilatdır, onun Rusiyanı hədələməsi çox ciddi mətləblərdən xəbər verir. Bundan sonra Şoyqunun İrana səfəri çərçivəsində müəyyən razılaşmalara gedilməsi göstərdi ki, Rusiya da bu hədəni ciddi qəbul edib. Rusiya və İran arasında hansı razılaşmalara nail olunduğu da hələ bəlli deyil.

Rusiyanın 9-cu bənddəki səlahiyyətindən imtina edəcəyi də ağılabatan deyil. Çünki Rusiya Orta dəhlizin böyük bir hissəsinə nəzarəti özündə saxlamaq istəyir. Bu səbəbdən Moskva görüşündə hansı razılaşmalar oldu, Paşinyan hansı güzəştlərə getmək məcburiyyətində qaldı, Moskvanın bundan sonrakı addımları nə olacaq, bunu yaxın günlər və ya aylar göstərəcək".

Dəniz NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 15:15
Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər...

23.07.2025 / 14:53
DİN çimərliklərdə nəzarətsiz qalan azyaşlılarla bağlı çağırış etdi - ani nəzarətsizlik...

23.07.2025 / 14:33
Azərbaycan və Seneqal arasında imzalanmış Anlaşma Memorandumu təsdiqləndi

23.07.2025 / 14:21
Balakəndə kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi...

23.07.2025 / 14:10
Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına "yaşıl işıq" yandırdı...

23.07.2025 / 13:55
Nazir diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul etdi

23.07.2025 / 13:45
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli sənəd imzalayıb - İspaniyadan iddia...

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:23
Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:52
Mərkəzi Bank uçot dərəcəsini endirdi

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:03
Paşinyan Rusiyaya çağırıldı, Azərbaycana qarşı müharibə cağırışları şiddətlənir - CANLI

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910