Nazir Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək...
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 10-da Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin müraciətini dinləyəcək.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə əlaqədar oktyabrın 9-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
NAMİQ