çərşənbə axşamı günü, 09 dekabr 2025
     

Aşıq Ələsgərin abidəsinin açılışı milli kimliyin, mədəni irsin qorunmasının göstəricisidir - ŞƏRH

Image

Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edən Prezident İlham Əliyev onun Ağkilsə kəndində ermənilər tərəfindən dağıdılmış abidəsinin gələcəkdə bərpa olunacağına əminliyini bildirib.

"Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandıran həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş böyük söz ustadıdır. Sənətkarın ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən, tərbiyəvi məzmunlu, dərin koloritli, yüksək pedaqoji məziyyətləri özündə ehtiva edən yaradıcılığı, istedadlı yetirmələri sayəsində özündən sonra irs qoyduğu aşıq məktəbi və ənənələri Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir." Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması ölkəmizdə aşıq sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgər yaradıcılığı isə mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından zəngin bir poetik irs kimi Azərbaycan mədəniyyətində özünə məxsus yer tutur. Bu mədəni irsin geniş tədqiqinə, nəşrinə və təbliğinə hələ Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə başlanılıb. Hələ sovetlər dönəmində Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda və onun hüdudlarından kənarda böyük söz ustadının 150 illik yubiley mərasimləri keçirilmiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındığı zaman həmin əzəmətli büst erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. 1997-ci ildə Ulu Öndərin Sərəncamına əsasən, Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə verilən yüksək dəyər idi. Bu zəngin ənənə günümüzdə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi respublika miqyasında böyük təntənə ilə qeyd olunub, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilib. Gədəbəydə "Aşıq Ələsgər adına Aşıq Məktəbi" açılıb və 2011-ci il "Aşıq Ələsgər ili" elan edilib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin 2021-ci il 18 fevral tarixli "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, Türk dünyasının ozan aşığı Dədə Ələsgərin anadan olmasının 200 illiyi həm ölkə miqyasında, həm də ölkəmizin hüdudlarından kənarda TÜRKSOY vasitəsilə geniş qeyd olunub. 2021-ci il noyabrın 30-da "Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında" Sərəncam isə Aşıq Ələsgər yaradıcılığına və irsinə olan yüksək diqqət və qayğının nəticəsidir.

"Prezident İlham Əliyevin aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər irsinə dərin ehtiramını özündə əks etdirən bu sərəncamların icrasını mədəniyyət xadimləri, ziyalılar, aşıq sənətinin nümayəndələri, saza, sözə bağlı olan hər kəs ümumxalq minnətdarlığı ilə qarşılayıb. Bu günlərdə paytaxtda ustad sənətkarın xatirəsinə ucaldılmış abidənin açılışı da milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin göstəricisidir.

Açılış tədbirində çıxış edən dövlətimizin başçısı İlham Əliyev Aşıq Ələsgər yaradıcılığının Azərbaycan xalqı və eləcə də bütün Türk dünyasında önəmli mənəvi dəyər kəsb etdiyini diqqətə çatdırıb və böyük sənətkarın miras qoyduğu zəngin irsi Azərbaycan milli mədəniyyətinin vacib hissələrindən biri kimi dəyərləndirib. Azərbaycan xalqının öz tarixinə və mədəniyyətinə olan bağlılığını ifadə etmək istiqamətində xüsusi əhəmiyyəti ilə seçilən bu abidə həm Aşıq Ələsgərin xatirəsini yaşatmaq baxımından, həm də tarixən Qərbi Azərbaycan torpaqlarında yaradılmış milli mədəniyyətimizin qorunub-saxlanması və yaşadılması baxımından mühüm strateji əhəmiyyət daşıyır", - deyə Cavanşir Feyziyev bildirib.

O deyib ki, abidənin açılışında çıxış edən Prezident İlham Əliyev yaşından, peşəsindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşını milli varlığımızı, mədəniyyətimizi və əcdadlarımızın yaratdığı mədəni irsə sahiblik hüquqlarımızı qorumağa çağırmaqla həm də milli-mədəni irsimizin və milli dəyərlərimizin qorunmasının vacibliyini bir daha vurğulamış oldu. Prezidentin bu çıxışı Azərbaycan xalqının keçmişi ilə fəxr etdiyi kimi həm də gələcəyə doğru əmin addımlarla irəliləməsi üçün bir çağırış kimi qəbul oluna bilər. Aşıq Ələsgərin abidəsi həm tarixi şəxsiyyətlərin unudulmaması, həm də Azərbaycan xalqının milli kimlik məfkurəsinin və vətənpərvərlik hisslərinin gücləndirilməsinə və ideoloji maarifləndirilməsinə istiqamətlənmiş bir addımdır.

