Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edildi
Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Qeyd edək ki, Bəxtiyar Məmmədov 1 sentyabr seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən Naxçıvan Ali Məclisinə deputat seçilib.
ZÜMRÜD