"Revanş olmayacaq!” - Tramp Harrislə yeni debatdan imtina etdi
ABŞ-ın keçmiş başçısı və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı vitse-prezident Kamala Harrislə yeni debatda iştirakdan geri çəkilib. Keçmiş prezident bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, debat keçirmək üçün artıq gecdir. “Proses artıq həddən artıq uzağa gedib, səsvermə artıq başlayıb - revanş olmayacaq!”, – deyə o vurğulayıb.
Tramp əlavə edib ki, Harrisin indiki Prezident Co Bayden kimi hər şeyi edəcəyini bu yaxınlarda elan etməsi, başqa bir müzakirənin lazımsız olduğunu göstərir.
Mətləb Salahov