Cümə günü, 18 iyul 2025
     

Qərbi Azərbaycan mövzusu bütün xalqı səfərbər etmək gücündədir...

Image

Faiq Ələkbərli: "Heç şübhəsiz, Qərbi Azərbaycan mövzusu xalqımızı səfərbər etməyə və vahid mövqe ətrafında birləşməyə qadir olan bir məfhumdur"

Günümüzün ən aktual məsələlərindən biri Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin olunması ilə bağlıdır. Keçən əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində terrorçu Ermənistan dövləti tərəfindən azərbaycanlıların zorla deportasiya edilməsi soydaşlarımızın hüquqlarının pozulması, onlara qarşı ədalətsiz addım idi. 

Təəssüf ki, XX əsrdə üç dəfə deportasiya dalğası yaşayan Qərbi azərbaycanlıların hüquqları beynəlxalq birlik tərəfindən müdafiə edilmədi və onların geri qayıdışının təmin edilməsi ilə bağlı Ermənistana hər hansı bir təzyiq göstərilmədi... 

Uzun illərdən sonra soydaşlarımızın beynəlxalq təminatla, ləyaqətli şəkildə, təhlükəsizlik şəraitində geriyə qayıtması gündəmə gəlib. Bu gün cəmiyyətimizdə Qərbi Azərbaycan mövzusu ən çox müzakirə edilən məsələlərdən biridir. Çox müsbət haldır ki, artıq nəinki Azərbaycan Respublikasının vətəndaşları, eləcə də dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız Qərbi Azərbaycan məsələsinə həssas yanaşır və vaxtilə öz yurdlarından didərgin salınan azərbaycanlıların öz evlərinə, vətənlərinə qayıtmalı olduqlarını bəyan edirlər.     

Qərbi Azərbaycan mövzusu Azərbaycan xalqını səfərbər edib bir yerə toplamaqda necə bir gücə malik ideya ola bilər? Onun birləşdirici bir ideya kimi gucu varmı?

"Bu da bizim üçün əsas birləşdirici amillərdir"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun  "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi" şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Qərbi Azərbaycan mövzusu hazırkı şəraitdə Azərbaycan xalqını birləşdirən, vahid mövqedən çıxış etdirən bir ideyadır. "Qərbi Azərbaycan mövzusu ilk növbədə insanları Vətən, yurd, el-oba anlamında bir araya gətirə bilər. Bu məsələdə Azərbaycan xalqını vahid mövqedə birləşdirən Azərbaycan torpaqlarının bütövlüyü məsələsidir. Tarixi torpaqlarımızın bir arada olması əsas ideyalardan biri ola bilər. Qərbi Azərbaycan məsələsi xalqımız üçün birləşdirici amillərdən biridir. Qərbi azərbaycanlılar bizim bir parçamızdır, Qərbi Azərbaycan ərazisi Azərbaycanın tarixi torpağıdır. Bu ərazi Azərbaycanın qədim torpaqlarından olub, ərazilərimizin bir parçasıdır, qədim dövlətlərimizin tərkibində də bir olmuşuq. Onu ona görə Qərbi Azərbaycan adlandırırıq ki, bizim tarixi ərazimiz indi qondarma Ermənistan dövlətinin ərazisinə çevrilib, halbuki o torpaqlar bizim olub. Orta çağ dövlətlərinin tarixinə baxanda da bunu görürük. Baharlılar, Bayandurlular, Səfəvilər, Əfşarlar o torpaqların sahibi olublar. Bilirik ki, Qacarlar o torpaqlara sahib çıxa bilmədilər. Ancaq Qacarlara qədər bu torpaqların hamısının bütövlüyü bəlli idi. Sadəcə olaraq, Azərbaycan xanlıqlarının yaranması, Qacarlar dövlətinin Rusiya ilə apardığı müharibdə məğlub olması nəticəsində Çar Rusiyası bu torpaqları işğal etdi və Qərbi Azərbaycana hayları köçürdü. Orada 1918-ci ildə Ararat adlı qondarma bir respublika yarandı və sonradan  o, 1920-ci ildə Ermənistan SSR adlandı. Qərbi Azərbaycan adlı ərazimiz Ermənistan SSR-ə zorla birləşdirildi. Halbuki, o torpaqlar bizimdir. Demək istəyirik ki, tarixən Vətən, dövlət, millət, soy və dini birlik baxımından bu torpaq bizim torpaqlardır, bizim coğrafiyadır, bütün azərbaycanlıların torpağıdır. Bu da bizim üçün əsas birləşdirici amillərdir"-deyə F.Ələkbərli bildirdi.

F.Ələkbərli qeyd etdi ki, Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı ilə biz o torpaqlara yenidən sahib olmuş olacağıq. Şöbə müdiri hesab edir ki, Ermənistan tarixi nə qədər saxtalaşdırsa da, Qərbi azərbaycanlıların qayıdışını əngəlləmək istəsə də, biz sonda istəyimizə nail olacağıq. "Heç şübhəsiz, Qərbi Azərbaycan mövzusu xalqımızı səfərbər etməyə və vahid mövqe ətrafında birləşməyə qadir olan bir məfhumdur. Bizim xalqımız milli məsələlərdə xüsusilə həssasdır və bu istiqamətdə birləşməyi bacarır. Biz bunu 44 günlük Vətən müharibəsi dövründə, sərhəd toqquşmaları və 23 ssatlıq lokal antiterror əməliyyatları zamanı bir daha aydın gördük ki, xalqımız vətən uğrunda birləşdi. Bu baxımdan, Qərbi Azərbaycan mövzusunun xalqımızı birlışdirəcək bir güc olduğu ortadadır"-deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA 



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910