Komandası “Beşiktaş”a məğlub oldu, özü də istefa verdi...
Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi Burak Yılmaz istefa verib. O, Superliqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı verib.
“Özümlə bağlı danışmağa ehtiyac yoxdur. Kaysəri şəhərinə və kluba təşəkkür edirəm. Ötən mövsüm məni bu vəzifəyə layiq bilib gətirdilər. Mövsümün əvvəlində transfer cəzası aldıq, buna görə getməyəcəyimi söylədim və bir dəfə də olsun etiraz etmədim. Hər şeyi etdik... Yatmadıq, bazada qaldıq, oyun planı, təzyiq, uşaqlarla söhbət... Bir şey qaldı, o da mənim ayrılmağım. Məşqçi dəyişikliyinin bu şəhərə, komandaya fayda verə biləcəyini düşünərək istefa verirəm” - B. Yılmaz bildirib.
Mətləb