“Hizbullah” Həsən Nəsrullahla əlaqəni itirib - İsrailin açıqlaması təsdiqlənir...
“Hizbullah” hərəkatı dünən axşamdan lideri Həsən Nəsrullahla əlaqə saxlaya bilmir.
Bu barədə France-Presse agentliyi hərəkata yaxın mənbələrə istinadla məlumat yayıb.
İsrail ordusu Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.
Aviasiya zərbəsi bir gün əvvəl “Hizbullah” rəhbərliyinin müşavirəsi zamanı endirilib. Müşavirədə Həsən Nəsrullahın da iştirak etdiyi ehtimal olunur. “Al Hadath” telekanalının İsrail mənbələrinə istinadla verdiyi məlumata görə, təşkilatın bunkerlərini dağıtmaq etmək üçün güclü bombalardan istifadə edilib. Hava hücumunun baş verdiyi ərazinin yaxınlığındakı altı binanın dağıldığı bildirilir. İlkin məlumatlara görə, ölənlər və onlarla yaralı var.