Xətaidə boya sexində yanğın məhdudlaşdırıldı
Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.