NATO generalı Bakıda Hərbi Qənimətlər Parkında... - FOTO
Azərbaycanda səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçakın başçılıq etdiyi nümayəndə heyəti Hərbi Qənimətlər Parkında olub.
Müdafiə Nazirliyindən bildirilib ki, NATO general-leytenantı və nümayədə heyəti Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrlə tanış olublar.
NATO nümayəndə heyətinin "Qarabağ - Azərbaycandır!" lövhəsinin qarşısında durub onu izləməsi xüsusi önəm kəsb edir.
Bu, NATO-nun Azərbaycan Respublikasının regionda yaratdığı yeni reallıqları qəbul etdiyinin növbəti təzahürüdür.
ZÜMRÜD