Kadırov ona sui-qəsd hazırlandığını iddia etdi və üç vəzifəli şəxsi qisasla hədələdi - əksini sübut etməsələr...
Çeçenistan rəhbəri Ramzan Kadırov təhlükəsizlik qüvvələri ilə görüşdə ona qarşı sui-qəsdin hazırlandığını bildirib. Kadırovun bununla bağlı çıxışı Telegram kanalında yayımlanıb.
Moskvada "Wildberries" ofisi ətrafında baş verən hadisələrdən danışan Kadırov, Dağıstandan olan senator Süleyman Kərimov, Rusiya Dövlət Dumasının iki deputatı Beqxan Baraxoyev və Rizvan Kurbanovun da adını çəkib. Kadırov deyib ki, ona sui-qəsd hazırlığının arxasında adını çıkdiyi bu üç şəxs dayanır.
Kadırovun iddiasına görə, bu şəxslər ona sui-qəsdin mümkünlüyü ilə bağlı bəzi adamlarla danışıqlar aparıb: "Şahidlər var, adamlar var ki, onlara sifariş veriblər, soruşublar ki, siz bu sifarişi nə qədər qiymətə qəbul edə bilərsiniz".
Çeçen lider sözügedən şəxsləri qisasla hədələyib: "Əgər onlar əksini sübut etməsələr, mən Beqxan Baraxoyevə, Süleyman Kərimova, Rizvan Kurbanova qarşı rəsmi şəkildə qan düşmənçiliyi elan edirəm".
TAHİR