Çərşənbə axşamı günü, 8 iyul 2025
     

İsrailin Livan əməliyyatı Ermənistanı qorxuya saldı - hədəfdə Zəngəzur dəhlizi?

Image

"Mən İranın liderləri haqqında çox danışmışam. Amma bu həlledici məqamda mən birbaşa sizə, İran xalqına müraciət etmək istəyirəm. Heç bir vasitəçi olmadan. Orta Şərqdə İsrailin əlinin çatmadığı bir yer yoxdur. Xalqımızı və ölkəmizi qorumaq üçün getməyəcəyimiz bir yer yoxdur". Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciətində deyib.

Onun müraciətinin digər hissəsi də olduqca maraqlı olub. Netanyahu qeyd edib: "Hər keçən an rejim sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran sülh içində yaşayacaq". Hazırda İsrail tərəfindən yaxın Şərqdə keçirilən əməliyyat Ermənistanda böyük qorxuya səbəb olub. Bu fonda "armenianreport" portalı yazır: "Livan ordusu UNIFIL sülhməramlı qüvvələrinin tələbi ilə İsraillə sərhəddəki postlarını tərk edib. Məlumata görə, UNIFIL komandanlığı Livan hərbçilərinə İsrail ordusunun işğalından əvvəl boşaldılması lazım olan mövqelərin siyahısını verib və Livan ordusu bu tövsiyəyə əməl edib.

"Reuters" xəbər verir ki, Livan ordusu sərhəddən 5 kilometr məsafəyə geri çəkilib. Livanın "Əl-Mənar" kanalı ölkənin cənubunda iki sərhəd kəndinin intensiv artilleriya atəşinə tutulduğunu bildirir. Bundan əvvəl İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib. Bundan sonra nə olacağını proqnozlaşdırmaq çətindir. Amma biz artıq görürük ki, İsrailin baş naziri Benyamin Netanyahunun taktikası eyni qalır: İranı İsraillə müharibədə daha fəal iştiraka cəlb etmək, ictimaiyyətin və beynəlxalq aləmin diqqətini Qəzza və Fələstindən yayındırmaq. İsrail hədə-qorxuya arxalanaraq düşmənə zərbələr endirir. Təbii ki, bu, Azərbaycanda da diqqətlə izlənir. Axı, İsrail bu ölkənin mühüm müttəfiqidir. Bundan əlavə, İranın dünya ictimaiyyəti qarşısında necə aşağılanmasını hamı seyr edir. Bəli, İran bir-birinin ardınca zərbələr alır. İsrail İran üzərində tam üstünlük nümayiş etdirir və aydındır ki, İranın arsenalında hədələrdən başqa heç nə yoxdur.   İran nə qədər zəifdirsə, bu, Ermənistanın zəif olması deməkdir, təbii ki, Azərbaycan bu halda daha güclü olur. Onu da qeyd edək ki, Bakı İsrailin yaratdığı  presedentdən Zəngəzuru ələ keçirmək üçün istifadə etməyə cəhd edə bilər. Və əgər Bakı bunu etmək qərarına gəlsə, bu işdə ona Rusiya və Türkiyə kömək edəcək. Bəli, vəziyyətin paradoksu ondan ibarətdir ki, Rusiya İrana yalnız situasiya müttəfiqi kimi baxır. Zəngəzur dəhlizi məsələsində Tehranla Moskva arasında aşılmaz ziddiyyətlər var. Yeni bazarlara çıxmaq üçün Rusiya təcili olaraq Zəngəzur dəhlizinə ehtiyac duyur.

 Qərbin sanksiyalarının yavaş-yavaş Rusiya iqtisadiyyatını zəiflətdiyi bir vaxtda Kreml Zəngəzur dəhlizindən keçmək üçün Azərbaycana arxalanır. Müttəfiqlərimizin həqiqətən də bu təhlükənin qarşısını almağa kömək edəcəyinə böyük şübhə var. Biz eyni kollektiv Qərbin Rusiya ilə ticarətini necə davam etdirdiyini, yalnız sanksiyalar rejiminə əməl etməyi imitasiya etdiyini görürük. Eyni zamanda, artıq göz qabağındadır ki, beynəlxalq hüquq sistemi – Qərbin müdafiə etdiyi "qaydalara əsaslanan nizam" təəssüf ki, fəaliyyətini dayandırır və dövlətlərin problemlərini həll etmək istəyində getdikcə daha az cəlbedici olur. Bunu Rusiya-Gürcüstan müharibəsi və Rusiyanın Krımı ələ keçirməsi də göstərdi. Sonra Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlandı. İndi də  İsrailin bütün qonşu dövlətlərə qarşı törətdiyi xaos. Livandakı əməliyyat indi şahidi olduğumuz hər şeyin yalnız vacib, lakin yenə də bir epizodudur. Qarşıda "hüquq dünyasına" deyil, "güc dünyasına" doğru getdikcə daha böyük sürüşmə gözlənir və hər şey ilk növbədə, xüsusilə qeyri-Qərb bölgələrində, güclü təzyiq mövqeyilə qəbul ediləcək. Rusiya "Hizbullah" işindən də "qırmızı xətlər" anlayışlarına daha skeptik və utilitar yanaşmaq üçün istifadə edəcək. Azərbaycan özü də analoji "arqumenti" qəbul edə bilər. Biz isə, düzünü desək, Azərbaycana həqiqətən qarşı çıxmaq imkanımız yoxdur və olmayacaq. Daha doğrusu, Azərbaycanla qarşıdurmanın nəticəsinin ürəkaçan olmadığını anlayaraq, ordusu artıq postlarını tərk edən Livanda bütün dünyanın müşahidə etdiyi vəziyyətə oxşar vəziyyəti görə bilərik". Burada qeyd edək ki, Azərbaycan Zəngəzur dəhlizini zor gücünə açmaq niyyətində deyil. Yəni Ermənistanın təşvişə düşməsinə ehtiyac yoxdur. Bununla belə, iranşünas Qarik Misakyan qeyd edir ki, Zəngəzur dəhlizinin açılma ehtimalı artır və İran da buna müqavimət göstərə bilməz: "Prinsip etibarı ilə İran tərəfi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əleyhinə deyil, lakin o, bu müqavilədə Zəngəzur dəhlizinin olmasını istəmir. Bu razılaşma Ermənistan və İranın geosiyasi maraqlarına xələl gətirməməlidir. Zəngəzur dəhlizi, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərində mümkün vasitəçiyə çevrilməsi İranı narahat edir". O iddia edib ki, İran tərəfinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi qətiyyən dəyişməyib, bunu İranın Rusiya tərəfinə reaksiyaları da sübut edir: "Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqunun İrana səfəri olub və burada digər məsələlərlə yanaşı, dəhliz də müzakirə olunub. İran mətbuatının məlumatına görə, Rusiya tərəfi İranın dəhlizlər məntiqi ilə bağlı siyasətini dəstəkləyir və ona hörmət edir. Yəni burada Zəngəzur dəhlizi ilə bağlı heç bir mövqe dəyişməyib". Qarik Misakyanın sözlərinə görə, hazırda İran ətrafında vəziyyət gərginləşib və İranın indiki mərhələdə diqqətini bu regiondan yayındırması mümkündür.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünaş Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

08.07.2025 / 11:02
Bu axşam “Çelsi” - “Fluminense” görüşü olacaq

08.07.2025 / 10:30
Dünya bazarında qızıl və gümüş bahalaşıb

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910