İsrail qisas hücumuna hazırlaşır - ABŞ İranda vurulacaq hədəfləri açıqladı...
İsrail Tehranın raket hücumuna cavab olaraq İranın nüvə və neft obyektlərini vura bilər. Bu barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail ordusunun İranın nüvə proqramının "ürəyinə" - Netenz şəhərindəki uranın zənginləşdirilməsi obyektlərinə hücumu da daxil olmaqla, daha ekstremal senarilər nəzərdən keçirilir.
İranın hücumuna İsrailin reaksiyasının təfərrüatlarını paylaşan ABŞ-ın “Axios” nəşri isə adı açıqlanmayan İsrail rəsmilərinə istinadən xəbər verir ki, mümkün hədəflər əsasən İrandakı neft obyektləri olacaq.
Bölgədəki neft obyektlərini ard-arda hədəfə alacaq İsrail İranın hava hücumundan müdafiə sisteminə də hücum edəcək.
İsrail rəsmilərinin nəzərdən keçirdiyi digər bir variant isə İranın yüksək rütbəli məmurlarına qarşı sui-qəsdlərdir.
İran da öz növbəsində xəbərdarlıq edib ki, İsrail nüvə obyektlərinə zərbə endirərsə, Tehran nüvə silahı yaratmağa məcbur olacaq. Dini liderin müşaviri Kamal Xərrazi deyib ki, İsrail nüvə obyektlərinə hücum etsə, Tehran mühafizə siyasətini dəyişəcək.
TAHİR