Ərdoğan Albaniya və Serbiya yolçusudur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-11-də Albaniya və Serbiyaya rəsmi səfər edəcək. Türkiyə mediasının yazdığına görə, səfərlər zamanı aparılan danışıqlar ikitərəfli münasibətlərin bütün aspektlərinə baxılmasını və müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin müzakirəsini nəzərdə tutur.
Ərdoğan səfər çərçivəsində hər iki ölkədə həmkarları ilə təsis olunmuş yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcək. Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanın iştirakı ilə Balkan yarımadasında Türkiyənin maliyyələşdirdiyi ən böyük məscid olan Tirana Namazgah məscidinin açılışını edəcək.
Türkiyə lideri sonra Belqrada gedəcək və Serbiya Prezidenti Aleksandar Vuçiçlə biznes forumda iştirak edəcək. Səfərlər nəticəsində ikitərəfli münasibətlərin müqavilə əsaslarını inkişaf etdirmək məqsədilə müxtəlif sazişlərin imzalanması da planlaşdırılır.
Mətləb