ABŞ-da keçmiş səfir cəsusluğa görə həbs olundu!
ABŞ-ın Boliviyadakı sabiq səfiri Manuel Roça Kuba hökumətinin agenti olmaqda şübhəli bilinərək həbs edilib. "Associated Press" agentliyinin ən son xəbərində deyilir ki, 73 yaşlı Manuel Roça cümə günü Mayami şəhərində saxlanılıb. Kuba hökumətinin maraqları naminə casusluqda ittiham olunan sabiq səfir dekabrın 4-də məhkəmə qarşısına çıxarılacaq.
ABŞ-ın federal qanununa görə, xarici hökumət və ya təşkilat üçün siyasi tapşırıqları yerinə yetirən şəxslər Ədliyyə Departamentində qeydiyyatdan keçməlidir.
Qeyd edək ki, Manuel Roça 1997-2000-ci illərdə ABŞ-ın Argentinadakı səfiri olub. Boliviyada səfir işlədiyi 2002-ci ildə prezident seçkilərinə birbaşa müdaxilə edərək Evo Moralesin prezident seçəcəyi təqdirdə ABŞ-ın ölkəyə yardımının dayanacağını bildirib.
Mətləb