Çərşənbə axşamı günü, 15 iyul 2025
     

“The Washington Post”: Şöhrəti qüruba enən qəzet Azərbaycana qarşı niyə qərəzlidir?

Image

ABŞ-ın "The Washington Post" qəzeti növbəti dəfə Azərbaycana qarşı sərt ittihamlarla dolu redaksiya məqaləsi dərc edib. Qəzet guya Azərbaycanda söz azadlığının olmadığını, korrupsiya hallarının geniş vüsət aldığını iddia edib və ölkədə siyasi motivli həbslərin baş verməsi barədə redaksiya məqaləsi dərc edib. Burada fakt ondan ibarətdir ki, ABŞ-dakı bəzi dairələr Azərbaycanda qurduqları, maliyyələşdirdikləri, dövlətə və xalqa qarşı istifadə etdikləri şəbəkənin, onun bariz nümunəsi olan media qurumlarının ifşa olunmasından və əl qolunun bağlanmasından narahatdırlar.
Ümumiyyətlə, "The Washington Post" qəzeti bundan əvvəl də Azərbaycana qarşı ittiham dolu məqalələri ilə tanınıb. Təkcə, 2023-cü ildə qəzetdə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 məqalə dərc edib və onlardan 3-cü redaksiya məqaləsi olub. Xüsusən, Azərbaycanın ərazi bütövlüyün tam bərpa etməsi yolunda atdığı addımlar, antiterror tədbirləri və s. bu məqalələrin əsas qayəsini təşkil edib.
Bu məqamda onu vurğulamaq lazımdır ki, qəzet bundan əvvəlki illərdə də Azərbaycana qarşı əsas qərəz və ittiham dolu yazıları ilə diqqət çəkib. Özünü obyektivlik simvolu hesab edən qəzetin keçmişinə və hazırkı durumuna baxdıqda isə onun heç azad söz və demokratiya carçısı olmadığını, ABŞ-da müəyyən siyasi və maliyyə dairələrinin əlində vasitə olduğunu görmək olar. İlk olaraq, "The Washington Post" barədə onu demək olar ki, qəzet Demokratlar Partiyasına yaxınlığı ilə seçilir. Yarandığı 1877-ci ildən bəri ortabab sayılan qəzetin XX əsrin 60-cı illərində nüfuzlu KİV sırasına daxil olması da məhz bu amillərlə əlaqəlidir. Sirr deyil ki, 1965-ci ildə baş redaktor seçilən Bencamin Bredli Demokratlar Partiyasından Prezident olan Con Kennedi ilə yaxın dost olub və bu dövrdən yüksəlişə qədəm qoyub. Bundan başqa, qəzetin 2 əməkdaşı 1974-cü ildə respublikaçı prezident Riçard Niksonun istefası ilə nəticələnən araşdırmanın da əsas icraçısı olub.
26 il qəzetə baş redaktorluq edən Bencamin Bredli, ümumiyyətlə, maraqlı simadır. Onun 1950-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğu və ABŞ-ın Fransadakı səfirliyində çalışarkən bu qurum üçün kəşfiyyat məlumatları topladığı məlumdur. Görünür ki, müəyyən dairələr qəzetin yüksəlişində və ictimai rəyi öz istəklərinə və maraqlarına uyğun şəkildə formalaşdırmaq üçün istifadə etməkdə maraqlı olublar.
O zamanda bəri "The Washington Post" qəzeti Demokratlar Partiyasının sol qanadının əsas media ruporu sayılır. Bu qanada daxil olan siyasətçilər, nüfuzlu maliyyə mərkəzləri və hərbi simalar ABŞ-ın yox, öz qruplarının yaxud şəxsi maraqlarının naminə istər ABŞ daxilində, istərsə də dünyanın fərqli ölkələrindəki siyasətçiləri və hökumətləri hədəfə alırlar.
Bu baxımdan, "The Washington Post" qəzeti də sponsorlarının tapşırığı ilə müntəzəm əsasda Azərbaycanı hədəfə alır, ölkəmiz haqda mənfi imic formalaşdırır, öz beynəlxalq hüquqla tanınan ərazilərini bərpa etmiş Azərbaycanı militarist ölkə kimi təqdim edir, Qarabağı isə uzun illər öz redaksiya məqalələrində "mübahisəli ərazi" kimi təqdim edirdi. Bu gün isə ABŞ Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniyalar təşkil edir.
Lakin diqqətdən qaçmamalıdır ki, bu, təkcə Prezident İlham Əliyevə deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik, təhqirdir...
Bu işdə sözügedən qəzetin erməni əsilli kolumnisti, Azərbaycana qarşı xüsusi qərəzi və böhtanları ilə seçilən Devid İqnatiusun da müəyyən rolu var. Sirr deyil ki, xarici siyasət mövzusunda yazıları ilə ABŞ cəmiyyətində rəy formalaşdıran jurnalist Qarabağ məsələsi və "erməni soyqırımı" məsələsinə görə tez-tez Azərbaycanı və Türkiyəni hədəfə alır. Amma nəzərə almaq lazımdır ki, o, bu prosesdə önəmli fiqur deyil, sadəcə vasitədir və qəzetin redaksiya siyasətini pərdə arxasında olan şəxslər və qurumlar müəyyən edir.
