Bazar ertəsi günü, 08 dekabr 2025
     

Gənc rejissorlar Agentliyin kino müsabiqəsinə üsyan etdilər - "tapşırılmış layihələrə şans verilib"...

Image

30 ildən çoxdur ki, Azərbaycan kinosu inkişafdan dayanıb, onu inkişaf etdirməyə qadir olan gənclərə isə şans verilimir. Kino mütəxəssisləri arasında bu fikirdə olanlar çoxdur. 

Kinoya dövlət qayğısı var, maliyyə ayrılır, yeni filmlərin çəkilməsi üçün ssenari müsabiqələri elan edilir, layihələrin qəbulu həyata keçirilir. Amma bir qayda olaraq həmişə narazılıq olur. Hər dəfə film müsabiqələrinin nəticələri açıqlandıqdan sonra kütləvi narazılıqlar baş qaldırır. Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan olunmuş film layihələri müsabiqəsinin nəticələri də elan olunduqdan sonra ciddi narazılıq yarandı. Müsabiqəyə layihə təqdim edən, lakin kənarda qalan gənclər deyirlər ki, bu müsbiqədə də dəyərli layihələrə fikir verilməyib, ekspertlər öncədən onlara tapşırılan layihələrə şans veriblər. Nəticədə istedadlı gənclərin əksəriyyətinin layihəsi kənarda qalıb. 

ARKA-nın müsabiqəsinin nəticələrindən narazı qalan gənclərin fikirlərini öyrəndik. 

Rafiq Hacıyev: "Apellyasiya komissiyasına müraciət etmişəm" 

"Tapşırılan layihələrə şans verdilər" fikrini mətbuata açıqlayan gənc rejissor Rafiq Hacıyev "Bakı-Xəbər"ə "bildiyim qədər, bu, ARKA-nın ilk müsabiqəsidir. Zatən, ARKA yeni yaranan qurumdur. İlk müsabiqədə belə bir halın baş verməsi bizi çox üzdü. Orada mənə verilən suallar obyektiv deyildi,  deyərdm ki, absurd suallar idi. Hətta hiss edirdim ki, mənə atmaca xarakterli suallar verilir. Yersiz müqayisələri və sairi nəzərdə tuturam. Ümumiyyətlə, filmdə hansısa bir məqamla maraqlananda onun əsası olmalıdır. Məncə,  "bu mənim xoşuma gəlmir" deyə bilməzlər. Hər şeyin izahı olmalıdır. Yəni nəyə görə bu burada olmalı deyil məsələsi əsaslandırılmalıdır. Nəyə görə ssenaridə müəyyən məqam işləmir, nəyə görə bu xarakter səhv yazılıb və sair. Bunu deməyib, "məncə, bu belədir, o elədir" demək bir az qeyri-peşəkarlıqdır.  Mənə verilən suallardan belə məlum oldu ki, layihəm "Proyekt 2602"-nın ssenarisini heç münsiflər oxumayıblar. Bu da başqa bir problemdir"-deyə bildirdi. 

O qeyd etdi ki, müsabiqənin nəticələrindən narazı olanlar az deyil və onlar da orada qərəzli münasibətlə üzləşiblər. "Arif İsmayılov adlı bir iştirakçı vardı, amma hansı filmlə iştirak etdiyi yadımda deyil. O da mənə yazmışdı ki, nəticələrdən narazı qalıb. Dedi ki, məndə də sənin probleminə oxşar problemlər vardı. Pitçinqdə o da münsiflərin laqeydliyi ilə üzləşib. Deyim ki, pitçinqdə mənə və digər layihə müəlliflərinə laqeyd münasibət göstərilib. Elvin Abdulla da çox narazı qalıb. "Hər şey aydındır, indi də keçək suallara" deyib onun da təqdimatını yarıda saxlamışdılar. Halbuki, hər bir iştirakçıya öz təqdimatını sona qədər həyata keçirmək üçün vaxt verilməlidir. Məndə də o cür oldu. Çox vacib sənədlər vardı, onları göstərəcəkdim. Düzdür, biz onların hamısını əvvəlcədən göndərmişdik, elə bilirdim ki, seçim komissiyası pitçinqdən əvvəl bütün sənədlərlə tanış olacaq. Amma tanış olmadılar. Eşitmişəm ki, başqa adamlar da narazı qalıb, amma onları tanımıram. 

Qalib olan layihələrin müəlliflərinə uğurlar, müvəffəqqiyyətlər diləyirəm. Biz kino adamıyıq və əsas istəyimiz odur ki, Azərbaycanda kino çəkilsin. Onun tərəfdarıyıq ki, yaxşı kino çəkilsin. Mənim problemim kiminsə layihəsinin keçməsi deyil, mənim layihəmin və mənim layihəm kimi yaxşı layihələrin keçməməsidir"-deyə R.Hacıyev qeyd etdi. 