"Ölkə Prezidenti öz çıxışında qətiyyətlə bildirdi ki, "...gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik". Prezident İlham Əliyevin bu mesajı Qərbi Azərbaycanlıların taleyi ilə bağlı yaxın gələcəyə hesablanmış işıqlı bir müjdə kimi qəbul oluna bilər.

Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər tərəfindən dağıdılması, təkcə mədəni irsə hücum deyil, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımızın tarixi varlığının silinməsinə yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər. Buna görə də, gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpası yalnız keçmişi yenidən canlandırmaq deyil, həm də milli kimliyimizin və hüquqlarımızın bərpası olacaq", - deyə deputat bildirib.






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...

Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib - ədalətli olmağın üsulu elə budur...

Azərbaycan və Slovakiya Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

08.12.2025 / 22:12
Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib - FOTO

08.12.2025 / 22:01
Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar - FOTO

08.12.2025 / 21:45
Kreml ATƏT dövrü Qarabağ sənədlərinin açılmasından narahat olub...

08.12.2025 / 21:40
Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət etdi - FOTO

08.12.2025 / 21:31
"Yeddi Yara" kilsəsi katolikosa qarşı mübarizənin mərkəzinə çevrildi - erməni keşişlərinin pornovideoları yayıldı...

08.12.2025 / 21:25
Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib - FOTO

08.12.2025 / 21:16
Rəsmi İrəvan Dohada da "dəhliz" sözündən qıcıqlandı - "niyə"sinə izah verilmir...

08.12.2025 / 21:02
Azərbaycan neft diplomatiyasında yeni yol açır - Hikmət Hacıyev anons verdi...

08.12.2025 / 20:50
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb - FOTO

08.12.2025 / 20:49
Amerika alimi Ermənistanda türk yer adlarının kütləvi silindiyini ifşa etdi...

08.12.2025 / 20:35
Qərbi azərbaycanlıların qayıdışına BMT də cəlb olunur...

08.12.2025 / 20:31
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

08.12.2025 / 20:23
MDU daha bir ilkə imza atdı - Dünyanın 19 ölkəsinin alimləri univetsitetə toplaşdı… - FOTO

08.12.2025 / 20:21
“Trampın təhlükəsizlik qarantiyası əvəzinə Ukrayna torpaqları Rusiyaya verilir" - Zelenskini nəyə məcbur edirlər...

08.12.2025 / 20:08
Qeyri-neft sektorunda inqilabi nəticə - 84 faizdən yuxarı...

08.12.2025 / 19:54
Ramiz Mehdiyev-Əli Kərimli xəyanət birliyinin 1990-cı illərin əvvəlinə dayanan şok məqamları üzə çıxır...

08.12.2025 / 19:40
Hikmət Hacıyev Taker Karlsona çox düz tövsiyə verib - ədalətli olmağın üsulu elə budur...

08.12.2025 / 19:27
Azərbaycan və Slovakiya Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

08.12.2025 / 19:25
"Bizdə kifayət qədər böyük enerji potensialı var" - Prezident

08.12.2025 / 19:23
77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

08.12.2025 / 19:21
Prezident İlham Əliyev: "Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik"

08.12.2025 / 19:18
"Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir" - Prezident

08.12.2025 / 19:14
Bratislavada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

08.12.2025 / 19:12
Prezident İlham Əliyev: "Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək"

08.12.2025 / 19:10
Tramp İlham Əliyevə nə demək istədi? - “Sizinlə qeyri-mümkün şeyləri edəcəyik”...

08.12.2025 / 19:07
"Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır" - Prezident

08.12.2025 / 18:57
ABŞ-ın yeni strategiyası - "Avropa çökür, Rusiya ilə müttəfiq olmalıyıq"...

08.12.2025 / 18:43
Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTO

08.12.2025 / 18:43
Qərbi Azərbaycanın mədəni irsinin bərpası gündəmə gətirildi...

08.12.2025 / 18:29
Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

08.12.2025 / 18:18
Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub - FOTO

08.12.2025 / 18:16
Qatil terrorçu Melkonyan hələ də İrəvanda “qəhrəman” sayılır - üstəlik “sülh” deyirlər...

08.12.2025 / 18:05
Trampın "söndürdüm" dediyi bütün müharibələr yenidən alovlanacaq, tək birindən başqa... çünki onu Tramp söndürməyib....

08.12.2025 / 17:56
“Tramp Ukraynanı satacaq” söhbətini Avropa liderləri məqsədli sızdırıblar...

08.12.2025 / 17:49
Prezident İlham Əliyev Slovakiyaya rəsmi səfər edib - FOTO

08.12.2025 / 17:43
Qərbi azərbaycanlılara qarşı törədilənlər beynəlxalq hüquqi qiymətini alacaq...

08.12.2025 / 17:29
Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...

