Ukraynada daha iki azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanəsilli şəxs həlak olub.
"Qafqazinfo" xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Surət Baba oğlu Novruzov endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.
Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.