Bu müsabiqədə bu cür halların hansı səbəbdən baş verdiyini bilmədiyini deyən müsahibimiz qeyd etdi ki, bunun izahını yalnız ARKA verə bilər. Onun öz layihəsinə - "Proyekt 2602"-yə gəlincə, müsahibimiz qeyd etdi ki, bu layihə neçə illərdir sosial şəbəkələrdə təqdim olunur, bu haqda çoxlarının xəbəri var. "Hər kəsə uğurlar arzu edirəm, hər kəsə böyük hörmətim var. Hazırda bizim ölkədə "Proyekt 2602" dünya səviyyəsinə çıxa biləcək bir layihədir. Bəlkə başqa belə layihələr   də var, amma görməmişəm. 

Məncə, bu bizlər üçün şansdır ki,  Azərbaycan kinosunu, Qarabağ həqiqətlərini dünyaya çatdıraq, öz bacarığımızı, öz folklorumuzu göstərək, təqdim edək. Layihəmizin bütün bu üstünlükləri ola-ola, nədənsə, bizim layihə seçimədi. Artıq bu baş verirsə, bu məndə qəribə suallar yaradır. Necə ola bilər ki, bu boyda layihə keçməsin? Ssenari ilə bağlı ABŞ-ın   "Metro Goldwyn Mayer" kimi dünya çaplı şirkət bizə rəy yazıb. Bizim prodüserimiz Hollivuddandır.  O, ssenarini oxudu və çox bəyəndi, bizimlə birgə işləməyə razılaşdı. Bütün bunları bilə-bilə necə bu layihə keçməyib, bu mənə  çox maraqlıdır". 

R.Hacıyev qeyd etdi ki, məsələni yarıda buraxmayacaq və pozulmuş hüquqlarının bərpası üçün lazımı instansiyalara üz tutacaq: "Apellyasiya komissiyasına müraciət etmişəm. Əgər orada şikayətimə baxılmasa, layihəmin hansı səbəbdən keçməməsi ilə bağlı əsaslı izah verilməsə məsələni hüquqi müstəviyə daşıyacağam. Deyiblər ki, sənəd yığımı ayın 7-də başa çatır. Mən də nəticələri gözləyirəm, görək şikayətlərimizə obyektiv baxılacaqmı? Nəticədən asılı olaraq addımlar atılacaq".

R.Hacıyev həmçinin məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də müraciət edəcəyini vurğuladı.

Elvin Abdulla: "Apellyasiyanın qərarından sonra bu mövzu haqda..."

Digər gənc kinorejissor  Elvin Abdulla isə bildirdi ki, hələ ARKA-nın məlum  müsabiqəsi,   pitçinqi haqda  detallı açıqlama verməyi uyğun görmür: "Biz apellyasiyaya müraciət etmişik. Apellyasiyanın qərarından sonra bu mövzu haqda geniş və detallı məlumat verəcəyik". 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də müraciət etdik, nazirlikdən bildirdilər ki,  müsabiqəni   ARKA keçirib. Qeyd etdilər ki, dekabrın 2-də Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə keçirilən film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib. Nizami Kino Mərkəzində təşkil olunan tədbirdə müsabiqənin seçim komissiyasının üzvləri kinodramaturq İlqar Fəhmi, teatrşünas Aydın Talıbzadə və rejissor Fehruz Şamiyev iştirak ediblər və burada müsabiqə haqda ətraflı məlumat verilib. 

Qeyd edək ki, ARKA-nın mətbuat üçün yaydığı məlumatda "ARKA film layihələrinin seçiminə müdaxilə etmir" fikri əks olunub.

ARKA-dan bildirilib ki, müsabiqəyə, tələbə filmləri də daxil olmaqla, ümumilikdə 100-dən artıq layihə təqdim edilib. "Kinematoqrafın müxtəlif istiqamətlərini təmsil edən yeddi nəfərdən ibarət (İlqar Fəhmi, Fikrin Bəktaşi, Fehruz Şamiyev, Aydın Talıbzadə, Azər Quliyev, Murad Hüseynov, Rasim Həsənov) Seçim komissiyası tərəfindən müsabiqənin ikinci mərhələsi ilə bağlı yekun iclasda 30 layihənin müdafiəsi üçün müəlliflərin pitçinqə dəvət olunmasına qərar verilib. İclasın bütün gedişinin (səs qeydləri də daxil) katiblik tərəfindən protokolu tərtib olunaraq arxivləşdirilib. 23-24 noyabr tarixlərində Azərbaycan Dövlət Film Fondunda müsabiqənin pitçinq mərhələsi təşkil olunub. Bu mərhələdə Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri ilə birlikdə (televiziya rəhbərlərinin "Zoom" vasitəsilə qatılımı da təmin olunub) iştirakçıların layihələrini dinləyiblər. Nəticədə 11 layihə ("Kapitan və Xəzər dənizi", "Nargin", "Ölüm axtaran qadın", "Kür – çaylar anası", "Narqız", "Sözün varsa, de", "Günəşdə də ləkələr olur", "Qorqud və Zəhra", "Xəzinə", "Daş", "Erkən hisslər") və tələbə filmləri layihələri Ekspert şurasının yekun iclasına təqdim edilib.