08.12.2025 / 17:17
“Borçalı” İctimai Birliyi müraciət yaydı

08.12.2025 / 17:10
Rusiya Ukrayna sərhədində öz şəhərini bombaladı - yaralı və ciddi dağıntılar var…

08.12.2025 / 16:53
NATO Rusiya təyyarəsini vura bilər - Moskvaya xəbərdarlıq…

08.12.2025 / 16:50
Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edildi

08.12.2025 / 16:36
Bakıda “Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırıldı

08.12.2025 / 16:23
Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-da istifadəyə veriləcək...

08.12.2025 / 16:10
Ermənidən betər bəla...

08.12.2025 / 16:08
Tramp Rusiya-Ukrayna məsələsində yenə məyus oldu - Putin sülh istəyir, Zelenski yox?...

08.12.2025 / 16:04
Azərbaycandan Ermənistana yanacağın ilk partiyası göndəriləcək

08.12.2025 / 15:52
Məmməd İbrahimli barəsində qərar qüvvədə saxlandı

08.12.2025 / 15:45
Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sanballı əsər

08.12.2025 / 15:31
Rəşt-Astara dəmir yolunun tikintisinə gələn ildən başlanacaq...

08.12.2025 / 15:24
Könüllərdə yuva quran şəhid kapitan - Elçin Tağıyev...

08.12.2025 / 15:16
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi oldu

08.12.2025 / 15:09
Qərbi Azərbaycanlıların qayıdışı MİLLİ İDEYADAN beynəlxalq platformaya çevrilir...

08.12.2025 / 15:05
MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladı

08.12.2025 / 14:55
“Biz Gürcüstan azərbaycanlılarını maraqlandıran bir sual var” - Aygül İsayeva

08.12.2025 / 14:43
İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır...

08.12.2025 / 14:28
Ədalət yer üzündə Allahın tərəzisidir

08.12.2025 / 14:14
Azərbaycan Qəzzaya kontingent göndərəcək? - Nazir məsələyə aydınlıq gətirdi...

08.12.2025 / 13:50
"İran və Azərbaycan arasında gediş-gəlişin artırılması nəzərdə tutulub" - Əraqçi

08.12.2025 / 13:41
Ağbənd-Kəlalə körpüsünün gələn ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir

08.12.2025 / 13:14
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

08.12.2025 / 13:08
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı, iki nəfər saxlandı...

08.12.2025 / 12:51
Anar Zərdabinin heykəlinin köçürülməsini təklif etdi - "...restoranın qapıçısı kimi görünür"

08.12.2025 / 12:34
"Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir" - İƏT-in Baş katibinin müavini

08.12.2025 / 12:24
Emin Əmrullayev dərslikləri tənqid etdi - "...müəlliflərin şəxsi yanaşmalarına əsasən hazırlanır"...

08.12.2025 / 12:16
Nazirlik Naxçıvanda “uşaq oğrusu” ilə bağlı yayılan görüntülərə aydınlıq gətirdi...

08.12.2025 / 12:07
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul etdi

08.12.2025 / 12:04
"General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi" - ABŞ səfirliyi

08.12.2025 / 11:57
"Şagirdlərin üzərinə onların daşıya bilməyəcəyi qədər böyük gözləntilər qoyurlar" – Nazir

08.12.2025 / 11:35
Prezident Tofiq Bakıxanovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi

08.12.2025 / 11:28
Prezident İlham Əliyev Abbas Əraqçini qəbul etdi - FOTO

08.12.2025 / 11:07
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb" - Şahmar Mövsümov

08.12.2025 / 10:46
3 ildə 1 ton 900 kq, 11 ayda 1 ton 600 kq - Komitə sədri narkotiklərlə bağlı rəqəmlər açıqladı...

08.12.2025 / 10:06
İki gün öncə itkin düşmüşdü, meyiti kanaldan tapıldı...

08.12.2025 / 10:01
"Əhalini təşvişə düşməməyə çağırırıq" - Müdafiə Nazirliyindən AÇIQLAMA

08.12.2025 / 09:20
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

08.12.2025 / 09:15
Bu gündən pullarınızı alacaqsınız - pensiyaçılara ŞAD XƏBƏR

08.12.2025 / 09:02
ABŞ 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq

08.12.2025 / 08:41
Masazırda "BMW" yanıb, bir nəfər ölüb

07.12.2025 / 20:53
Suriyadan İsrailə "qırmızı xətt" xəbərdarlığı - bunsuz razılaşma mümkün deyil...

07.12.2025 / 20:20
Çernobılda təhlükəli vəziyyət - radiasiya sızmasına qarşı mühafizə qalxanı vuruldu…

07.12.2025 / 20:07
Abbas Araqçi Bakıya gəldi...

77 min yeni iş yerinin 92 faizini özəl sektor açıb...

XƏBƏR ARXİVİ