"Bu qətnamənin heç bir dəyəri yoxdur" - Tbilisi meri avroparlamenti "bombaladı"
"Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur və heç bir əhəmiyyət kəsb etmir." Bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze söyləyib.
Onun sözlərinə görə, onlar yenə də Saakaşvilinin qeyd-şərtsiz azad edilməli olduğunu təkrar edir, Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edirlər.
Mətləb Salahov