"İqlim məsələsində 8 milyard insanın gözləntisini həyata keçirmək üçün qlobal əməkdaşlıq lazımdır" - BMT rəsmisi
COP29 kollektiv məqsədin müəyyənləşdirilməsi istiqamətində bir testdir. Dünyanın belə tədbirlərə böyük ehtiyacı var. Qlobal dünya bacardığımızı görməlidir. Qarşıdakı aylar çox önəmlidir. Cəsarətli olmalı, fəaliyyəti gücləndirməliyik. Geriyə yol yoxdur, yalnız irəli gedəcəyik.
Bunu BMT Baş katibinin birinci müavini Amina Mohammed PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1.5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə deyib.
“Troyka bizdən NDC ilə bağlı koordinasiya olunmuş dəstək tələb edir. Biz lazım olan dəstəyi üzərimizə götürməklə bağlı tələb edirik ki, bütün sektorlar hökumət səviyyəsində əməkdaşlıq etsinlər. Bütün tərəfdaşları dəstək göstərmək üçün bizə qoşulmağa səsləyirəm. Bizim vaxtımız tükənir. Beynəlxalq ictimaiyyət olaraq öhdəliklər götürmüşük. Biz milli öhdəliklərin yerinə yetirilməsinə baxacağıq. Troyka çərçivəsində milli öhdəliklərin necə həyata keçirilməsini monitorinq etmək və milli iqtisadiyyatlardakı dəyişiklikləri izləmək niyyətindəyik. Digər vacib məsələ maliyyə dəstəyinin təmin edilməsi istiqamətində birgə işləməkdir. Bir sıra ölkələr keçid ərəfəsindədir və onlara dəstək göstərilməlidir. COP29 və COP30-da çoxtərəfli əməkdaşlıq haqqında danışırıq. 8 milyard insanın gözləntisini həyata keçirmək üçün ambisiyalı olmalıyıq və qlobal əməkdaşlıq lazımdır”, - deyə Amina Mohammed qeyd edib.
ZÜMRÜD