Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Özü ilə bərabər general rütbəsini də türməyə aparanlar - Prezident son qoydu...

Image

Şəmsəddin Əliyev: "Hesab edirəm ki, o şəxsdən general rütbəsinin alınması çox yaxşı nümunədir və bu başqalarına da görk olmalıdır"

Məlum olduğu kimi, general rütbəsi daşıyan müəyyən şəxslər olub ki, onlar cinayət əməlləri törətdiklərinə görə həbs ediliblər. Onların həbsindən sonra ən çox aktuallaşan məsələ belələrindən general rütbəsinin alınması olub. Bu olduqca vacib bir məsələ kimi müzakirə olunub.

Bu istiqamətdə diqqət çəkən addım atılıb. Belə ki, Prezidentin Sərəncamı ilə Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda" medalından məhrum edilib. 

Sərəncam Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülərək imzalanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DXT) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvətalmada təqsirləndirilən general haqda həbs qətimkan tədbiri seçilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Həsənovun ittiham edildiyi 179-cu (mənimsəmə) maddəyə ziyan ödənildiyinə görə xitam verilib. Həsənov külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.

Hazırda baş verən bu məsələ olduqca yaxşı nümunənidir. Belə adamların hamısı gərək yüksək rütbələrdən məhrum edilsin. Necə olar - türmədə də general olar? Belələrinin rütbəsini alıb türməyə salmaq lazımdır, sonra bəraət alsa rütbəsi yenə bərpa olunar.

"Onlar arasında məhkum olanlar da var. Yəqin general rütbəsində olan məhkumların da rütbəsi əlindən alınacaq"

Mövzuya münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə şərhində "Əslində Prezidentin imzası ilə verilən bu elit rütbələri ucuzlaşdırmamalıyıq. General rütbəsi kifayət qədər elit bir rütbədir və onun bütün mənalarda dəyəri çox yüksəkdir. Bu ali rütbə hər adama verilməməlidir. Kimə verilməlidirsə, o adam kifayət qədər cilalanmalıdır, onun barəsində, keçmiş fəaliyyəti haqqında ölkənin Prezidentinə arayış təqdim olunmalıdır. Bu mənada ki, bunun keçmiş fəaliyyəti ilə hazırkı fəaliyyəti üst-üstə düşür, əvvəl də, indi də həm hərəkətlərində, həm vəzifə funksiyalarının yerinə yetirilməsində Azərbaycan xalqına, Azərbaycan dövlətinə sədaqət nümayiş etdirib. Bununla da eyni zamanda Prezidentin imzasına hörmətlə yanaşacağına əminlik yaranmalıdır" - deyə bildirdi.

Ş.Əliyevin sözlərinə görə, Sovet dönəmində hətta polkovnik rütbəsini kim alırdısa onunla bağlı da Azərbaycandan geniş təhlilli arayış sənədlərə əlavə olunurdu və Moskvaya göndərilirdi. Ş.Əliyev qeyd etdi ki, o arayışa baxıb tam həmin şəxs haqqında məlumat əldə etdikdən sonra ona polkovnik rütbəsinin verilməli olub-olmadığı barədə qərara gəlnirdi. O bildirdi ki, general rütbəsi yalnız birinci şəxslərə verilə bilərdi, daxili işlər nazirinə və sonra da birinci müavininə, eynilə digər sahələrdə. "Birinci və İkinci Qarabağ müharibələrində iştirakı, xidməti olmayan insanlara çox asan şəkildə general rütbələri təqdim olunur.  Sonradan bəziləri bu rütbədən yalnız öz şəxsi maraqları üçün istifadə edir. Müəyyən insanlar bu rütbədən sui-istifadə edib qanunazidd əməllər törədirlər". Ş.Əliyev hesab edir ki, rütbəsindən sui-istifadə edərək öz ətrafı, yaxınları üçün kifayət qədər işlər görən belələrinin bu rütbəni daşıması doğru deyil. Onun fikrincə, bu rütbənin verilməsində yanlışlığa yol vermək olmaz. "Hətta Milli Qəhrəmanlar sırasında da bizim general-leytenant rütbəli insanlarımız olub. Onlar arasında məhkum olanlar da var. Yəqin general rütbəsində olan məhkumların da rütbəsi əlindən alınacaq. 

Ümumiyyətlə, hazırda general rütbəsi ilə məhkum olunanların da bu rütbələri əllərindən alınmalıdır. Cəzanın bu şəkildə həyata keçirilməsi, tətbiqi həm cəzanın xofunu, həm də məqsədini, yəni sosial ədalətin bərpasını özündə ehtiva etmiş olur. Bax, budur cəzanın məqsədi. Belə də olmalıdır. Kimliyindən aslı olmayaraq, belə düşünsək ki, dünən yaxşı işlədin sənə bu rütbəni verdik, amma bu gün qanunzidd addım atdın, xəyanət etdin, sən məhkum olunmalısan və bu rütbə səndən alınır. Düşünürəm, bu rütbə verilərkən həmin şəxsin keçmişini elə araşdırmalıyıq ki, onun gələcəkdə hər hansı bir həddi aşma, vəzifəsindən sui-istifadə faktları ilə bağlı ehtimala, zənnə qapılmaq üçün belə bir dəhliz olmasın. Belə insanlara rütbə verilməlidir. Amma belə baxanda, doğrudan da bizim generalların sayı hədsiz dərəcədə çoxdur. Bəzən belə olur, general rütbəsi 60 yaşında verilir və 62 yaşında təqaüdə göndərilir. Bu da qəbuledilməzdir. Kifayət qədər xidmətlər, yaş nəzərə alınmalıdır ki, general rütbəsi aldıqdan sonra da öz fəaliyyətini, xidmətini davam etdirə bilsin. Ətraf üçün görk ola biləcək bir addım atsın. Təbii ki, tabeliyində olanlara peşə fəaliyyəti ilə bağlı ehtiyatında olan o zənginliyi aşılamağı bacarmalıdır, nəyi öyrənibsə onu öyrətsin. Yox, əgər verilən general rütbələrindən iki ildən sonra vətəndaş təqaüdə gedirsə buna general  rütbəsi verməyin nə mənası var? Dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılır. Yəni mənim dediyim budur ki, ölkə başçısına general rütbəsinin verilməsi ilə bağlı təqdim olunan o sənədlərdə onun keçmişi, fəaliyyəti ilə bağlı kifayət qədər cilalanmış arayışlar verilməlidir. Və gələcəkdə xidməti pilləkəndə irəli çəkilməsi üçün perspektivdə bunun qabiliyyəti, bacarığı yetərincədirmi? Bununla da Prezident tam əmin olsun ki, bəli, gələcəkdə bu, Azərbaycan xalqına sədaqət ruhunda davrana biləcək bir məmurun irəli çəkilməsi üçün əsas olacaq. Belə düşünürəm. Əks hallarda belə məsələlərin şahidi olacağıq.

Görünən odur ki, Prezidentin imzasına, onun etibarına, etimadına xəyanət edilib. Burada onu general rütbəsinə təqdim edənlərin də günahı var. Hesab edirəm ki, o şəxsdən general rütbəsinin alınması çox yaxşı nümunədir və bu başqalarına da görk olmalıdır" - deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910