ABŞ-ın Zelenskidən varisini müəyyənləşdirməsini istədiyi ortaya çıxdı...
ABŞ-ın vitse-prezidenti və Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harris 2022-ci ildə Zelenskidən varisini müəyyənləşdirməsini istəyib.
Bu iddia Uotergeyt qalmaqalını üzə çıxaran məşhur amerikalı jurnalist Bob Vudvordun tezliklə işıq üzü görəcək yeni “Müharibə” kitabında yer alıb.
Kitabdan çıxarışlar dərc edən "The Washington Post" yazır ki, Harris 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Zelenskidən, varisinin müəyyən edilməsi də daxil olmaqla, mümkün əsir düşmə və ya öldürüləcəyi halda qüvvəyə minəcək “yox xəritəsi” hazırlamasını istəyib.
Bundan əvvəl "Time" jurnalı Harrisin müharibə başlamazdan əvvəl Zelenskinin silah yardımı və Rusiyaya qarşı sanksiyalar tələbini rədd etdiyini yazmış və bu hadisələrdən sonra Harrislə Zelenski arasında münasibətlərin heç vaxt çox isti olmadığına diqqət çəkmişdi.
TAHİR