“Rəqəmsal bacarıqlar” layihəsi bu il 650 min tələbəni əhatə edib - nazirdən AÇIQLAMA
İqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində çıxış edərək bildirib ki, Azərbaycan 2017-ci ildən həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi bu il 650 min tələbəni əhatə edib.
"Bu sahəyə qoyulan investisiyaların kifayət qədər qarşılığını görürük", - deyə o qeyd edib. "Dünya sürətlə dəyişir. Bazar bu dəyişikliklərə aramla cavab verməlidir", - deyə nazir vurğulayıb.
Mətləb Salahov