İsrail hücuma başladı, Livan vətəndaşlarını İraqa “qaçmağa” çağırdı - pasportsuz da ölkədən çıxışa icazə verildi
İranın dəstəklədiyi "Hizbullah" qüvvələrinin lideri Həsən Nəsrullah öldürdükdən sonra İsrail Livanda yerüstü əməliyyata başlayıb. Livan əsgərləri sərhəddən 5 km geri çəkilib, İsrail tankları artilleriyanın dəstəyilə sərhədi keçməyə başlayıb.
Hücumlardan sonra Livan rəhbərliyi diqqətçəkən bir qərar verib. İraqa pasportsuz gediş-gəlişi təsdiqləyən Beyrut rəhbərliyi vətəndaşlarını sözün əsl mənasında ölkədən “qaçmağa” çağırıb.
Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, ölkə rəsmiləri paytaxt Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanına və sərhəd qapılarına bununla bağlı təlimat göndərib. Təlimatda pasportu olmayan və ya pasportunun müddəti bitmiş vətəndaşların da İraqa getməsinə icazə verilməsi öz əksini tapıb.
İsrail isə livanlıları Beyrutun cənubundakı Dahiye bölgəsində bəzi binalar boşaltmağa çağırıb. Şahidlər bildiriblər ki, İsrail döyüş təyyarələri bölgədə uçuşlar keçirirlər.
TAHİR