"Azərbaycan COP29 -a qədər Şəffaflıq Hesabatını təqdim etməyi planlaşdırır" - Muxtar Babayev
"İqlim dəyişikliyinin mənfi təsirləri dünyanın hər nöqtəsində hiss olunur." Bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndəki çıxışında bildirib.
Onun sözlərinə görə, artıq baş verən təbii fəlakətlər iqlim dəyişikliyinin nə qədər təhlükə yaratdığını göstərir: "İqlim dəyişikliyinə adaptasiya məsələləri də diqqətdə saxlanılır. COP29 sədrliyi həmçinin Şəffaflıq Hesabatının hazırlanmısına diqqət yetirir. Azərbaycan COP29 -a qədər Şəffaflıq Hesabatını təqdim etməyi planlaşdırır. Fürsətdən istifadə edərək digər ölkələri də bu hesabatları təqdim etməyə çağırırıq".
Mətləb