Məhz bu qərəzli və merkantil maraqlara əsaslanan siyasət qəzetin dəfələrlə qeyri-obyektivlikdə, böhran və yalan yaymaqda, "fake news" istehsalçısına çevrilməsi ilə bağlı ittihamlara səbəb olub.
Dəfələrlə "The Washington Post" qəzeti ciddi tənqidlərlə və qərəzli, sifarişli məqalələri ilə gündəmə gəlmişdi. Məsələn, hər kəsə məlumdur ki, qəzetin himayədarı olan dairələr ABŞ-ın eks-prezidenti, qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından ən şanslı namizəd olan Donald Trampa qarşı düşmən mövqedədirlər. Buna görə də, qəzetin səhifələrində Donald Trampın siyasi və biznes fəaliyyəti, şəxsi həyatı barədə tez-tez tənqidi, bəzən isə ittiham və konfidensial məlumatlarla zəngin məqalələr çıxır.
Ona ötürülən gizli və qanunsuz yolla əldə edilmiş məlumatlar əsasında qəzet Trampın neqativ imicini formalaşdırmağa, onun "Rusiyanın adamı" olduğuna oxucularını inandırmağa çalışıb. 2020-ci ilin martında Donald Trampın seçki qərargahı böhtan və reallığa uyğun olmayan informasiyalar yaydığı üçün qəzeti məhkəməyə vermişdi.
Amma Trampla qəzet arasında gərginlik bununla bitməmişdi. Bu ilin yanvarında ABŞ-ın keçmiş prezidenti Donald Tramp "The Washington Post"un jurnalisti Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibə yazılarının olduğu audiokitabı dərc etdiyinə görə məhkəməyə vermişdi.
İddia ərizəsində bildirilir ki, Tramp Vudvordu dəfələrlə xəbərdar edib ki, o, məlumatları yalnız gələcəkdə çap olunacaq kitab üçün verir. Siyasətçi bildirib ki, jurnalist onun xəbəri olmadan audio yazıları yayımlayıb ki, bu da "müəllif hüquqlarını pozur".
2020-ci il iyulun 24-də isə "The Washington Post" daha bir qeyri-obyektiv məqaləsi ilə bağlı üzləşdiyi məhkəmə iddiasını yoluna qoyur. Belə ki, qəzet Kentukki ştatından olan məktəbli Nikolas Sandmanı şagirdlərin iştirak etdiyi etiraz aksiyası zamanı hindu əsilli digər məktəbli Neytan Filipsə qarşı irqçilik zəmnində aqressiya göstərməkdə ittiham etmişdi və onun fotosunu qəzet səhifəsində vermişdi.
Haqsız yerə ittiham olunduğunu bildirən məktəblinin valideynləri məqalə dərc edildikdən sonra nəşrə qarşı 250 milyon dollarlıq iddia qaldırmışdı. Qəzet işi məhkəmə işlərindən kənar qaydada həll etməyə müvəffəq olsa da, iddiadan geri çəkilməsi üçün Nikolas Sandmanın ailəsinə ciddi maliyyə kompensasiyasının ödənildiyi bildirilirdi.
Göründüyü kimi jurnalist peşəsinə yaraşmayan qeyri-peşəkarlıq, qərəz və tələskənlik "The Washington Post"u dəfələrlə xoşagəlməz situasiyalara salıb və reputasiyasına ciddi zərbələr vurub.
Təsadüfi deyil ki, oxucu auditoriyasının azalması səbəbi ilə "The Washington Post" qəzeti 2023-cü ili 100 milyon dollar zərərlə başa vuracaq. Reuters-in məlumatına görə, qəzet 10%-ə qədər əməkdaşını da ixtisar etməyi planlaşdırır. Bundan əvvəl də qəzet əməkdaşları arasında ciddi ixtisarlara getmişdi. Məsələn, 2009-cu ildə "Washington Post" 230 əməkdaşını işdən azad etmişdi.
Ciddi maliyyə sıxıntıları və auditoriya itkisi ilə üzləşən qəzetin çap versiyası ümumiyyətlə ciddi düşüş yaşayır. Onlayn reklam gəlirləri belə qəzetin nüsxələrinin satış sayının ciddi şəkildə azalmasını kompensasiya edə bilmir. Düzdür, özəl şirkət olduğu üçün onun maliyyə göstəriciləri açıqlanmır, amma qəzetin daha çox rəqəmsal nəşrə çevrildiyini, oxucularının 70%-nin mobil telefonlarla ona giriş etdiyini nəzərə alsaq, onun onlayn platformaya çevrildiyini, çap nüsxələrinin satışı ilə bağlı strategiyasının iflasa uğradığını demək olar.

Ümumilikdə isə, yanlış redaksiya siyasəti, ABŞ-ın nüfuzlu siyasi və maliyyə mərkəzlərindən birinə xidmət qəzetin beynəlxalq nüfuzunun zədələnməsinə və sadə amerikalıların ona inamına ciddi zərbə vurub. Qəzet bu gün SSRİ dövründə "Komsomolskaya pravda", "Pravda" və digər bu kimi nəşrlərin ənənəsini daha eybəcər şəkildə nümayiş etdirir. Bu isə azad media deyil, sifarişlə müxtəlif ölkələrə, xalqlara, ictimai-siyasi xadimlərə, iş adamlarına çirkab atan, divar kağızı ənənəsini yaşadan təxribat mexanizmidir.

APA Analytics





VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910