Bazar günü, 13 iyul 2025
     

Qarabağda və Şərqi Zəngəzurda 4 illik “İqtisadi Zəfərin” nəticələri...

Image

Artıq 4 ildir ki, ərazilərimiz işğaldan azad edilib. 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdən keçən 4 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində misli görünməmiş layihələrin icrası davam etdirilir. 

Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran və dağlıq hissəsi də daxil olmaqla, Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Bu müddət ərzində işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sosial-iqtisadi layihələrgetdikcə daha çox öz bəhrəsini verir.

İlin sonuna qədər xərclənən vəsaitlər 19 milyard manat olacaq

Prezident İlham Əliyev Vll çağırış Milli Məclisin ilk iclasındakı nitqində bu mövzuya geniş yer ayıraraq deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir. Ölkə başçısı İkinci Qarabağ müharibəsindən sonra görülmüş işlərin miqyasının çox geniş olduğunu qeyd edərək, bir neçə rəqəmi açıqlayıb. Bildirib ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin çox hissəsi infrastruktur layihələrinə xərclənib. Zəngilanın Ağalı kəndindən başlayan Böyük Qayıdış planına uyğun olaraq artıq Laçın, Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinlərinin bir qismi öz doğma evlərində yaşayırlar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə böyük infrastruktur obyektləri inşa edilib, əhalinin məşğulluğu təmin edilir. Dünya standartlarına cavab verən müasir məktəblər, xəstəxanalar tikilib istifadəyə verilir. Füzuli və Zəngilanda qısa müddətdə inşa edilən hava limanları bölgə iqtisadiyyatının dirçəldilməsinə töhfə verməklə yanaşı, əsrarəngiz təbiəti olan Qarabağın turizm potensialına da böyük dəstək olacaq. Artıq 3 min km avtomobil və dəmir yolları inşa edilib, 70 km uzunluğunda 45 tunel və 450 körpünün tikintisi davam etdirilir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Bir neçə su-elektrik stansiyasının açılışı olub. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda mərhələli şəkildə bərpa olunan və ya yenidən tikilən yaşayış məntəqələrində bu günədək 8500-dən çox keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb. Prezidentin diqqəti sayəsində 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıdışı təmin ediləcək. 

Ən yüksək inkişaf etmiş texnologiyalar tətbiq edilir, müasir infrastruktur qurulur

Qarabağ və Şərqi Zəngəzurun bərpasını daha tez başa çatdırmaq, insanların yurd həsrətinə tamamilə son qoymaq üçün işlər həm sürətli, həm də çox keyfiyyətli şəkildə davam etdirilir. Azad olunmuş ərazilərdə "ağıllı kənd"lər, "ağıllı şəhər"lər salınır, ən yüksək inkişaf etmiş texnologiyalar tətbiq edilir, müasir infrastruktur qurulur. Bu məqsədlə, Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də hər il artırılır. Azad olunmuş ərazilərdə mədəni, tarixi irsimizin qorunmasına da xüsusi diqqət yetirilir, tarixi abidələr bərpa edilir. Belə ki, ermənilər tərəfindən dağıdılmış yeddi məscid yenidən qurulub, səkkiz məscidin inşası davam edir. Hazırda Zəfər və İşğal muzeyləri, Zəfər parkları salınır. Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidləri, "Qarabağ" hoteli, Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi bərpa olunub. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Şuşada "Xarıbülbül" hoteli istifadəyə verilib, yeni hotel və muzey mərkəzi tikilib. Davamlı olaraq digər şəhər və kəndlərdə də dini tikililərin bərpası aparılır. 

Sistemli yanaşma artıq öz bəhrəsini verməkdədir 

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, ötən 4 ildə hökumət Qarabağ və Şərqi Zəngəzurun bərpasını və yenidən qurulmasını sistemli şəkildə həyata keçirir: "Sistemli yanaşma artıq öz bəhrəsini verməkdədir. Belə ki, dövlət siyasətinə əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında altı istiqamət üzrə prioritetlər müəyyənləşdirilib. Kənd təsərrüfatı, ərzaq sənayesi, dağ-mədən sənayesi, "yaşıl enerji", nəqliyyat-logistika və turizm. Bu yanaşma çərçivəsində sözügedən ərazilərin coğrafiyası, təbii iqlimi, tarixi-mədəni əhəmiyyəti və nəqliyyat potensialı nəzərə alınaraq regionlar üzrə inkişaf konsepsiyası hazırlanıb. Belə ki, Şuşa şəhəri mədəniyyət paytaxtımız rolunda çıxış edir, Ağdam şəhəri yüngül sənaye və xidmət, Zəngilan, Cəbrayıl və Füzuli rayonları nəqliyyat-logistika qovşağı olmaqla yanaşı, eyni zamanda əkinçilik və "yaşıl enerji", Laçın və Kəbəcər rayonları dağ-mədən sənayesi, turizm, "yaşıl enerji" və heyvandarlıq mərkəzlərinə çevrilir. Yaradılacaq bu mərkəzlər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payını ciddi şəkildə yüksəldəcək. Qarabağda və Şərqi Zəngəzurda başlayan genişmiqyaslı tikinti-bərpa, quruculuq işləri ümumilikdə bütün ölkə iqtisadiyyatının inkişafına zəmin yaradacaq. Bu ərazilərdə su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait olduğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Bütün bunlar həm bərpa prosesinə öz töhvəsini verəcək, həm də ölkədəki iqtisadi artıma təkan verəcək. Çünki azad edilmiş edilmiş ərazilərdə qeyri-neft sektoruna inkişafına əsaslanan sahələrin inkişafı ümumilikdə olduqca müsbət tendensiyadır. Çünki yeni, müasir istehsal və xidmət sahələri yaradılır. Bu da ölkə iqtisadiyyatının neft-qazdan asılılığının azalmasına xidmət edir".

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910