Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Şəhidlərimizi “Vikipedia”dan silənlərə qarşı ən güclü tədbiri Heydər Əliyev illər öncə görüb - Xatirə Kitabı...

Image

Nəzakət Məmmədova: "Xatirə Kitabının yaradılması Heydər Əliyevin uzaqgörənliyinin çox böyük təzahürüdür"

"Ulu öndər Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır. Xatirə Kitabının yaradılması Heydər Əliyevin uzaqgörənliyinin çox böyük təzahürüdür. Bu gün Vikipediyada baş verənlər Ulu Öndərin Xatirə Kitabını yaratmaqda nə qədər haqlı olduğunu bir daha sübut etdi. "Heç kəs unudulmasın, heç kəs yaddan çıxmasın". Ulu öndərimiz Heydər Əliyevin bu sözləri Xatirə Kitabının yaradılması haqda Qanunda ayrıca bir bənd kimi göstərilib". 

Bunu "Bakı-Xəbər"ə açıqlamasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədova deyib. 

N.Məmmədova bildirdi ki, Heydər Əliyevin 1997-ci il 23 dekabr tarixli fərmanı ilə "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanıb.

"Sanki Heydər Əliyev bu günləri görürdü və bu kitabı yaratmaqla şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının yaddaşlara, tarixə həkk olunmasını əbədiləşdirdi" 

"Biz bu gün bunun nə qədər aktual olduğunu yaxından hiss edirik.  

Ulu öndər İkinci Dünya müharibəsindən üzü bəri bütün şəhidlərin, Vətən uğrunda həlak olanların adlarının əbədiləşdirilməsinin vacibliyini vurğuladı və bu redaksiyanı yaratdı. Bizim redaksiyanın yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Xatirə Kitabının yaradıcısıdır. Respublikanın hər bir yerində, hər bir sahədə həyata keçirilən işlərin təməli onun tərəfindən qoyulub. Müstəqilliyimizin möhkəmlənməsi, nəticədə bu gün güclü dövlətə çevrilməyimiz də ulu öndərin zamanında gördüyü möhtəşəm işlərin nəticəsidir.

Bilirsiz ki, 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrdə   ölkəmizdə vəziyyət çox acınacaqlı idi. Ölkə bütün sahələrdə böhran yaşayırdı, İqtisadiyyatımız ağır vəziyyətə düşmüşdü, ciddi maliyyə çətinlikləri vardı. Heydər Əliyev ölkəni yenidən qururdu, müxtəlif sahələri dirçəltdi, iqtisadiyyatımız düzəlməyə başladı, belə  bir dövrdə Heydər Əliyev Xatirə Kitabı Redaksiyasının yaradılması təşəbbüsünü irəli sürdü. Bu kitabın yaradılmasını Heydər Əliyev çox mühüm məsələ hesab edirdi. Xatirə Kitabı bu gün aktuallığını tapdı ki, bu kitab şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün olduqca vacibdir, gərəklidir, labüddür. Xatirə Kitabının çap versiyasının mövcudluğunun əhəmiyəti çox böyükdür. Düşünürəm ki, kitabların çap versiyası, bütövlükdə çap  mətbuatı vacib və labüddür. Kitab qədər uzunömürlü, kitab qədər qalıcı, kitab qədər tarixə çevrilən ikinci bir nümunə yoxdur. Təbii, çap mətbuatı, qəzet, jurnal da bura daxildi. Yəni istər kitab, istər qəzet, istərsə də jurnal olsun, bunların virtual variantı o qədər də etibarlı görsənmir. Düzdür, hər bir nəşrin elektron variantının olması günün tələbidir və bütün dünya virtual platformadan istifadə edir. Bu gün müxtəlif qəzetlərin, jurnalların saytları da var, internet portalları da fəaliyyət göstərir, kitabxanalar da, kitablar da elektronlaşır. Bunlar hamısı yaxşıdır, oxuculara əlçatandır və sair. Amma son dövrlər saytlara haker hücumlarının şahidi oluruq. Belə hadisələr çox yaşanır. Baş verənlər bir daha sübut etdi ki, istənilən vaxt elektron variantlara müdaxilə etmək mümkündür. Yəni istənilən şəxs girib saytlarda hansısa bir məqalədə dəyişiklik edə, istədiyini silə, istədiyini ora əlavə edə bilər. Məsələn, tariximizlə bağlı faktları silə, onun yerinə qondarma, saxta məlumatlar yükləyə bilərlər. Ziyanımıza məqalələr yazıb, mətnlər hazırlayıb saytlarda  yerləşdirmək belələrinin əlində məncə çətin olmaz. Yəni baş verənlərdən belə nəticəyə gəlmək olar".

