Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Ermənistan ABŞ-ın əlində Rusiya, Azərbaycan və Türkiyəyə qarşı silaha çevrilir...

Image

Sirr deyil ki, Cənubi Qafqazda ikinci Ukrayna ssenarisinin reallaşdırılması istiqamətində cəhdlər var. Belə ki, ABŞ və Avropa Ermənistandan istifadə edərək, bu ölkə vasitəsilə regionda öz maraqlarını həyata keçirməyə can atırlar. Hətta Ermənistanın "Past" qəzeti yazır ki, ABŞ-ın Cənubi Qafqazdakı marağı, Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir.

Nəşr yazır ki, son zamanlar ABŞ mediası və ekspert dairələri Cənubi Qafqaza maraqlarını artırıb: "Diqqət çəkən məqam budur ki, bu nəşrlərin konteksti əsasən eynidir. Məsələn, bu yaxınlarda Amerika nəşrlərindən birində "Supergüclərin rəqabəti Qafqaza daxil olur" başlıqlı məqalə dərc olunub. Bu nəşr ona görə diqqət çəkir ki, müəllifləri Donald Trampın prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış bir adamın rəhbərlik etdiyi tanınmış amerikalı ekspertlərdir. Söhbət Dövlət Departamentinin baş müşaviri və müdafiə nazirinin köməkçisinin müavini olmuş Uilyam Volfdan gedir. Təhlil Ermənistanın KTMT-dən çıxması və Qərbə inteqrasiyası ilə bağlıdır. Analizdə KTMT-dən çıxmaq yaxın gələcəkdə baş verəcək hadisə və reallıq kimi dəyərləndirilir. Qeyd olunur ki, ABŞ bu məsələdə Ermənistana ciddi dəstək verməlidir. Ancaq diqqətçəkən odur ki, KTMT-dən çıxıb Qərbin qucağına düşməyin Ermənistana nə gətirəcəyindən, demək olar ki, heç bir söz yoxdur. Əvəzində ABŞ-a nə veriləcəyi, yəni ABŞ-ın nəyə ehtiyacı olduğu ətraflı təsvir olunur. Belə çıxır ki, bu, mütləq olmalıdır.Müəlliflərin fikrincə, Ermənistanın geri çəkilməsi və Qərbə üz tutması ABŞ-a regionda öz mövqelərini gücləndirmək üçün əvəzolunmaz fürsət yaradacaq, bu da Amerikanın uzunmüddətli maraqlarına fayda verəcək. Vurğulanır ki, Ermənistanın Qərb sıralarına cəlb edilməsi ABŞ-a Rusiyanın cənub sərhədlərində real təhlükəni qoruyub saxlamağa və Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu zərərsizləşdirməyə imkan verəcək. Müəlliflərə görə, bütün bunlar Çinin regionu "Bir Kəmər, Bir Yol" projesi çərçivəsində birləşdirmək planlarını çətinləşdirməyə imkan verəcək, həmçinin bölgənin Türkiyədən asılılığını azaltmağa imkan verəcək. Bir sözlə, amerikalılar Ermənistanın maraqları və təhlükəsizliyinin yer almadığı öz maraqlarını daha açıq və aydın şəkildə bəyan edirlər. Amerikanın maraqları Ermənistanın suverenliyi və ərazi itkiləri bahasına olsa belə, Ermənistanı böyük geosiyasi oyunçular arasında münaqişə mərkəzinə çevirməkdir". Məhşur "The European Conservative" nəşri də bu məqama diqqət çəkərək yazır ki ABŞ   adminstrasiyasının Ermənistanı Qafqazda rusiya və Azərbaycana qarşı yeni təxribata çəkməsi həm Nikol Paşinyan hökumətinin məğlubiyyətinə, həm də ABŞ-nin regiondan qovulmasına gətirib çıxaracaq. Məqalədə deyilir ki, Ermənistanda repressiyaların və polis zorakılığının artması fonunda Bayden administrasiyasının Nikol Paşinyanı açıq şəkildə dəstəkləməsi mübahisəli məqamlar doğurur: "ABŞ ilk növbədə, burada istər-istəməz tələyə düşür. Ermənistan 2020-ci ildən hərbi və iqtisadi cəhətdən ciddi şəkildə zəifləyib və Paşinyan hələ də ölkədə vəziyyətin yaxşılaşmasına nail olmayıb, əksinə ölkədə siyasi böhran, təqiblər və çəkişmələr gündən-günə artmaqdadır. Belə olan halda Azərbaycanla yeni qarşıdurma Ermənistanı növbəti hərbi uğursuzluğa və humanitar fəlakətə apara bilər. Paşinyan hökumətinin Rusiyadan uzaqlaşmaq üçün verdiyi bəyanatlar sadəcə tüstü effektindən başqa bir şey deyil. Reallıq ondan ibarətdir ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi alyansın üzvü olaraq qalır və öz ərazisində Rusiya hərbi bazasını saxlayır.