Ekspert şurasının son iclasında səsvermə nəticəsində 11 qalib layihədən ikisi ("Qorqud və Zəhra", "Sözün varsa, de" ) səs çoxluğu ilə ssenarinin inkişaf proqramına yönləndirilib. "Borc", "Arılar və qəbirlər" film layihələrinin isə təkmilləşdirmə və ssenarinin inkişaf proqramına cəlb olunduqdan sonra istehsala buraxılması tövsiyə edilib.

Ekspert şurasının əsasnaməsinə uyğun olaraq səs çoxluğu ilə seçilən layihələr Seçim komissiyasının və Ekspert şurasının müstəqil qərarı kimi qiymətləndirilməlidir. ARKA bu prosesə müdaxilə etmir. Bildiririk ki, müvafiq qaydalara, Ekspert şurasının yekun rəyinə əsasən, ARKA qalib olmuş layihələrə və onların maliyyələşməsinə dair yekun qərar qəbul edir. Film layihələri ARKA-nın iqtisadi cəhətdən əsaslandırmasından sonra istehsala buraxılacaq". Bunlar ARKA-nın yaydığı məlumatda əsk olunub. 

ARKA-dan, həmçinin, "Müsabiqənin hər hansı mərhələsi ilə bağlı narazılığı olan iştirakçılar Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edə bilərlər. Film layihələri müsabiqəsində Apellyasiya komissiyası təcrübəsi ilk dəfə tətbiq olunur.

Komissiyaya 9 nəfər yerli və xarici peşəkar kinematoqrafçıdan ibarət heyət cəlb edilib"-deyə bildirilib.

Təəssüflər olsun ki, gənc kinematoqrafların  narazılığı ilə bağlı ARKA-dan mövqe öyrənə bilmədik. Ümid edirik ki, ARKA tezliklə məsələyə aydınlıq gətirəcək.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

Qərbi azərbaycanlıların qayıdışı üçün səylər sürətləndirildi...

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan birgə hərbi təlimdə - Ermənistan niyə vahimələnib...

SON XƏBƏRLƏR

08.12.2025 / 20:49
Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...

08.12.2025 / 20:35
Qərbi azərbaycanlıların qayıdışına BMT də cəlb olunur...

08.12.2025 / 20:23
MDU daha bir ilkə imza atdı - Dünyanın 19 ölkəsinin alimləri univetsitetə toplaşdı… - FOTO

08.12.2025 / 20:21
“Trampın təhlükəsizlik qarantiyası əvəzinə Ukrayna torpaqları Rusiyaya verilir" - Zelenskini nəyə məcbur edirlər...

08.12.2025 / 20:08
Qeyri-neft sektorunda inqilabi nəticə - 84 faizdən yuxarı...

08.12.2025 / 19:54
Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...

08.12.2025 / 19:40
Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib - ədalətli olmağın üsulu elə budur...

08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var" - Prezident

08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"

08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

08.12.2025 / 19:10
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi? - “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...

08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır" - Prezident

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:24
Könüllərdə yuva quran şəhid kapitan - Elçin Tağıyev...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

07.12.2025 / 18:44
HƏMAS şərtlərini açıqladı - bu halda silahlarımızı yerə qoymağa hazırıq…

07.12.2025 / 17:51
Trampın Ukrayna sülh planı iki məsələdə dalana dirəndi – Donetskin statusu və Zaporojye AES...

07.12.2025 / 17:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTO

07.12.2025 / 16:38
Orban Avropa Birliyinin Rusiya ilə müharibəyə hazırlaşdığını iddia etdi - 2030-cu ilə qədər…

07.12.2025 / 14:23
"Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb" - Prezident

07.12.2025 / 13:53
Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlandı

07.12.2025 / 13:27
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO

07.12.2025 / 13:18
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

07.12.2025 / 12:45
Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan "ana" saxlandı

77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

XƏBƏR ARXİVİ