N.Məmmədova qeyd etdi ki, belələri saxta məlumatlar əsasında "Vikipediya" məqalələri də hazırlayıb yerləşdirə bilərlər. "Elektron versiyalara hər cür müdaxilələr etmək olur. Amma çapa müdaxilə etmək olmur, çünki o çap olunur gedir. "Vikipedia"dan 3 mindən çox şəhidimiz barədə məqalələrin silinməsi təəssüf doğurur, ürəklərimizi ağrıdır. Amma baş verən hadisə kitabın və qəzetin aktuallığını bir daha sübut etdi. Kitab və qəzet bir tarixdir". 

"Vikipedia"dan şəhidlərimizlə bağlı məlumatların silinməsini təəssüflə qarşılayan N.Məmmədova bildirdi ki, bizi istəməyən qüvvələr bu xoşagəlməz, mənfi addımı atsalar da, hər bir şəhidimiz barədə məlumat Xatirə Kitabının çap etdiyi kitablarda mövcuddur və bu məlumatlar onlar haqda baza rolunu oynayır. "Xatirə Kitabı şəhidlərimizin xatirəsini əbədiləşdirir. Düşünürəm ki, Xatirə Kitabının yaradılması Heydər Əliyevin uzaqgörənliyinin böyük və uğurlu nəticəsidir. Sanki Heydər Əliyev bu günləri görürdü və bu kitabı yaratmaqla şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının yaddaşlara, tarixə həkk olunmasını əbədiləşdirdi".

N.Məmmədova bildirdi ki, Mədəniyyət Nazirliyi qarşısında yeni ideya və təkliflə çıxış edib: "Təklif etmişəm ki,  Birinci Qarabağ müharibəsində şəhid olanlar barədə də ayrıca cildlər hazırlayıb nəşr edək. Bilmirəm, necə cild olacaq, amma bu işi görmək lazımdır. Düzdür,  İkinci Dünya müharibəsinə həsr olunan 16 cildliyin içərisində Birinci Qarabağ müharibəsi şəhidlərinin adları da gedib. Ancaq Birinci Qarabağ müharibəsi şəhidləri  ilə bağlı ayrıca cildlər hazırlamaq niyyətindəyik. 

Ümid edirəm ki, nazirlik mənim bu ideyamı bəyəndi və bunu da gerçəkləşdirməyi planlaşdırırıq. Yəni "44 Günlük-Tarixi zəfər" 4 cildliyinin 2 cildi çap olunub və 3-cü cildi hazırda mətbəədədir. Yəqin ki, dördüncü cild gələn il hazır olacaq. Ondan sonra biz Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı araşdırma aparacağıq, onlar haqda məlumatlar toplayacağıq, onlarla bağlı məlumatları da ayrıca cildlərdə çap edəcəyik. Necə ki, Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən ibarət iki dildə kitab hazırladıq, burada 3888 nəfərin dəqiq məlumatları öz əksini tapdı, eləcə də Birinci Qarabağ müharibəsi şəhidləri barədə ayrıca cildlər hazırlamaq istəyirik. 

Bir də ki, tariximizi özümüz yazmasaq, özümüz qoruyub gələcək nəsillərə ötürməsək bunu heç kəs bizim yerimizə etməyəcək"-deyə N.Məmmədova bildirdi. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910