Çərşənbə günü, 23 iyul 2025
     

İran-İsrail savaşı Şərqlə Qərb arasında Azərbaycanın rolunu dəyişə bilər...

Image

İranın İsrailə birbaşa raket zərbələrindən sonra İsrail İrana cavab verəcəyinə söz verib. Bütün bunlar qonşuluğumuzda dəhşətli savaşın olmasını istisna etmir. Rəsmi Bakı sərhəd qonşusu olan və milyonlarla azərbaycan türkünün yaşadığı İranla milyardlarla dollarlıq silah aldığı və yaxşı əlaqələrinin olduğu İsrail arasında münasibətlərin pisləşməsinə hələlik reaksiya verməyib. Ekspertlər isə İran və İsrail arasında savaşı qaçılmaz hesab edir.

İsrailin baş naziri Benyamin Netanyahu dəqiq tarix açıqlamasa da, raket zərbələrinin İrana baha başa gələcəyini deyib. İran prezidenti Məsud Pezeşkian isə ölkəsinin müharibə istəmədiyini, lakin istənilən təhdidə daha sərt cavab verəcəklərini açıqlayıb. Başqa bir tərəfdən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin "Fələstin və Livandan sonra göz dikdiyi yerin Türkiyə olduğunu" söyləyib. Təl-Əviv bu açıqlamaya hələ ki, reaksiya verməyib. İndi maraq doğuran odur ki, İsrail Türkiyə torpaqlarına doğru irəliləyərsə və ya İranla müharibəyə başlayarsa, Azərbaycan necə bir mövqe tutmalı olacaq? Yaxın Şərqdə bu gün baş verənlər Azərbaycan üçün nə deməkdir?  Bu barədə danışmazdan öncə xatırladaq ki, İsrailin Livana hava zərbələri nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullah və İrana yaxın digər yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İsrail cənubdan Livana daxil olaraq hücuma başlayıb. İsrail bunu İranın dəstəklədiyi "Hizbullah"la mübarizə aparmaq üçün lokal, məhdud əməliyyat adlandırıb.

Buna cavab olaraq oktyabrın 1-də İran İsrailə azı 180 raket zərbəsi endirib. İsrailin Livana zərbələri nəticəsində bir milyondan çox livanlı məcburi köçkün vəziyyətinə düşüb. Bunlar fonunda ekspertlər Yaxın Şərqdə baş verənləri çox ciddi və təhlükəli  adlandırır. Çünki bu qarşıdurmalarda iştirak edənlər bütün müasir silahlarla təchiz olunub və hadisələrin baş verdiyi arieal get-gedə genişlənir. Təəssüf ki, proseslər Azərbaycanın sərhəddində baş verir, ona görə də olaylar məcradan çıxsa, Azərbaycan üçün də müəyyən problemlər yarada bilər. Ekspertlər diqqəti İsrailin İrana cavab verəcəyi, yəni Azərbaycanın qonşuluğuna raket zərbələri yağdıracağı ehtimalına yönəldərək deyirlər ki, zərbələr bir çox əraziləri əhatə edərsə, azərbaycanlıların sıx yaşadığı məntəqələr də hədəfə tuş gələ bilər. Bunlar fonunda ölkəmiz Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində sülh yolu ilə iki dövlətin yaranması ilə orada münaqişənin tezliklə həll olunmasını dəstəkləyir. Amma ekspertlər

İsrailin İran ərazisini vuracağı halda bunun Azərbaycan üçün də mənfi təsirlərinin qaçılmaz olduğunu qeyd edir. Azı ona görə ki, ölkəmiz Fars körfəzindən bir çox daşınmaları həyata keçirir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında quru yolla əlaqə İran vasitəsi ilə təmin olunur.

Onu da qeyd edək ki, Yaxın Şərqdə İran-İsrail arasında müharibə ehtimalının güclənməsi dünya bazarında neftin qiymətini artırıb. İran dünyanın yeddinci ən böyük neft istehsalçısı və OPEC+ təşkilatının üçüncü ən böyük üzvüdür. Qiymət artmasına səbəb neft tədarükündə problemlər yaranacağı ehtimalıdır. Azərbaycan nefti də son günlər bahalaşıb. Ekspertlər bahalaşmanın davam edəcəyini bildirir. Beləliklə, gözlənilən İran-İsrail savaşının təsirləri artıq özünü hiss etdirir. Bütün hallarda hadisələrin gərginliyin artması istiqamətində inkişafı yeni hadisələrin başlaya biləcəyi üçün şərait yaradacağına da təkan verər. Bu isə bölgədə yeni vəziyyətin yaranmasıdır. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, iki dövlət arasında olan gərginlik və ya müharibənin hansı səviyyəyə qədər inkişaf edəcəyini gözləmək lazımdır: "Hətta bəzi müşahidəçilər deyir ki, nüvə silahı da istifadə olunacaq. Mən o fikirdəyəm ki, müharibə dövrü uzun çəkməz. İnanaq ki, İranın Qərblə münasibətlərində hər iki tərəf bu və ya digər şəkildə maraqların balansını tapmaq niyyətindədir. Bəlkə də İsrail tərəfindən cavab zərbələri olsa, İranın nüvə obyektləri məhv ediləcək. Bundan sonra da hansısa danışıqların başlanması istisna olunmur". Bu qarşıdurmanın regiona təsirləri nə ola bilər? Bu suala cavabda keçmiş nazir deyib ki, qarşıdurmanın perspektivdə regiona təsirlərini indi demək bir qədər çətindir: "İstisna olunmur ki, Qərblə münasibətlərdə İranın bu və ya digər şəkildə hansısa çərçivədə danışıqlar dövrü başlayacaq". Zülfüqarov indiki mərhələdə qarşıdurnmanın İranın daxilində gərginlik yaradacağını güman etmir: "Müharibə olarsa, İranın daxilində gərginlik müharibənin ikinci mərhələsində ola bilər. Əgər İranın daxilində dəyişikliklər baş verərsə, hökumətin təzyiqləri zəifləyərsə bu halda daxili gərginlik mümkün ola bilər. Amma indiki anda bunu gözləmək olmaz". O hesab edir ki, Azərbaycan bu qarşıdurmada neytral mövqe nümayiş etdirməlidir: "Adi bir məsələyə diqqət yetirək. İndi beynəlxalq uçuşları yerinə yetirən təyyarələr Bakı hava limanına enmək üçün icazələr istəyir ki, hava limanına enib yanacaq götürsün. Bu mənada Azərbaycan neyral mövqedə olmalıdır ki, bu mövqenin faydasından istifadə edə bilsin. Söhbət həm də kommunikasiyalardan istifadədən gedir. Azərbaycanın şimalı və cənubunda olan ölkələr artıq stabillikdən uzaqdır. Azərbaycanda stabilliyi qorumaq üçün bizə yardım edənlər çox olacaq. Çünki qərb-şərq yolları yalnız Azərbaycan vasitəsilə olacaq".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910