Norveçli futbolçu İngiltərədə yeni rekorda imza atıb
"Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. 24 yaşlı hücumçu buna "Arsenal"la heç-heçə etdikləri V turun oyununda fərqlənməklə nail olub. Norveçli forvard meydana çıxdığı beş qarşılaşmada 10 qol vurub. Daha əvvəl Premyer Liqa tarixində heç kim buna daha tez nail ola bilməyib.
Mətləb