Faktiki olaraq Ermənistan əks yol tutub, Rusiyanın Ukrayna ilə bağlı sanksiyalardan yan keçə bilməsi üçün təkrar ixracın əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb. İsveçrədə keçirilən Qlobal Sülh Sammitində Ermənistan nümayəndəsi Ukrayna ilə bağlı yekun bəyannaməni imzalamaqdan imtina edib. Üstəlik, Rusiyanı sevindirəcək, ABŞ və onun müttəfiqlərinin bir çoxunu narahat edəcək bir addımla Ermənistan 21 iyun 2024-cü ildə Fələstin Dövlətini tanıyıb. Nəhayət, Paşinyan oktyabrda Rusiyanın Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini açıqlayıb. ABŞ-ın isə Paşinyan hökumətinin öz ölkəsinə və xalqına qarşı destruktiv meyillərini dəstəkləməsinə nəyin haqq qazandıra biləcəyi bəlli deyil. Hakim partiyanın ümumi bəyənmə reytinqi olduqca aşağıdır. Paşinyanın sərhədin demarkasiyası ilə bağlı son mübahisəli addımlarından əvvəl mart ayında Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğuda seçicilərin yalnız 13 %-nin ona etimad göstərdiyi məlum olub. Daha pisi odur ki, hakim partiyanın namizədi 2023-cü ilin sentyabrında İrəvanın meri seçkilərində cəmi 8 % səs toplayıb. Hazırda Bayden administrasiyası ölkənin müdafiəsində ən zəif bənd olan Paşinyana kömək etməyə çalışır. Paşinyan Amerika rəsmiləri qarşısında özünü qərbyönlü siyasətçi kimi göstərsə də, onlar baş naziri Rusiyadan ayrılmaq üçün sistemli dəyişikliklər etməkdə çox səriştəsiz sayırlar. Bəs niyə Bayden administrasiyası Ermənistanı itirmək riski ilə üzləşir? Amerikalı diplomatlar bilirlər ki, Ermənistan ordusu 2020-ci ildən bəri faktiki olaraq məhv edilib. Əhalisi iki milyondan az olan kiçik bir ölkə üçün otuz mindən çox polis toplanıb ki, bu da yəqin ki, Ermənistanı adambaşına görə regionun ən polis dövləti edir, maaşları və mükafatları müəllimlərin, elm adamlarının maaşından qat-qat artıqdır. 2024-cü ilin may ayından etibarən ölkədə ümummilli etiraz hərəkatı Paşinyanın istefasını tələb edir. İyunun 12-də Ermənistanın xüsusi təyinatlıları dinc etirazçılara və jurnalistlərə qarşı səs-küylü qumbaraatanlardan istifadə ediblər. Nəticədə 80-ə yaxın etirazçı və jurnalist yaralanıb, onlarla insan saxlanılıb. Jurnalist Abraham Qasparyan həbsdə olarkən polis tərəfindən qaçırılıb və vəhşicəsinə döyülüb. Hakim partiyanın deputatı və oliqarx Xaçatur Sukiasyan müxalifətçi həmkarlarını hədələyib: "Əgər özünüzü yaxşı aparmasanız... ya həbsxanaya düşəcəksiniz, ya öləcəksiniz, ya da əmlakınız əlindən alınacaq". Etiraz hərəkatını dəstəkləyən özəl müəssisələr gözlənilməz vergi yoxlamalarına, o cümlədən kompüterlərin və digər avadanlıqların müsadirə edilməsinə məruz qalıblar. Qəribəsi odur ki, faciəli hadisələrdən 24 saatdan az bir müddət əvvəl ABŞ Dövlət Departamenti Blinkenin köməkçisi Ceyms O'Brayenin səfərindən sonra polis islahatını tərifləyən bəyanat yayıb. Onun ABŞ-nin İrəvandakı səfirliyindəki həmkarları isə həqiqətdən daha da uzaq idilər, çünki bəyanatlarında iyunun 12-də baş verənlərə görə etirazçıları günahlandırdılar və onları cinayətkarlarla eyni səviyyəyə qaldırdılar. Bayden administrasiyası Paşinyanı dəstəklədikcə, Ermənistan və onun əhalisi üçün fəlakətli nəticələrə səbəb olacaq siyasəti davam etdirir. Bu, Ermənistanı növbəti məğlubiyyətə hazırlayır və çox güman ki, ABŞ-ın regiondan qovulmasına gətirib çıxaracaq".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910